Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

O, ÖZÜNÜ RAMİZ MEHDİYEVİN YERİNDƏ GÖRÜR…
Tarix: 20-07-2013, 11:01 | Çap et
O, ÖZÜNÜ RAMİZ MEHDİYEVİN YERİNDƏ GÖRÜR…
BU GÜNƏ QƏDƏR USTALIQLA GƏLƏN ƏLİ HƏSƏNOV BİR İMPERİYA SAHİBİDİR...

DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilində gedən bir sıra proseslərlə bağlı ilginc faktlar daxil olub. Söhbət son zamanlar müşahidə olunan ab-havadan və iqtidar daxilində özünə yer edib, kifayət qədər şəbəkələşmə fürsəti əldə edən bir CƏRƏYANDAN gedir.

Əslində, bu gün özünü yetərincə reklam etdirməkdə olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu iqtidarın «elektrik cərəyanı» da adlandırmaq olar. Necə ki, hər kəs elektrik xəttinə məhz VURULMAQ aqibətindən ehtiyatlanaraq uzaq qaçmağa çalışır, eləcə də ictimai-siyasi müstəvidə olanlar, ələlxüsus da mətbuatımız bu gün Əli Həsənovdan ehtiyatlanmaqdadır. Hətta bu gün adı «Ramiz Mehdiyevin mətbuatı» kimi çıxan qəzetlər belə yeri gələndə Ramiz Mehdiyevi hədəfə alırsa, amma buna paralel olaraq Əli Həsənovdan yalnız mübarək kəlmələri səhifələrinə köçürürsə, deməli, Əli Həsənovdan qorxmağına dəyərmiş. Ən azından onlar üçün… Yəni Əli Həsənovdan qidalananlar üçün…

DİA.AZ bildirir ki, həqiqətən də bu gün «Əli Həsənovdan qidalananlar» ifadəsi tam olaraq yerindədir. Çünki onun özü də barəsində belə bir təəssürat yaradır. Dövlətin, prezidentin mətbuata qayğısını ÖZÜNÜN KİV-LƏRƏ QAYĞISI kimi təqdim etməkdən çəkinməyən Əli Həsənov bunun belə olduğunu ən azından bu gün çətiri altına yığa bildiyi KİV-lərə tamamən sübuta yetirə bilib. Onlar da əmindirlər ki, Əli Həsənovu görmədən nəinki prezidentin mətbuata qayğısının təzahürü olan Jurnalistlərin Binasından ev ala bilməyəcəklər, hətta KİVDDF-nin xətti ilə yağma malı kimi dağıdılan dövlət pullarına da ümid edə bilməzlər. Əsas olanı Əli Həsənovun rəyidir. Ona görə də bu gün Əli Həsənovdan yazı yazmaq, onun fikirlərini yozmaq həmin şəbəkəyə aid mətbuatın həddində deyil.

DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir ki, əslində bu gün mətbuatda PA rəhbəri Ramiz Mehdiyevin hədəflənməsi, bütün ağırlıqların onun üzərinə köklənməsi də Əli Həsənovun işinə yarayır, onun beyninin məhsuludur: «Çünki Əli Həsənovun özünün də hələlik bir çətirə ehtiyacı var. Bu çətir rolunu isə Ramiz Mehdiyev edir. O, «Ramiz Mehdiyevin adamı» kimi hər kəsə meydan oxuyur, hər kəsi Ramiz Mehdiyevin adından hədələyir və hər kəsi Ramiz Mehdiyevlə düşmən edir.

Necə ki, onun nəzarəti altında olan şəbəkə bu gün iqtidara ancaq düşmən qazandırmaqdadır və hətta iqtidarın şinelində olanları belə məhz Əli Həsənovun gözünə xoş görünməməsi səbəbindən dışlanaraq «xalq düşməninə» çevirirlər və bundan da yalnız itirən iqtidarın özü olur - Hüseyn Abdullayev, Gültəkin Hacıbəyli, Rüstəm İbrahəimbəyov kimi keçmiş iqtidar yandaşlarının timsalında hakimiyyət üçün arzuolunmazlar çevrəsini daha da möhkəmləndirir, eləcə də iqtidar daxilindəki manevrləri ilə Əli Həsənov Ramiz Mehdiyevlə hər kəsi üz-üzə qoymaqdan çəkinmir».

Mənbəmizin iddialarına görə, bu gün mətbuatdan sorumlu olması hesabına Əli Həsənov əslində iqtidarın deyil, özünün cılız siyasi maraqlarının hifzi üçün bir media şəbəkəsi - mətbuat imperiyası formalaşdırmağa müvəffəq olub. Bu imperiyanın hüdudları siyasi yön tanımır - bura müxalifət mətbuatı da aiddir, hakimiyyət KİV-ləri də. Burada özünü müstəqil elan edən media quruluşları da var. Hətta ayrı-ayrı məmurlar tərəfindən maliyyələşdirilən KİV-lər belə məhz siyasi təlimatı Əli Həsənovdan aldıqlarından, məhz KİVDDF xətti ilə dövlət dəstəyini Əli Həsənovun araçılığı ilə əldə etdiklərindən bu gün onun əmri altındadırlar, ona xidmət edirlər.

Bəli, mənbəmiz də təsdiqləyir ki, Əli Həsənov yetərincə özünü hazırlıqlı hesab edir. Hələlik… hansı posta… bu barədə məlumatsızıq. Özü də bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, bir ay sonra harda olacağını bilmir. Əslində bu onun Allaha inamı ilə bağlı deyil. Yəni «hər şey Allahın əlindədir» inamından doğan təəssürat deyil. Çünki bu gün onun etdiklərini Allaha inananlar heç bir zaman etməz. Allaha inananlar əmrində müntəzir olduqlarını, hesabına ortaya çıxdıqlarını belə aldatmazlar ki, bu faktlar da Əli Həsənovun aktivində var. Ən azından son günlərin olayları belə qənaət yaradır ki, Əli Həsənov hətta prezidentə belə yalan məlumat çatdırmaq qədərində özünü hazırlıqlı hesab edir.

Və onun qənaətinə görə, vəzifəsində artıq davam edə bilməz. Daha yüksək mənsəblərə daşınmalıdır. Qənaətinə görə, artıq kifayət qədər yaşlanmış Ramiz Mehdiyevin yerinə ən şanslı aday odur. O, belə düşünür.

Bizə isə yalnız «Allah saxlasın» demək qalır… Ən azından bu gün ölkə mediasının acınacaqlı halını nəzərə alaraq bunları deyirik. İllər sonra bugünkü mətbuatımız «ƏLİ HƏSƏNOVUN MEDİASI» deyilərək anılacaq. Və bu gün mətbuatda təmsil olunanların hər biri, ən azından proseslərdən hali olanların hər biri əllərini vicdanlarının üstünə qoyub etiraf edə bilərlər ki, bu gün Azərbaycan mediası bəlkə də ən acınacaqlı günlərini yaşayır. Kiminsə cılız maraqlarının diqtəsi altında şərəfli medianın formalaşması imkansızdır.

Diqqət yetirin, son illərdə Azərbaycan dövlətinə və Azərbaycan prezidentinə, hətta millətimizin ünvanına belə çox ağır ifadələrlə hücuma keçənlər oldu. Əli Həsənovun mediasını bu zaman görə bilmədik. Susdular. Çünki bu söhbətlərin Əli Həsənova aidiyyatı yox idi. Çünki dövlətimizin, millətimizin, prezidentin ünvanına yağdırılan həqarətlərin Əli Həsənova dəxaləti yox idi. Ona görə də susdular.

Bu yazımızın ardından isə susacaqlarını zənn etmirik. Heç biz də susmayacağıq. Ən azından Azərbaycanımız və millətimiz adına onların göz yumduqları həqiqətləri yazacağıq.

Davamı mütləq olacaq...

Seyid ABDULLA – DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru