RƏQSANƏ BAKIYA GƏLƏSİ OLMADI
Tarix: 18-07-2013, 11:05 |
Çap et
Müğənni Rəqsanə ötən gün Türkiyədən Moskvaya yola düşüb.
Axşam.az-ın məlumatına görə, iyulun 25-də yenidən Türkiyəyə qayıdacaq sənətçi Bakı səfərini bu ay üçün təxirə salıb.
Səbəb müğənninin klip çəkilişinə başlamasıdır. Tanınmış rejissor Murat Küçüyün ekranlaşdıracağı klipdə Rəqsanə dəyişən obrazla görünəcək.
Moskvaya saçlarını dəyişmək və ailəsinə baş çəkmək məqsədilə gedən sənətçi, qayıdarkən özünə lazım olacaq ləvazimatları Türkiyəyə daşıyacaq. R.İsmayılova Türkiyədə başladığı sənət karyerasının uğurla davam etməsi üçün hər bir xırdalıqlara belə diqqətlə yanaşdığını bildirib.
Onun Bakı səfəri isə avqusta nəzərdə tutulub. Sənətçi Ramazan ayında xeyriyyə tədbiri keçirmək niyyətindədir. Bunu ardınca qızı Aysunun möhtəşəm moda sərgisi başlayacaq.