Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

"HAMI MƏNİ PUL VERMƏYƏN KİMİ TANIYIR"
Tarix: 22-07-2013, 11:20 | Çap et
"HAMI MƏNİ PUL VERMƏYƏN KİMİ TANIYIR"
Toy insan həyatının ən xoşbəxt və əlamətdar hadisəsi hesab olunur. Lakin nədənsə toyumuzu idarə edən müğənnilər “toy müğənnisi” və ya “ara müğənnisi” adı ilə aşağılanır. Halbuki toyların sahibi olan hər bir ailə Azərbaycan xalqının təmsilçisidir. Deməli, xalqının sevincini paylaşan, onun sevimlisi olan sənətkar xalqının artistidir.

Bu və digər məsələləri daim xalq arasında olan, toy müğənnisi adından çəkinməyən müğənni Asif İsa oğlu ilə birlikdə müzakirə edəcəyik.

- Özünüz haqqında məlumat verərdiniz.

- Mən Asif İsa oğlu 1966-cı ildə Bərdə şəhərində doğulub, böyümüşəm. Atam musiqiçi olub - klarnet ifaçısı. On iki yaşımdan musiqi ilə məşğul olmuşam. Ailədə altı uşağıq. Böyük qardaşım qarmon ifaçısıdır. Ailəliyəm, iki övladım var. İncəsənət Universitetini bitirmişəm.

- Necə oldu ki, musiqi sənəti ilə məşğul oldunuz?
- Bilirsiniz, musiqi bizə irsən keçib. Mən əvvəllər toylara zərb ifaçısı kimi gedirdim. Sonralar böyük xanəndələrlə getməyə başladım. Elə olurdu ki, bəzi ara mahnılarını onlar ifa edə bilmədiyindən mən oxuyurdum. Atam onlara demişdi ki, mənim gözəl səsim var. Tədricən hər toyda oxumağa başladım. Allahın qismətidir, elə oldu hamı başladı yalnız məni toylara çağırmağa. Bir də gördüm ki, artıq bütün toyu idarə edirəm. Otuz ildir bu sənətdəyəm. Toylara böyük xanəndələr Əbülfət Əliyev, Yaqub Məmmədovla getmişəm.

- Uşaqlıq illərində arzunuz nə olub?

- Uşaqlıq illərindən belə həmişə istəmişəm hüquqşünas olum. Musiqiyə də həvəsim olub. Sırf arzulamamışam ki, bu sənətdə olum. Hobbi kimi baxmışam. Əsgərliyə qədər alınmadı ki, sənədlərimi ali məktəbə verim. Gedib qulluq edəndən sonra sənədlərimi Daşkənddə hüquq məktəbi var, ora verdim. O vaxt hər adam ora sənəd verə bilməzdi. Elə oldu ki, qismət olmadı, arzum ürəyimdə qaldı. Artıq özümü tərifləyim. Çünki indi bir çox lazımsız insanlar var ki, özlərini tərifləyir.

- Hansısa müsabiqədə iştirak etmisiniz?

- 1981-ci ildə «Oxu tar» müsabiqəsində iştirak etdim. Finala kimi gəldim. Münsiflər də Süleyman Ələsgərov, maestro Niyazi idi. Yekun konsert günü getmədim. Uşaqlarla bulvara getdim gəzməyə. Sonralar diplomumu verdilər. Asəf Zeynallı adına musiqi məktəbində Hacıbaba Hüseynovdan dərslər almışam.

- Bəs niyə efirlərdə görünmürsünüz?

- 95-ci ildən efirlərdə çox olurdum. Allah Rəhmət eləsin Reyhan Müslümovaya. İlk dəfə məni görəndə mənə görə kimlərəsə zəng elədi, tapşırtdı və efirlərə çıxdım. Əvvəl çox çıxırdım. Sonralar televiziyalar kommersiyalı oldu deyə, çıxa bilmədim. Özləri zəng edirlər, danışırlar, sonra deyirlər ki, bilirsiniz bizim efir pulludur. Mən də deyirəm ki, mənim pulum yoxdur verim efirə çıxım. Sonralar televiziya məkanında hamı məni pul verməyən kimi tanıdı. 2001-ci ilə kimi çıxdım. ATV, Space kanallarında gözəl mahnılar yazdırmışdım. «Afət» mahnısına görə çox çağırırdılar. Sadəcə hara çağırırlar, ora da pulsuz çıxıram. Heç vaxt da pul vermərəm efirlərə, hamı bilsin. Qaldı Ceyran Haşımovanın «Sən bir nəğmə» verilişinə, orada mahnıları həmişə mən tərtib edib iştirak edirdim. Çünki mən bəstəkar mahnılarını çox sevirəm, ara mahnılarına üstünlük vermirəm. Əsas sənət göstərməkdir.

- Toy bazarında yeriniz bilinir?
- Çox vaxt toylara gedəndə özüm ürəyim istəyən mahnıları ifa edirəm. «Bozbaş» mahnılarından imtina edirəm. Özümə aid bəstəkar mahnılarını ifa edirəm. Retro bəstəkar mahnılarını dəqiq bilirəm. Hamının dediyi o şou-biznesdə yalnız çirkinlik və ara mahnıları var. Ad çəkmirəm, hamı da bilir, toylara da münasib qiymətə gedirəm. Baxır adamına. Əvvəlcədən şərtimi kəsirəm. Qaldı ki, mən yekəxana deyiləm, xasiyyətim budur.

- Müasir toylarda dəbdə olan «Maral» mahnısını çoxmu sifariş verirlər?

- Heç vaxt oxumuram, oxumaram da. Çünki sözləri bəsitdir, harmoniyası yoxdur, musiqisi zəifdir. Hər şairin sözünə qətiyyən mahnı ifa etmərəm. Çox sevdiyim şair Ramiz Rövşəndir. Ondan sonra heç şair görməmişəm. Adi muğam oxuyanda da Nizamidən, Füzulidən, Seyid Əzimdən oxuyuram. Bəziləri var ki, bacıdan, ana ürəyindən oxuyur, qürur duyur. Sadəcə pul qazanmaq üçün elə ifa edirlər. Mən Yusif, Baloğlan kimi heç vaxt ifa etmərəm. Bilirlər ki, muğam Əruz vəznindədir, başqa cümlələrdən istifadə olunmamalıdır. Yoxsa bir də görürsən muğam oxuyur, ağzına gələn sözləri qoşur. Bu muğam deyil, heç adını bilmək də olmur. Yusiflə Baloğlan da təbii ki, səbəbi var ki, elə oxuyur. Yəni kütlə istəsin, qazanc əldə etsinlər. Mən şəxsən oxumaram. Nadirlə münasibətim var. Bu adam çıxıb dedi ki, mən pul qazanmaq üçün belə edirəm və oxuyuram. Açıq danışdı, hərənin öz yeri var. Kim necə istəyir, elə də oxuyur. Mən qazanıram, az olsa da, amma çoxlu pulu qurban verirəm oxumağıma. Ramiz Mirişlidən sonra necə «Maral» kimi bərbad mahnı ifa edim? Alınmır axı. O vaxt «Saçları sarışın qız» mahnısını səhv eləyib oxumuşam, peşmanam. «Səbuhi» studiyasında kasetim çıxırdı. Elə oldu ki, bir mahnı çatmadı. Boş qalırdı. Mənə dedilər, gecə vaxtı bayatılardan söz düzəldib bu mahnını bəstələdim. «Saçları sarışın qız, qaçma, dayan, sözüm var» mahnısını «Şeron» qrupunun rəhbəri Tərlanın, bir də Vüqar Camalzadənin qarşısında oxudum. İnanın, bu mahnı elə-belə ara mahnısı kimi çox sevildi. Bütün toylara ona görə çağırdılar məni. Kasetim də bəstəkar mahnılarıma görə yox, məhz bu «Sarışın qız»a görə satıldı. Sonralar Sabir Əliyev oranjiman etdirib, mənim mahnımla gündəmə gəldi. Hamı elə bildi ki, ilk oxuyan o olub. Başladı pul qazanmağa. Mən lazım olsaydı, baş qoşardım, tələb edərdim. Çünki mahnını mən ərsəyə gətirmişdim. Sadəcə ara mahnısı olduğundan baş qoşmadım. On beş ildir həmin mahnını yazmışam, hələ də sevilir. Bir də görürsən toyda istəyirlər. Onu da deyim ki, bu mahnını Türkiyədə, hər yerdə çox bəyəndilər. Sadəcə qazanan Sabir Əliyev oldu. Mən - Emin Sabit oğlunun, Ramiz Mirişlinin, Cahangir Cahangirovun mahnılarını ifa edirəm. Bu mənə bəsdir.

- Bu sənətdə yüksəlmək üçün nəyiniz çatmadı?
- Xarakterim düz gəlmədi. 2005-ci ildə «Lider»də, «Space»-də «Olmaz belə qamət» mahnım çox səs-küyə səbəb oldu. Sağ olsunlar İlahə Şıxlinski və bir çoxları, mahnımı pulsuz verdilər və çox kömək etdilər. Sadəcə çirkinlik çoxdur bu sənətdə. Ona görə yüksəlmək çətin oldu. Xasiyyətim çox pisdir. Mən hüquqşünas olmalı idim, ola bilmədim.

- Hansı müğənnilərin ifasını bəyənirsiniz?
- Səmimi deyim, qulaq asmıram heç kimə. Hamısının səs tembri bir-birinə oxşayır. Burunun altında ağız açılır, yumulur. Çoxları erməni müğənni Boka kimi melizmlər edir. Elə bil hamısının canına virus düşüb. Heç kimin ifasına qulaq asmıram, nə də maraqlanmıram.

- Sizi özünüzdən nə çıxarda bilər?

- Haqsızlıq çıxarda bilər. Düzgünlük olmayan şey. Bir də görürsən yaltaqlıq edirlər. Belə şeyləri görəndə əsəbiləşirəm.

- Şou-biznesdə özünə hədən artıq bər-bəzək verən kişilərə münasibətiniz necədir?

- Təmiz geyinməyi bər-bəzək hesab etmək olmaz. Mən biləni, Rəşid Behbudov konsert vaxtı heç vaxt oturmazdı ki, şalvarı qırışmasın. Bu da təmizlikdən irəli gəlirdi. Bir də görürsən saqqal saxlayırlar. Nə viddə çıxırlar, özlərini nə günə qoyublar, adam belələrini nə görmək istəyir, nə səsinə qulaq asmaq istəyir.

- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?
- Hə, çox olub. Sadəcə həmin insana bildirmişəm ki, bax sən səhv etmisən.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?
- Üç-beş yaşında olub. Uşaq olmuşam. Amma qız üstündə dalaşmışam. İlk məhəbbəti sevəndən sonra dərk edirsən.

- Hazırda nə kimi yeniliyiniz var?
- Yeni mahnılarım var. Ramiz Rövşənin sözlərinə mahnı yazdırdım, klip də çəkdirdim. Sadəcə efirə çıxarda bilmədim. Pul istəyirlər deyə, internetə yüklədim, Youtube-da kliplərimə məni sevənlər baxa bilərlər. Uzun müddət gündəmdə olmasam da, hamı məni tanıyır. Pul vermirəm kanallara, ona görə də çağırmırlar. Real məsələ də deyil ki, çağırsınlar.

- Şou-biznesdə nə baş verir? Belə çıxır ki, pulun yoxdursa, yerin olmamalıdır?

- İnanın, heç nə başa düşmürəm, nə də maraqlanmıram. Heç fələk də baş açmır ki, pulun olsa, nə olacaq, pulun olmasa, nə olacaq.

- Qısqanc insansınız?

- Çox qısqancam.

- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?
- Hər ikisinin günahı çox olub.

- Yalançı tərif şirindir, yoxsa həqiqi tənqid?

- Həqiqi tənqid insanı ucaldır. Yalançı tərif insanı uçuruma aparır. Yüksək tərif insanı həmişə ucaldır. Çünki düzgün tərifdir.

- İnsanın mövqeyini nə sarsıda bilər?
- Yalnız xəyanət sarsıda bilər. Maddi durum aşağı düşəndə sarsıla bilər.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Sevilmək çətindir.

- Həmkarlarınızın içində dostlarınız varmı?
- Hamısı ilə münasibətim yaxşıdır, amma dostluq etmirəm.

- Ürəkdən haçan ağlamısınız?
- Uşaqlıqda, bir də yaxınlarımı itirəndə.

- Həyatda neçə dəfə sevmək olar?
- İki dəfə. Çünki hansısa sevgi öləndə onu yenisi ilə əvəz edirsən.

- Ürəyinizdə hansı sual qaldı?
- Çox maraqlı oldu suallar. İnana bilmirəm ki, sizinlə belə maraqlı söhbət keçdi və suallara hazırlıqsız cavab verdim. Çox sağ olun hər şeyə görə.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru