PROBLEM: MİKAYIL CABBAR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
Tarix: 31-08-2013, 14:24 | Çap et
KƏLBƏCƏR TƏHSİL SİSTEMİ BAŞDAN-BAŞA KORRUPSİYA MƏNGƏNƏSİNDƏDİR
DİA.AZ: - Bu günlərdə Kəlbəcər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə yerli KİV-lərdə müəyyən informasiyalar yayıldı. Xəbərdə deyilirdi ki, RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanov öz işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsini belə itirə bilər. Həmçinin sözügedən materialda M.Abdürəhmanovun hələ Kəlbəcər RTŞ-də məsləhətçi vəzifəsində işlədiyi zaman yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları və digər qanun pozuntuları barədə açıqlamalar təqdim olunurdu.
Eyni zamanda da vurğulanırdı ki, himayədarlarının səyi nəticəsində M.Abdürəhmanov RTŞ-yə rəhbərlik etməyə başladıqdan sonra Kəlbəcər təhsili daha ağır duruma düşüb: “Məhyəddin müəllim təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtdan iki aydır müəllimlər əmək haqqılarını ala bilmirlər. Şöbənin işçiləri Şirinov Elçin Təhməz oğlu və İbrahimov Xəqani Nizami oğlu onun yeni rəhbər vəzifəyə gəlməsi münasibətilə məktəb direktorlarından üç-dörd min manat məbləğində hədiyyə pulları yığırlar və hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar hədələnir. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Təhsil müəssisəsini rüşvətxorluq yuvasına çevirmiş, hər bir məsələni pul ilə həll edirlər. Məktəb direktorları hesab vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri üçün hər bir direktordan on min manat hesab istənir. Müqavilə əsasında işə götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları üçün iki-üç min manat pul tələb edilir...”
Lakin Kəlbəcər təhsilinin problemləri əslində heç də təkcə RTŞ-nin yarıtmaz fəaliyyəti nəticəsində formalaşmayıb. DİA.AZ-a daxil olan şikayət məktubunda Kəlbəcər Rayon İra Hakimiyyətinin bəzi məmurları tərəfindən yol verilən neqativ hallara, vətəndaşların hüquqlarının mütəmadi olaraq pozulmasına, rüşvətxorluq və digər korrupsiya əməllərinə diqqət yönəldilir. Xüsusi olaraq qeyd olunur ki, rayonun təhsil sisteminin tənəzzülə uğramasında da bu məmurların böyük “xidmətləri” var.
Şikayətçilərin öz naraqzılıqlarını bildirdikləri bu məmurların sirasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. İlk növbədə məlumatda belə bir fakt diqqəti çəkir ki, müəlliflər H.Bəylərovun orduda xidmətdən yayınmasını iddia edirlər. Daha sonra şikayətçilər ərz edirlər ki, bu məmur vəzifəyə təyin olunmaqdan əvvəl mal-qara ticarəti ilə məşğul olub. Təbii ki, özü-özlüyündə bu peşənin irad tutula biləcək heç bir qüsuru yoxdur. Lakin şikayətçilər vurğulayırlar ki, bu iş H.Bəylərovun bütüm ömrü boyu məşğul olduğu yeganə peşədir. Bu səbəbdən də onun hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsili, nə sərişəsi, nə də iş təcrübəsi yoxdur.
Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Daha sonra məktubda qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də H.Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin hara xərcləndiyindən bixəbər olan direktorlar yalnız onu bilirlər ki, bu pulu bircə dəfə gecikdirməklə, dərhal çağırılacaq şura iclasında əsil açıq hədəfə ceviriləcəklər. Lakin aldığımız məlumatlara əsasən, Kəlbəcərin məktəb direktorlarının aylıq “ödənişləri” heç də H.Bəylərova təhvil verilən 50 manatlarla məhdudlanmır. Mənbələr bildirir ki, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovun direktorlardan aldığı “aylığın” məbləği hətta bundan iki dəfə də artıqdır. Məktubda xüsusi olaraq qeyd olunur ki, RİH-nin fəaliyyətində müşahidə olunan bütün korrupsiya əməlləri bu iki şəxsin nəzarəti və rəhbərliyi altında həyata keçirilir. Xüsusi maraq doğuan daha bir məqam isə N.Çıraqovun və H.Bəylərovun onlardan narazılıq ifadə edən vətəndaşlara qarşı istifadə etdikləri təsir vasitələri ilə bağlıdır. Bu xüsusda məlumatlarda qeyd olunur ki, bu iki məmur Kəlbəcər sakinlərini daima internet səhifələrində onların şərəf və ləyaqətlərinə xələl gətirə biləcək məlumatlar və video görüntülər yerləşdirmək xofu altında saxlayırlar.
Əlbəttə sual oluna bilər ki, bu cür video görüntüləri internetə yerləşdirmək üçün əvvəlcə onları əldə etmək lazımdır. Lakin bizə təqdim olunan məktubda məxsusi olaraq bu məqsədlər üçün N.Çıraqovun və H.Bəylərovun qolu zorlu qoçulardan ibarət kiçik bir dəstə belə saxladıqları vurğulanır. Daha sonra
DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, H.Bəylərovun qardaşı Qurban Bəylərov da Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin dekanı vəzifəsini tutmaqla, artıq sadəcə bir rayonun deyil, ümumilikdə ölkənin təhsil sisteminə “qurşaqdan aşağı” zərbələr vurmaqla məşğuldur. Qeyd olunur ki, qiyabi şöbə dekanı hətta özünə sessiyalarda iştirak etmək əziyyətini belə verməkdən imtina edib. Bununla belə hər imtahan sessiyası dövründə Qurban müəllimə çatacaq 1000 manat vaxtlı-vaxtında tədarük olunaraq sahibinə təhvil verilir. Həmçinin göstərilir ki, saxta diplom alveri də Q.Bəylərovun xüsusi gəlir mənbələrindən biridir. Diqqət edirsinizsə Qurban Bəylərovun, Məhyəddin Abdürəhmanovun, Novruz Çıraqovun və Heydər Bəylərovun fəaliyyətlərində oxşar cəhətlər çoxdur. Bu cəhətləri məlumatlarda təqdim olunan faktlarla tanış olarkən aşkar etmək olar:
“M.Abdürəhmanov həm əvvəlki illərdə attestat və şəhadətnamə ala bilməyən, həm də bu il məktəbi bitirən məzunlara təhsil haqqında sənədləri yaxın adamı olan Xəqani İbrahimovun əli ilə 50-80 manata satdırır. O, qəzet pulu adı altında ümumtəhsil məktəblərin müəllimlərinin hər birinin əmək haqqından 15 manat məbləğində pul tutdurur (xatırladım ki, rayonun məktəblərində 4 minə yaxın müəllim işləyir). İki həftə bundan əvvəl məktəb direktorlarının hər birindən hesablar alınıb, guya yığılan pullar yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarova veriləcəkdir. Təhsil işçilərini pul verməyəcəkləri halda işdən çıxaracağı ilə hədələyir.” Göründüyü kimi bütün hallarda rüşvət tələblərinin irəli sürülməsi təhdid və hədələrlə müşayiət olunur. Belə qənaətə gəlmək olar ki, bu gün onsuz da ərazisi düşmən tərəfindən işğal olunmuş Kəlbəcərdə tətbiq olunan idarəçilik üsulları birmənalı şəkildə əhalinin məmurlar tərəfindən məruz qoyulduqları zorakılıq və şantaj əsasında formalaşdırılıb. Bəs görəsən yeni nazirimiz Misir Mərdanov ənənəsini yaşadan bu kadrına necə reaksiya verir? Hər halda maraqlı olanı budur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|