Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

TƏHSİL NAZİRLİYİ EKSPERTİN HƏDƏFİNDƏ
Tarix: 30-08-2013, 10:05 | Çap et
TƏHSİL NAZİRLİYİ EKSPERTİN HƏDƏFİNDƏ
ƏLÖVSƏT OSMANLI: “QANUN POZULUR”

DİA.AZ: - Xeyli vaxtdır ölkə mətbuatı, eləcə də ictimaiyyət ümumtəhsil məktəblərinin builki məzunlarına verilən medalları müzakirə edir. Bu haqda müxtəlif mülahizə və iddialar irəli sürülür, mübahisələr gedir. Amma ortaq məxrəcə gəlmək mümkün olmur ki olmur. Nə baş verib? Kimdir günahkar? Bundan sonra hansı addımlar atılmalıdır?..
Məsələ ilə bağlı riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə söhbətləşdik.

– Əlövsət müəllim, builki “qızıl medal” olaylarına, bir ekspert kimi, münasibətiniz necədir?
– Açığını deyim, Təhsil Nazirliyinin indiki zamanda söz-söhbətə səbəb olacaq bu qədər mübahisəli addım atacağını ağlımın ucuna belə gətirməzdim...

– “Mübahisəli” dedikdə, nəyi nəzərdə tutursunuz?
– İlk növbədə, medal alan 248 məzunun fərdi nailiyyətlərinin orta hesab “dəftər-kitabı” ilə izah olunmasını. Bu açıqlama sanki cahillər üçün nəzərdə tutulub. Olmazdımı, bu qədər “mühasibat” işləri aparınca, siyahıda iki kiçik qrafa da ayıraydılar və bu qrafalarda hər bir medalçının buraxılış və qəbul imtahanlarındakı nəticələrini yazaydılar? İkincisi isə əmrin verilmə və siyahının mətbuatda dərc olunma tarixləri (17 iyul və 18 avqust) arasındakı bir aylıq fərq nədən qaynaqlanır? Opponentlər burada pis niyyətin olduğunu iddia edirlər. Belə baxanda, onların buna müəyyən əsasları da var. İddialara görə, əmrin açıqlanmasının gecikdirilməsində məqsəd, qəbul imtahanlarının nəticələrini gözləmək və onun əsasında siyahıda müəyyən “korrektələr” etmək olub, başqa sözlə, nazirlik yetkililəri bunu seçimlərinin düzgünlüyünə əmin olmadıqları səbəbindən ediblər. Amma ortada olan fakt bu ehtimalı çürüdür, daha doğrusu, avtomatik bir sual yaranır: Əgər “korrektələr” edilibsə, onda 140-250 bal toplayanlar siyahıdan niyə çıxarılmayıblar? Mənə elə gəlir ki, istənilən halda, nazirlik medalı doğrultmayan məzunların kimliklərini – adlarını, buraxılış və qəbul imtahanlarında topladıqları balları açıqlayaraq hər şeyə nöqtə qoymalıdır, yoxsa mübahisə acı bağırsaq kimi uzanacaq...

– Axı nazirliyin açıqlaması oldu...
– Əgər kimsə fikirləşirsə ki, nazirliyin məsələ ilə bağlı öz saytında yerləşdirdiyi açıqlama mübahisəyə son qoyub, məncə o, səhvə yol verir. Əksinə, bu açıqlama yeni ehtimallara yol açır, qurumun opponentlərinin iddialarını daha da tutarlı edir. Gəlin əvvəlcə açıqlamanın ilk cümləsini oxuyaq: “Məlum olduğu kimi, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınmışdır”. Bu cümlədən bir-birinə zidd iki nəticə alınır: 1) attestat məzunlara buraxılış imtahanının nəticəsindən asılı olmayaraq verilib; 2) attestat məzunlara yekun dövlət attestasiyasının nəticələrinə görə verilib. İndi cəmiyyət sual edir: Bu qərarı kim və hansı əsasla verib? Əgər “buraxılış imtahanı” “Təhsil qanunu”nun 19.20-ci maddəsində nəzərdə tutulan “yekun dövlət attestasiyası” yox, əhəmiyyətsiz bir şeydirsə, onda hər il onu keçirib dövlətin külli miqdarda maddi və mənəvi resurslarını göyə sovurmaqda, şagirdlərə, valideynlərə və müəllimlərə əlavə əziyyət verməkdə məqsəd nədir? Digər tərəfdən, “yekun dövlət attestasiyası” dedikdə nə başa düşülür, yaxud onun hüquqi bazasını hansı sənədlər təşkil edir? Bundan başqa, attestasiya komissiyaları nə vaxt yaradıldı, işlərini nə vaxt gördülər? Burada ən təəccüblü məqam isə qanunverici orqanın nümayəndəsi, qanunların keşiyində durmalı olan millət vəkili Aydın Mirzəzadənin buna görə Təhsil Nazirliyinə minnətdarlıq (?!) etməsidir. Qanun pozulur, Aydın müəllimsə bunun qarşısını almaq əvəzinə, onu alqışlayır...

– İndi belə bir fikir dolaşır ki, qanuni və ya qanunsuz, atılan bu addım özünü doğruldub. Buraxılış imtahanından keçməyən xeyli məzun qəbul imtahanında müsbət nəticə göstərərək tələbə adı qazanıb...
– Mən “qanuni və ya qanunsuz” söhbətini qətiyyən qəbul etmirəm. Gəlin unutmayaq ki, biz, fəaliyyəti ölkənin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyan bir dövlət qurumu haqqında danışırıq. Hər bir addım qanunla uzlaşdırılmalıdır, vəssalam! Hər hansı qanun və ya qayda korrupsiyaya yol açırsa, onda əvvəlcə zəhmət çəkib onu dəyişdirmək lazımdır. Bir qanunsuzluğu başqa qanunsuzluqla aradan qaldımırlar ki! İkincisi də görəsən, bu addımın məktəblərdə bundan sonrakı fəsadları haqqında düşünüblərmi? Əgər, oxuyub-oxumamağından asılı olmayaraq, hamıya ucdantutma attestat veriləcəksə, onda məktəbdə təlim-tərbiyənin axırı necə olacaq? Onsuz da 9-cu sinifdən sonra şagirdlərin əksəriyyəti məktəbə yox, repetitor yanına gedir. İndi yaxşı iş kimi təqdim olunan həmin nümunəni əsas götürüb deyəcəklər: Görürsünüz, məktəbə getməyin, buraxılış imtahanından keçib-keçməməyin elə bir əhəmiyyəti yoxdur, əsas qəbul imtahanıdır...

– Bəlkə düz deyirlər?..
– Xeyr! Bu tamamilə səhv yanaşmadır. Məktəbin birinci funksiyası dövlətin müəyyən etdiyi standartlara cavab verən vətəndaş yetişdirməkdir. Bura, bilikdən başqa, saysız-hesabsız bacarıq və dəyərlərin formalaşdırılması da daxildir. Repetitor isə şagirdi, ən yaxşı halda, qəbul imtahanına hazırlayır. Gözümüzün qabağında Gürcüstan nümunəsi var. Onlarda da buraxılış imtahanlarını ləğv etmişdilər. O zaman ayıldılar ki, məktəb mühiti dağılıb gedir. Təcili bərpa etdilər...

– Qayıdaq qızıl medal alanların qəbul imtahanlarında əldə etdikləri nəticələrə. Nazirliyin açıqlamasına görə, onların mütləq çoxluğu bu adı doğruldub...
– Bu iddianın heç bir elmi-pedaqoji əsası yoxdur. Əgər klassik “5” ballıq sistemlə hesablasaq, əksinə, onların əksəriyyətinin (630-dan aşağı bal toplayanların) bu adı doğrultmadığı açıq-aydın görünür. Digər tərəfdən, tutalım, nazirlik düz deyir. Axı bu, cəmiyyətin sualının cavabı deyil! Cəmiyyət nazirlikdən aldığı medalı doğruldanların yox, doğrultmayanların hesabını sorur. Çünki doğrultmaq onların borcudur! Əgər medal alıblarsa, onu minnətsiz-filansız doğrultmalıdırlar! Doğrultmamaq isə həm onların, həm də bu medalı onlara verənlərin səhvidir! Dövlət qurumunda, adətən, belə səhvlərə görə üzr istəyir, səbəbkarları cəzalandırırlar. İndi qəbul imtahanında 140 və ya 200 bal toplayanlara qızıl medal verənlərin heçmi cəzası olmayacaq?! Bu cəza olmayacaqsa, 700 bal toplayıb medal almayan Sumqayıt məktəblisi Flora Qafarovanın, Bakı məktəbliləri Aytən Paşazadə və Osman Müslümovun, eləcə də “süzgəc”dən keçməyən yüzlərlə əlaçı şagirdin qəsb edilmiş haqları qara bir ləkə kimi təhsilimizin tarixində qalacaq...

– Belə bir fikir də səslənir ki, bundan sonra medallar qəbul imtahanlarının nəticələrinə görə verilsin...
– Bu fikrin də əsası yoxdur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Qaydalar”da göstərildiyi kimi, medal şagirdlərə məktəbdə əldə etdikləri xüsusi nailiyyətlərə görə verilir. Qəbul imtahanının nəticələri üçünsə müəyyən mükafat və adlı təqaüdlər var.

– Əlövsət müəllim, səngimək bilməyən bu mübahisələrdən çıxış yolunu nədə görürsünüz?
– Doğrusu, mən burada xüsusi bir vəziyyət də görmürəm. Sadəcə olaraq, nazirlik seçim zamanı səhvlərə yol verdiyini açıq etiraf etməli, cəmiyyətdən üzr istəməli və bundan sonra mövcud qanun-qaydalara düzgün əməl edəcəyinə təminat verməlidir. Bəli, məsələnin ən sadə həlli budur!..









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru