20 ÖLKƏDƏN BİRİ AZƏRBAYCAN...
Tarix: 5-08-2013, 11:08 |
Çap et
Avqustun 13-dən 22-dək Türkiyənin Samsun vilayətində XXXII Beynəlxalq xalq rəqsləri festivalı keçiriləcək.
AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, festivalda Azərbaycandan olan rəqqasların ifasında milli rəqslərimiz nümayiş olunacaq.
Festivalda dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, Qırğızıstan, İndoneziya, Rusiya, Bolqarıstan, Yunanıstan və Qazaxıstandan 600 rəqqas iştirak edəcək.
Samsundakı bu tədbir Avropanın ən böyük beş xalq rəqsləri festivalından biri hesab olunur.