XOŞQƏDƏM HİDAYƏTQIZI ƏYALƏT KANALINA GETDİ
Tarix: 16-07-2013, 12:22 |
Çap et
Milli.Az xəbər verir ki, hər zaman olduğu kimi, bu mövsümdə də uğurlu layihələr reallaşdıran El televiziyası paytaxt telekanalları ilə müştərək işlər həyata keçirir. Bunlardan biri də Azad Azərbaycan telekanalı ilə əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində Yevlax və ətraf rayonlarda yaşayan yaxınlarını itirmiş vətəndaşlar ATV telekanalının ən populyar verilişlərindən olan “Səni axtarıram”da onlara səslənə biləcəklər. Bununla bağlı ATV telekanalının bir qrup əməkdaşı və “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı EL televiziyasında oldular.
Görüş zamanı birgə telelayihə barədə fikir mübadiləsi aparıldı. EL televiziyasına təşəkkürünü bildirən Xoşqədəm Hidayətqızı bu bölgədə yaşayan yaxınlarını, qohum-əqrəbalarını itirmiş insanların qarşısında yeni imkanların açıldığını bildirib.
Qeyd edək ki, El televiziyasının əməkdaşlıqları və birgə layihələri davam edəcək.