ƏLİ HƏSƏNOV ALMANİYADA TƏCİLİ ƏMƏLİYYAT OLUNUB
Tarix: 21-08-2013, 12:47 |
Çap et
ÜRƏYİNDƏ PROBLEM AŞKARLANAN PA RƏSMİSİNİN HƏYATİ TƏHLÜKƏSİ YOXDUR
DİA.AZ: - Redaksiyamıza bu arada ilginc bir məlumat ötürülüb. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və hətta vəziyyəti ağırlaşan PA rəsmisi Almaniyaya aparılıb.
Bildirək ki, məlumatı redaksiyamıza Əli Həsənovun şəbəkəsinə aid «müstəqil» qəzetlərdən birinin rəhbəri verib. Mənbəyə görə, 10 gün əvvəl Almaniyaya aparılan Əli Həsənovu müayinə edən alman tibb mütəxəssisləri onun ürəyində ciddi problem aşkarlayıblar: «Əli Həsənov alman həkimlərinin təkidi ilə ürəyindən əməliyyat olunub və hazırda durumu stabilləşməkdədir».
Təbii ki, bu yerdə bizlərə Əli müəllimə Allahdan şəfa diləmək düşür. Amma bir məsələ var ki, ürək əməliyyatı heç də sıradan cərrahi müdaxilə hesab olunmadığından builki seçkilərdə Əli Həsənovun fəallıq nümayiş etdirməyəcəyi anlaşılır. Elə bunu mənbəmiz də təsdiqləyib.
Qaynağın iddialarına görə, PA rəsmisi ən azından 2 ay reablitasiya və evdə müalicə kurslarını keçməlidir: «Ürəklə zarafat etmək olmaz».