ŞƏKİNİN İCRA BAŞÇISI BAKIYA VƏZİFƏYƏ GƏTİRİLİR
Tarix: 14-08-2013, 12:56 |
Çap et
ELXAN USUBOV HACIBALA ABUTALIBOVUN POSTUNA TƏYİN OLUNA BİLƏR
DİA.AZ: - Redaksiyamıza bu dəqiqələrdə Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubova böyük vəzifə təklifi edilib. Mənbə iddia edir ki, onun Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilməsi planlaşdırılır.
DİA.AZ-a daxil olan məlumatlara görə, iki il əvvəl Şəkiyə rəhbər təyin olunan Elxan Usubovun Hacıbala Abutalıbovun yerinə təyin edilməsi ideyası çoxdan mövcud olub, amma indi bu barədə qəti qərar verilə bilər.
Xatırladaq ki, buna qədər Elxan Usubov Ağstafa rayonuna rəhbərlik edib və həmin dönəmdə də dövlət başçısının böyük etimadını qazanıb.
Qərarın nə zaman açıqlanacağına gəlincə isə mənbəmiz bildirdi ki, hələlik qərar qəti olmadığından bu barədə müzakirələr gedir.