BOŞANAN APARICI XƏBƏRDARLIQ ETDİ
Tarix: 29-08-2013, 12:11 |
Çap et
Son vaxtlar boşanma xəbəri ilə gündəmdən düşməyən aparıcı Azər İsmayılov hər kəsə xəbərdarlıq edib.
Axşam.az-ın məlumatına görə, Azər sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqqında yazılanlara son qoymaq qərarına gəlib.
Aparıcının öz profilində yazdığı həmin sözləri təqdim edirik:
“Bundan sonra rica və xəbərdarlıq edirəm ki, bu gündən sonra mənim və xanımın haqqında artıq-əskik yazmayın. Əks halda hər birinizin cavabı veriləcək. Hərə öz işi ilə məşğul olsun. Heç kim digərlərinin işlərinə qarışmasın".