ELŞAD ABDULLAYEV MOSKVADA ERMƏNİ İLƏ ORTAQ İMİŞ
Tarix: 16-07-2013, 17:02 | Çap et
Əməkdaşımız Moskvada oldu, Elşad Abdullayevin universitet üçün erməni Feliks Sarkisyandan 800 min dollara aldığı binada kirayədə qalan özbəklərlə görüşüb...
Uzun zaman keçmiş ABU-nun Moskva filialı müəmması hamını məşğul edib. “Təzadlar” məsələyə bir az da yaxından aydınlıq gətirmək üçün 2008-2009-cu illərdə əməkdaşını Moskva şəhərinə ezam etmişdi və sensasiya doğuracaq məlumat və sənədlər əldə etmişdik. Həmin sənədlərin içərisində Bakıda evində yatıb bir neçə ildən sonra “yoğurmadım-yapmadım, hazırca... diplom tapdım” xəyalları ilə yaşayan məzlum Azərbaycan vətəndaşlarımızın ABU-nun Moskva filialına necə “qəbul olunduq”larını, həmin “tələbələr”in 1 ildən sonra necə ABU-ya “perevod” edildiklərini təsdiqləyən sənədlər və s. daxildir. Amma həmin sənədlərin sırasında həmin “tələbələrin” ABU-nun Moskva filialında “oxuduqları” 1 il ərzində Azərbaycan sərhədini necə keçmələrini təsdiqləyən heç bir sənəd yox idi. Bax elə “dünyanın 7 ən məşhur hüquq akademiki” olan Elşad Abdullayevin saxta diplom satışını da bu cür faktlar təsdiqləyirdi...
Bu da ABU-nun Moskva filialı...
O vaxtdan bir neçə il keçsə də, ABU narahatçılığı bitib-tükənmir... Bakıdan Moskva şəhərinə səfərimdə məqsəd də bəzi məsələlərə aydınlıq gətirilməsi idi. Bu sırada ABU-nun Moskva filialındakı vəziyyəti öyrənməyi qarşıma məqsəd qoymuşdum.
Moskvanın səs-küylü yolları ilə paytaxtın Odinsova küçəsindəki əraziyə çatıram. Burada əvvəllər də olmuşdum. Elşad Abdullayev neçə il əvvəl ABU-nun Moskva filialını yaradanda erməni dostu Feliks Sarkisyanla alqı-satqı müqaviləsi bağlayıb bu mülkü əldə etmişdi. Bildiyimə görə E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karlenoviçdən almışdı... Mən bu dəfə həmin erməni ilə də görüşmək qərarına gəldim. Mənim üçün çox maraqlı idi ki, F.Sarkisyan necə olmuşdu ki, həmin mülkünü Elşad Abdullayevə satmalı olmuşdu.
ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlu hardadır?
...Mən həm də ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlunu tapmaq istədim. Çünki eşitmişdim ki, Malik Mehdiyev uzun illər ABU-nun Moskva filialına Elşad Abdullayevin ən yaxın adamı kimi rəhbərlik etmişdi... Məsələn, əlimdə sənəd var ki, 2005-2009-cu illərdə ABU-nun Moskva filialından hər il yüzlərlə tələbə Bakıya-ABU-ya köçürülüblər. Həmçinin sənədlər var ki, Malik Mehdiyevin məktub-sifarişi əsasında Bakıdan, yəni ABU-dan Moskva filialının adına milyonlarla dollar pul köçürülüb... Bəhanələr, yəni səbəblər də müxtəlifdir. Bütün bu suallar fonunda bir sual da cavab istəyirdi: niyə Azərbaycanın hüquq mühafizə orqanları Malik Mehdiyevi istintaqa cəlb etməyiblər? Axı Malik Mehdiyevin həmin saxta “perevod”ları əsasında Bakıda Elşad Abdullayev minlərlə gəncə saxta diplom verib. Həmin diplomlar isə indi heç bir yerdə işə keçmir, saxtadır... Azərbaycan sərhədini keçib Rusiyaya getməmiş gənc necə ola bilər ki, Moskvada oxuyub Bakıya “perevod” olunmasından sonra diplom alırdı???
Malik Mehdiyev Elşad Abdullayevə “atıb”
Bu da başı qalmaqallı ABU-nun Moskva filialı... Artıq burada ABU ab-havası hiss olunmur. Qapılar bağlıdır, gözətçi isə gözə dəymir. Amma özümü nabələd adam kimi təqdim edərək guya burada işləmiş bir dostumu axtarırmış kimi bəhanələrlə universitetin darvazasını döydüm... Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən universitetdə artıq qapının üzərindəki adı götürüblər. Burada adını güman edirəm ki, fərqli deyən qapıçı isə maraqlı məsələləri danışdı. Bəzi məsələlər istintaq üçün maraqlı olduğundan bu barədə növbəti yazılarda bəzi dəqiqləşdirmələr apardıqdan sonra təqdim olunacaq... Lakin həmsöhbətim olduqca maraqlı məsələləri danışırdı.
Məlum olur ki, universitet son illərə kimi “ABU-nun Moskva filialı” adlanıb:
- ...Elşad Abdullayevin məlum qalmaqalından sonra filialın adını “ABU-nun MDB filialı” qoydular... Həmin vaxtlar buranın rəhbəri Malik Mehdiyev idi. Səhv etmirəmsə, oğlu Azərbaycan MTN-də işləyir... Bilmirəm, indi işləyir, yoxsa yox... Malik Mehdiyev bizə belə deyirdi. Amma Elşadla Malik Mehdiyevin qalmaqalı yaşandı...
- Niyə?
- Bilirəm ki, Elşad Adinsovski rayonda özünə ev almışdı. Çox baha qiymətə. Universitet burda yerləşdiyindən istəyirdi ki, bura yaxın olsun... Buranı da ermənilərdən almışdı. Və o, ev almaq istəyəndə ona bildirdilər ki, başın qalmaqallıdır, həm də adında Moskvada çoxlu mülk, ev və s. var, başqa adam tap. Bunu ona bir erməni vəkil başa salmışdı. Onlar universitetin yerini Feliks Sarkisyandan alanda tanış olmuşdular... Dəyəri təxminən 1 milyon dollar olan həmin evi Elşadın inandığı Malik Mehdiyevin adına aldılar. Çünki universitetin binası da alınanda Malik Mehdiyev inanmış adam kimi notariusda etibarnamə ilə çıxış etmişdi... Və həmin ev Malik Mehdiyevin adına alınmalı olmuşdu. Amma həmin vaxt Malik Mehdiyev nə bəhanəsə gətirib Elşada bildirdi ki, ən yaxşısı, Moskvada üzdə olmayan qaynının adına alınsın. Malik Mehdiyevin qaynı Dağıstandan idi. Adını unutmuşam, onun adına sənədləşmə aparılmışdır... Lakin 2011-ci ildə Malik Mehdiyev filialı tərk edəndə Elşad ona təhvil-təslim aktı imzalamağı, onun qaynının adında olan evin geri qaytarılmasını bildirimişdir. Bu zaman Malik Mehdiyev universitetlə bağlı hər şeyi təhvil verdi, öz payını da götürdü, amma ev məsələsində sözü konkret oldu: “Nə ev? Sənin evin olubdur ki?!”
- Bəs Malik Mehdiyevi əvəz etmiş ABU-nun Moskva filialının direktoru Tatarenko ilə Elşad Abdullayev arasında niyə qalmaqal baş verdi?
- Elşad Abdullayevin ABU-nun Moskva filialı ilə üzbəüzdəki mülkündə yaşayan oğlu barədə nələri danışdılar?
- Filialın yuxarı mərtəbələrində kirayədə yaşayan özbək və türkmən mühacirlər nələri söylədilər?
- Ermənilər Elşad Abdullayevə hansı güzəşti edirlər və onun Moskvaya gəlib-getməyində hansı rolu oynayırlar?
- ABU-nun Moskva filialının keçmiş direktoru(sonuncu) Tatarenko Viktor Titoviç indi hardadır?
- Necə olub ki, filialda süpürgəçi işləmiş Valentina Tixonovna sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu?
- Necə olmuşdur ki, Malik Mehdiyevin həyat yoldaşı Bakıdakı dövlət uiniversitetlərinin birində kafedra müdiri işlədiyi halda, ABU-nun Moskva filialında da direktorun köməkçisi vəzifəsində çalışıbdır?
(Ardı var)
“Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|