AZƏRBAYCANLI İŞ ADAMI MƏHKƏMƏYƏ BAŞ VURDU
Tarix: 10-07-2013, 12:17 |
Çap et
Ebru Gündəş və Rza Zərrab cütlüyü "Evimi bara döndərdilər" deyən Sarıyerdə yaşadıqları evin sahibinə qarşı iddia qaldırdılar. ANS PRESS-in haberler.com-a istinadən verdiyi məlumata görə, onlar şəxsiyyətlərinin alçaldıldığını əsas gətirərək məhkəməyə müraciət ediblər.
Cütlük kirayə qaldıqları evi boşaldarkən ev sahibləri ilə problem yaranıb. Ev sahibi, Gündeşin mühafizəçisinin yanında "Evimi bara çevirmişlər" deyərək şikayətlənib.
Ev sahibinin bu sözlərini eşidən cütlük buna çox əsəbiləşib və prokurorluğa şikayət edərək ev sahibi tərəfindən təhqirə məruz əsas gətirərək qarşı tərəfin cəzalandırılmasını tələb edib.
Prokurorluq istintantaq başa çatdıqdan sonra ev sahibi haqqında təhqir cinayəti ilə 2 ilə qədər həbs istəyib.