PA ŞEFİNİN QOHUMU XIRDALANLILARA ZÜLM EDİR
Tarix: 24-07-2013, 12:09 |
Çap et
SU ÜZÜNƏ HƏSRƏT QALAN SAKİNLƏR RAMAZAN AYINDA YEZİD ZÜLMÜ ÇƏKİR
DİA.AZ: - Şəhər statusu almasına rəğmən bu gün Xırdalanda yaşayanlar ən ucqar dağ kəndlərində belə yaşanılmayan problemlərin əlində əsir-yesir qalıblar ki, bu da əslində birbaşa olaraq vətəndaşların sosial durumuna, yaşayış tərzinə məmur biganəliyinin təzahürü kimi qəbul olunmalıdır. Elə DİA.AZ-a şikayətçi düşən Xırdalan sakinləri də eyni məntiqdən çıxış edərək, məhz yetkililərin laqeydliyindən dad deyirlər.
Sakinlər redaksiyamıza yazır: “Biz Xırdalan şəhər 20 yanvar küçəsinin sakinlərin 1 aydır ki, su üzünə həsrət qalmışıq. Abşeron rayon su idarəsinin rəhbərliyi bu müqəddəs Ramazan ayında yezidliklə məşğuldur. Hər il iyun-iyul aylarında bu problemlə üzləşirik. Heç kimi dinləmirlər. “Azərsu”ya da dəfələrlə şıkayət etmişik heç bir nəticəsi yoxdu.
Abşeron rayon su idarəsinin rəisi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu olduğundan şikayətlərimiz də cavabsız qalır.
Möhtərəm Prezident bu il Abşeron rayonuna 35 000 000 pul ayırdı. Amma görünəni odur ki, həmin pulları kimlərsə yeyib. Əgər pul varsa, o zaman su hanı?”