"MƏNİ QINAYANLARA DEMƏK İSTƏYİRƏM Kİ"...
Tarix: 19-08-2013, 10:43 |
Çap et
Müğənni Çingiz Mustafayevin qatıldığı “Yeni dalğa” festivalında yer tuta bilməməsi həmkarları arasında söz-söhbətin yayılmasına səbəb olub.
Axşam.az-ın məlumatına görə, bir çoxları sənətçini qınayıb, ünvanına xoşagəlməz sözlər söyləyiblər.
Bu haqda “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında Çingiz özü danışıb:
“Bu müsabiqəyə qatılmaqla həyatımın ən düzgün addımını atmış oldum. Önəmli olan qalib seçilmək yox, belə böyük bir yarışmada tanınmaq, nəsə öyrənmək idi. Məni qınayanlara demək istəyirəm ki, gələn il özləri qatılar, birinci yeri tutub qayıdarlar”.