ABEL MƏHƏRRƏMOVUN ELŞAD ABDULLAYEV SEVGİSİ
Tarix: 2-09-2013, 12:35 | Çap et
“...Dünən ölkənin bütün Azərbaycan və rus dilli KİV və portallarının xəbər başlıqlarında Elşad Abdullayevin Fransada universitet açması barədə xəbərlərini oxudum və məni təəccüb bürüdü...”.
Bu sözləri ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, tanınmış vəkil Ramiz Zeynalov “Təzadlar”a açıqlamasında bildirdi. Vəkil əlavə edərək dedi:
- İndiyədək rəhbəri olduğum Komitəyə 4 mindən çox tələbə və valideyn yazılı ərizə ilə müraciət edib, Elşad Abdullayevin 1997-ci ildə yaratmış olduğu ABU adlı cinayətkar yuvada onları aldadaraq pullarını necə almasını, onlara tələbə olmaları barədə saxta sənəd və diplomları necə verməsini, rüşvətin bu qondarma universitetdə necə yığılmasını, qohum-əqrabadan ibarət mütəşəkkil cinayətkar dəstənin bu işdə necə rol almasını və s. yazıblar. Elə ailələr var ki, sələmə külli miqdarda pul götürüb Elşad Abdullayevə və ya onun əlaltılarına veriblər, hələ də faiz ödəyirlər, borc içində itib-batırlar. Həmçinin E.Abdullayev rüşvət hesabına hərbi xidmətdən yayındırılması üçün və ya qanunsuz olaraq möhlət hüququ əldə edilməsi üçün hərbi komissarlıqlara verilməsindən ötrü vətəndaşlara ABU-da təhsil almaları barədə saxta arayışlar satmışdır. Gənclərin özlərinin, yaxud valideynlərinin bu ərizələrinin hamısı Baş Prokurorluqda Elşad Abdullayevin barəsində rüşvət alma və vermə, həmçinin istintaq edilən digər cinayətlərinin istintaq materiallarına əlavə edilməsi üçün aidiyyəti üzrə Komitə tərəfindən göndərilmişdir. Çox güman ki, ABU məsələsi ayrıca epizod kimi istintaq ediləcək və tezliklə bu cinayət işi üzrə istintaq olunan istintaq materialları üzrə müvafiq qərar qəbul olunaraq, həm də Fransanın hüquq mühafizə orqanlarına göndəriləcək. Təbii ki, Fransa hakimiyyəti Elşad Abdullayevin təhsil sahəsindəki cinayətkar hərəkətlərindən çoxdan xəbərdardır və dünyada məşhur olan çoxsaylı ali təhsil müəssisələri ola-ola, belə bir dələduzun bu ölkədə saxta universitet açmasına imkan verilə biləmz...
İkincisi, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri kimi topladığım ərizələr və digər sənədlər Fransanın Azərbaycandakı Səfirliyinə də göndərilib və çox güman ki, səfirlik öz ölkəsini bu sənədlər və informasiyalarla məlumatlandırıb.
Bundan əlavə, mənim Fransa Prezidentinə müraciətlərim də vardır, həm elektron məktub vasitəsi ilə, həm də poçt vasitəsi ilə göndərilib. Fransız dilinə tərcümə olunmuş məktubumda Elşad Abdullayevin indiyədək istintaqa və ictimaiyyətə məlum olan cinayətkar hərəkətləri sadalanmış, müvafiq sənəd və sübutlar məktuba əlavə edilmişdir. Mən Fransanın Prezidentindən xahiş etmişdim ki, belə bir dələduzun Fransa kimi demokratik ölkədə qalması başa düşülən deyil, o, həbs edilərək Azərbaycana deportasiya olunmalıdır.
Üçüncüsü: Fransadakı yüksək dərəcəli və tanınmış universitetləri qoyub Elşad Abdullayev kimi fırıldaqçının yaratdığı universitetdə kim oxumaq istəyər?
Nəhayət, Elşad Abdullayev məlumat yayır ki, guya o, əvvəlcə Fransa universitetlərinin birində müəllimlik edəcək və s. Soruşuram: görəsən, Elşad Abdullayev Fransa universitetlərində hansı dildə dərs deyəcək? Axı o, nəinki fransız və ingilis dillərini, heç rus dilini düz-əməlli bilmir. Hətta öz kürdəmirlilərinin dilini belə hələ də öyrənə bilməyib, bəs onda tələbələrə hansı dildə savad öyrədəcək?
Bilirsiniz ki, Elşad Abdullayev Rusiyanın ixtisas koduna qətiyyən uyğun gəlməyən riyazi modelləşdirmə institutunda hüquqdan doktorluq işi müdafiə etmişdir. Sonradan “Təzadlar”ın Araşdırma Qrupu bu doktorluq işi barədə saxtakarlığın olduğunu araşdırmış, Rusiya Təhsil Nazirlyinə göndərmişdir. Rusiya TN bu sənəd və materiallarını, ekspert rəylərini öyrənərək və E.Abdullayevin doktorluq işinin köçürmə, yəni oğurluq olduğunu araşdırmaq üçün xüsusi işçi qrup yaratmışdır. Rusiya TN tərəfindən “Təzadlar”a göndərilmiş rəsmi cavab məktubundan məlum olur ki, Komissiya E.Abdullayevin doktorluq işinin saxta olduğunu təsdiqləyən rəy vermiş, bunun əsasında da Rusiya TN-nin elmi işlər üzrə Departamentinin qərarı ilə bu doktorluq işi ləğv edilmişdir...
“Elşad Abdullayev zəmanəmizin Fransadakı Şeyx Nəsrullahıdır...”
-Ramiz müəllim, E.Abdullayev əvvəllər özü haqqında “professor”, “7 ölkənin görkəmli akademikindən biri” kimi elmi titul və ya vəzifələr yazırdı. Amma indi bu titullar gözə dəymir...
-Bu, sizin və təvazökarlıqdan uzaq olsa da, mənim birgə fəaliyyətimizin nəticəsidir ki, Azərbaycan ictimaiyyəti artıq bu fırıldaqçının, elm oğrusunun iç üzünü görmüş oldu... Bəli, nəinki Elşad Abdullayev özü, həmçinin onun sözçüsü deyilən Elnur Məcidli, eləcə də E.Abdullayevin həmişə informasiya qulluğunda duran KİV-lər və saytlar da artıq Elşad Abdullayevin adının əvvəlinə “professor”, yaxud “akademik” sözünü yazmırlar. Dünya ictimaiyyəti də bunu görür... Bilirsiniz, Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin. Onun “Ölülər” əsəri bu günümüz üçün də aktualdır. Əsərin baş qəhrəmanı olan şeyx Nəsrullah ölmüş insanları necə “dirildirdi”sə, Elşad Abdullayev də, deyəsən, o metodla ölü professor adını diriltmişdir. Mənə elə gəlir ki, görünür, Fransa Prezidenti, Fransanın tanınmış alimləri Elşad Abdullayevin fitri istedadını, ölmüş professor adının necə dirildiyini görüb ona Frasada universitet açmasına icazə vermək qərarına gəlmişdir. Axı bu adam həqiqətən də fitri istedada malikdir, zəmanəmizin Fransada peyda olmuş, zühur etmiş şeyx Nəsrullahıdır!!! Kişi başdan ayağa istedaddır! Məsələn, kim cürət edib indiki zəmanədə sığınıb yaşadığı ölkənin tanınmış alimi olan Gi Brebanın əsərini oğurlayıb öz adına çıxıb “Fransanın inzibati hüquq” kitabı yazardı? Kim cürət edib dünyaca məşhur rus alimi Kozırinin “Beynəlxalq inzibati hüquq” kitabını tərcümə etdirib öz adına çıxardardı? Kim cürət edib Azad Mirzəcanzadə Azərbaycan AAK-nin sədri olanda oğurluq çıxan doktorluq işini iki il sonra-2003-cü ildə, A.Mirzəzadə bu postdan gedəndən dərhal sonra təzədən eyni komissiyada doktorluq işi kimi qeydə aldırardı, az sonra özünə BDU-nun professoru adını alardı??? Kim? Yalnız indi Fransada zühur etmiş bizim şeyx Nəsrullahımız-Elşad Abdullayev!!!
Mən hələ onu demirəm ki, bizim bu şeyx Nəsrullahımız bir vaxtlar ABU-nun Dubay filialını yaradıb bəzi qadınları tələbə adı altında Dubaya getməsini necə pərdələyirmiş. Bunu da ancaq bizim şeyx Nəsrullahımız edə bilərdi. Ona görə də onun qədri-qiyməti bilinməlidir, ona Fransada düz Parisin mərkəzində möhtəşəm binada universitet açılıb verilməlidir... İndi də “Parisli oğlan” olmaq istəyənlər bu yolla Fransaya-Elşadın universitetində oxumağa gedəcək. İnanıram ki, bundan sonra Hollandiyada, hətta Afrikada belə insanlar dəstə-dəstə bu universitetə axacaq...
“Cənab Prezident! BDU-da hələ də dövlətimizi dünyada rüsvay edən saxtakar Elşad Abdullayevin saxta dərsliklərindən tələbələrə bilik öyrədirlər...”
-Ramiz müəllim, “qədir-qiymət” dediniz, yadıma sizin bir fikriniz düşür. Demişdiniz ki, Elşad Abdullayev hələ də BDU-nun professoru kimi qalır...
-Mən ötən dəfə məhz sizin qəzet vasitəsi ilə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmova və BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, Milli Məclisin sədr müavini Ziyafət Əsgərova müraciət edərək bildirmişdim ki, Azərbaycan Prezidentini, Azərbaycan dövlətini və hakimiyyətini aşağılayan, Azərbaycan xalqının adına ləkə gətirən belə bir adam necə olur ki, hələ də BDU-nun adı çəkilən kafedrasının professoru kimi qalır???
Hələ də sorğuma cavab yoxdur. Elə bunu nəzərə alaraq mən BDU-nun saytına daxil olaraq araşdırmalara başladım... Dəhşətli mənzərə ilə qarşılaşdım. Məlum olur ki, BDU-nun Konstitusiya hüququ kafedrasında BDU-nun tədris proqramına Azərbaycan dövlətini və Prezidentini dünyada rüsvay edən, dövlətimizin adına ləkə gətirən, Konstitusiya qanunlarımızı kobud surətdə pozan, trans milli cinayətlərinə-qanunsuz orqan transpalantasiyasına, saxta dərman satışına görə barəsində Ukrayna Ali Məhkəməsi tərəfindən xüsusi qərar çıxarılan Elşad Abdullayevin oğurluq dərslikləri salınmışdır!
Mən ölkə Prezidenti cənab İlham Əliyevə üz tuturam: Cənab Prezident! BDU-da hələ də dövlətimizi dünyada rüsvay edən saxtakar Elşad Abdullayevin saxta dərsliklərindən tələbələrə bilik öyrədirlər. Belə ki, bir hüquqşünas kimi apardığım araşdırmalarla və mütəxəssislərin rəyləri ilə sübut olunmuşdur ki, Elşad Abdullayevin “Fransanın inzibati hüququ” dərslikləri oğurluqdur, Fransanın tanınmış alimi Gi Brebanın kitablarından olduğu kimi köçürülmüşdür... Bundan əlavə, Elşad Abdullayevin doktorluq işi və yenə də “Beynəlxalq inzibati hüquq” adlı iki dərslik kitabı Rusiyanın tanınmış alim Kozırinin eyni adlı kitablarından oğurlanmışdır.
Cənab Prezident! Məlumat üçün diqqətinizə çatdırıram ki, hətta Kozırin Rusiya Ali Təhsil müəssisələri üçün dərslik kimi buraxılmış “Beynəlxalq inzibati hüquq” kitabının “Giriş” hissəsində öz tələbələrinə və elm ictimaiyyətinə xəbərdarlıq edərək Elşad Abdullayevin onun kitablarını necə oğurlayıb öz adına çıxmasını yazmışdır.
Bundan əlavə, Elşad Abdullayev Kozırinin kitabından oğurladığı həmin dərslikləri öz adına çıxıb Azərbaycan Təhsil Nazirliyinin qrifi ilə saxta dərslik çap edib tələbələrə dərslik kitabı kimi satdırmasından əlavə, bu oğurluq material əsasında Rusiyada doktorluq işi müdafiə etmişdir. Sonradan Rusiya TN isə bu doktorluq işinin saxta olduğunu müəyyən edərək, 2011-ci il dekabrın 21-də onu ləğv etmişdir.
Bundan əlavə, Elşad Abdullayevin doktorluq işinin və dərslik vəsaitlərinin oğurluq olması barədə rəsmi “Azərbaycan” qəzetində silsilə yazılar dərc olunmuşdur.
Cənab Prezident! Bütün bunlara baxmayraq, Bakı Dövlət Universiteti kimi tanınmış bir elm ocağında hələ də tədris proqramına Elşad Abdullayevin həmin oğurluq dərslikləri salınmışdır. Bu Azərbaycanın BDU kimi tanınmış və nüfuzlu təhsil müəssisəsinin adına yaraşmayan hərəkətdən başqa, həm də Azərbaycan ictimaiyyəti üçün də başa düşülən deyil.
Cənab Prezident! BDU-nun tələbələri mənə müraciət edərək soruşurlar ki, “Elşad Abdullayev kimi barəsində cinayət işi açılmış, doktorluq işi, dərslikləri saxta çıxmış bir şəxsin dərslikləri niyə bizə tədris olunmalıdır? Biz nəyə inanaq: həqiqətə, ortada olan plagiat dərsliklər barədə rəsmi və mötəbər qərarlara, yoxsa qarşılaşdığımız fakta!” Güman edirəm ki, bütün bu anlaşılmazlığa və Elşad Abdullayevin BDU-nun Konstitusiya hüququ kafedrasında bu şəkildə müdafiə olunmasına, nəhayət, son qoyulmalıdır! Əgər bu kafedrada adı çəkilən dərsliklər vacibdirsə, onda həmin dərslikləri elə əsl müəlliflərinin, yəni Kozırının və Gi Brebanın adı ilə tərcümə edib, tələbələrə tədris etsinlər.
-Ramiz müəllim, bu olduqca ciddi faktdır və əlavə nə sübutlarınız var, araşdırmanız nələri üzə çıxarıb?
-Mənim apardığım araşdırma dəhşətli mənzərəni ortaya qoydu... Baxın, neçə gün əvvəl daxil oldum BDU-nun saytına və oradan da Konstitusiya hüququ kafedrasına. Mən sizə oradan olduğu kimi koçürdüyüm məlumatı heç bir şərh vermədən təqdim edirəm, siz də olduğu kimi dərc edin. Qoy, Azərbaycanın elmi ictimaiyyəti, Təhsil Nazirliyi, Prezident Administrasiyasında əyləşib, Prezidentin çörəyini yeyib, dövlətimizin maaşını alıb, Elşad Abdullayevi hələ də müdafiə edənlər bu rüsvayçılığın və anlaşılmazlığın səbəblərini özləri müəyyən etsinlər:
Rəsmi sənədlər (BDU-nun saytından olduğu kimi):
“Konstitusiya hüququ kafedrası:
Kafedranın tarixi
Konstitusiya hüququ kafedrası 1928-ci ildə yaradılmışdır. Burada konstitusiya hüququ və inzibati hüququn ayrı-ayrı institutları ilə bağlı geniş elmi-tədqiqat işləri aparılmışdır. Konstitusiya hüququ kafedrası 1966-cı ildən “Dövlət hüququ” kafedrası adı altında fəaliyyət göstərməyə başlayıb. Kafedrada dörd predmet üzrə elmi araşdırmalar həyata keçirilmişdi. Kafedra 1991-ci ildə “Konstitusiya hüququ” adlandırılmışdır. Kafedrada konstitusiya və inzibati hüququn ayrı-ayrı institutları ilə bağlı geniş elmi-tədqiqat işləri aparılmışdır. Kafedraya 30 ildən artıq müddətdə h.e.d., prof. M.N.Ələsgərov başçılıq edib.
Kafedranın tədris vəsaitləri:
“Konstitusiya hüququ” dərsliyi - Z.A.Əsgərov.- 2002, 2006 (latın qrafikası ilə)
“Konstitusiya hüququ” dərsliyi - Z.A.Əsgərov, E.H.Nəsirov - 2006 (latın qrafikası ilə)
“Azərbaycanın İnzibati hüququ” dərsliyi - E.İ.Abdullayev - 2007 (latın qrafikası ilə)
“Müqayisəli İnzibati hüquq” dərs vəsaiti - E.İ.Abdullayev - 1998 (kirill qrafikası ilə)
“Azərbaycanın dövlət və hüququnun əsasları” dərs vəsaiti - Z.A.Əsgərov,
M.İ.İsmayılov, E.H.Nəsirov - 2003 (latın qrafikası ilə) “AR-in Konstitusiyası və hüququn əsasları” dərs vəsaiti - Z.A.Əsgərov, M.İ.İsmayılov, E.H.Nəsirov - 2005 (latın qrafikası ilə)
“Bələdiyyə hüququ” dərs vəsaiti - E.İ.Abdullayev, S. H.Həsənova - 2002 (latın qrafikası ilə)
Kafedranın son illərdəki elmi nəşrləri:
Əsgərov Z.A. ''Konstitusiya hüququ''. Dərs vəsaiti, Bakı, BDU-nun nəşriyyatı, 2002, 632 s.;
E.İ.Abdullayev: “Dövlət xidmət hüququ”. Bakı, 2002. 186 səh.
Abdullayev E.İ. “Dövlət qulluğu (Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında)”. Dərs vəsaiti.Bakı,2002. 329 səh.
Əlibəyli Q.S. “Avropa məhkəməsinə müraciət etməyin qaydaları”. Bakı,2002. 99səh.
Qulamhüseyn Əlibəyli “Kütləvi İnformasiya vasitələri”. Bakı,2002. 136 səh.
İsmayılov R.R. “İnstitut qrajdanstva Azerbaydjanskoy Respubliki”. Bakı,2002. 165səh.
Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Məmmədov X.R. “Azərbaycanın dövlət və hüququnun əsasları”. Dərs vəsaiti.Bakı,2003, 453 səh.
Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”.Dərslik. Bakı, 2005, 376 səh.
Nəsirov E.H., İsmayılov M.İ. “Referendum - xalq hakimiyyətinin təzahür formasıdır”. Bakı, 2003, 65 səh. Əsgərov Z.A. ''Konstitusiya hüququ''. Dərs vəsaiti yeni redaktədə, Bakı, BDU-nun nəşriyyatı, 2006
Z.Əsgərov, E.Nəsirov, M.İsmayılov Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları. Dərslik. “Qapp-poliqraf”. Bakı-2005, 375 səh
E.İ.Abdullayev, “Azərbaycan beynəlxalq aləmdə. “Nurlan” nəş-tı, I c. Bakı, 2005, 240 səh.
E.İ.Abdullayev, “Azərbaycan demokratik inkişaf yolunda. II kitab. “Təhsil” nəş-tı, Bakı-2005, 350 səh.
E.İ.Abdullayev, Problema Naqornoqo Karabaxa v kontekste mejdunarodnoqo prava. “Təhsil” nəş-tı, Bakı-2005, 246 s.
E.İ.Abdullayev, “H.Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının ən təkmil səviyyədə qorunmasına imkanverən idarəetmə sistemi yaratmışdır. Bakı. “Azərbaycan müəllimi” qəzeti, 13.05.2005-ci il
E.İ.Abdullayev, 1918-ci il mart hadisələri Azərbaycan tarixində ən faciəli səhifələrdəndir. Bakı. “Azərbaycan müəllimi” qəzeti, 01.04.2005-ci il
R.İsmayılov, “Zakreplenie prinüipa qlasnosti sudoproizvodstva v zakonodatelğstve Azerbaydjanskoy Respubliki.Məqalə. Keçid dövründə Azərbaycan Respublikası dövlət və hüquq quruculuğunun aktual proqblemləri. Bakı, 2005,XI buraxılış, səh.67-69
R.İsmayılov K voprosu o ponətii i klassifikaüii prinüipov orqanizaüii i deətelğnosti orqanov sudebnoy vlasti.Məqalə. Keçid dövründə Azərbaycan Respublikası dövlət və hüquq quruculuğunun aktual proqblemləri. Bakı, 2005,XII buraxılış, səh.103-107
Z.Əsgərov, Konstitusiya hüququ. Dərslik (yeni redaktədə). “Qapp-poliqraf”. Bakı-2006, 697 səh.
Z.Əsgərov, E.Nəsirov Konstitusiya hüququ.Proqram. Bakı,2006, 30 səhifə
Z.Əsgərov , Azərbaycan Respublikasının Silahlı qüvvələri suverenliyimizin təminatçısıdır. Məqalə. “İlhamƏliyev. İqtibaslar və təhlil” kitabı. “Azərb.” nəş-tı,Bakı, 2006, s.173-185
E.İ.Abdullayev, “Azərbaycanın İnzibati hüququ. Dərslik. Bakı, ABU, 2006, 838 səh.
E.İ.Abdullayev, “Təhsil hüququ. Dərs vəsaiti. Bakı, 2006, ABU nəş-tı, 320 səh
E.İ.Abdullayev, “2005-ci il islahatlar və demokratik inkişaf ili oldu. Məqalə. “Dövlət və hüquq” jur., Bakı, 2006, № 1-3, səh.5-10
E.İ.Abdullayev, “Milli və bəşəri idealların layiqli hamisi. “Dövlət və hüquq” jurnalı. Bakı, 2006, №4-6, s.5-12
E.İ.Abdullayev, “Azərbaycanın İnzibati hüququ. Ümumi hissə. Dərslik. Bakı, 2007, 600 səh.
E.İ.Abdullayev, “Azərbaycanın İnzibati hüququ. Xüsusi hissə. Dərslik. Bakı,ABU, 2007, 591 səh.
E.İ.Abdullayev, “Azərbaycanın İnzibati hüququ. Üçüncü hissə (ardı). Dərslik, Bakı, 2007, 258 səh.
E. Abdullayev, “Administrativnoe pravo. Dərslik (rus dilində). Bakı, ABU, 2007, 421 səh.
E.İ.Abdullayev, “(N.Hüseynova ilə birgə) Dövlət qulluğu. Dərslik. Bakı, ABU, 2007, 432 səh
E.İ.Abdullayev, “Azerbaydjan na puti demokratiçeskoqo razvitiə. Məqalə və müsahibələr toplusu. Bakı, “Təhsil”nəş-tı, 2007, 336 səh.
E.İ.Abdullayev, “Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları. “Dövlət və hüquq” jurnalı, № 3-5, 2007 və sair.
TƏDRİS PROGRAMI
Bakalavr təhsil pilləsi üzrə nəşr edilmiş proqramların
SİYAHISI
Konstitusiya hüququ- (müəllifvə tərtibçi) Z.A.Əsgərov,E.H.Nəsirov- 2006 (latın qrafikası ilə)
İnzibati hüquq- (müəllif və tərtibçi) E.İ.Abdullayev - 2002 (latın qrafikası ilə)
Magistr təhsil pilləsi üzrə nəşr edilmiş proqramların
SİYAHISI
Seçki hüququ - (müəllif və tərtibçi) Z.A.Əsgərov; 2000 (kiril qrafikası ilə)
Konstitusiya nəzarəti - (müəllif və tərtibçi) Z.A.Əsgərov; 2000 (kiril qrafikası ilə)
İnsan hüquqları problemləri - (müəllif və tərtibçi) Z.A.Əsgərov; M.İ.İsmayılov; Əlyazma formasında (latın qrafikası ilə)
Parlament hüququ - (müəllif və tərtibçi) R.R.İsmayılov; Əlyazma formasında (latın qrafikası ilə)
Müqayisəli İnzibati hüquq - (müəllif və tərtibçi) E.İ.Abdullayev; 2002 (latın qrafikası ilə)
Dövlət qulluğu - (müəllif və tərtibçi) E.İ.Abdullayev; 2002 (latın qrafikası ilə)
İnzibati məsuliyyət - (müəllifvə tərtibçi) E.İ.Abdullayev; 2002 (latın qrafikası ilə)
Hüquqi kliniki təhsil - (müəllif və tərtibçi) R.R.İsmayılov, E.A.Xələfov; Əlyazma formasında (kiril və latın qrafikası ilə)”.
-Ramiz müəllim, sizcə bu anlaşılmazlıqdır, yoxsa...
-Qətiyyən, bu fikirlə razı deyiləm... Ona görə ki, Elşad Abdullayevin kimliyi hamıya bəllidir. Axı indi tələbələr BDU-nun tədris proqramı ilə həm də universitetin saytı vasitəsilə xəbər tutur. Əgər tələbə saytda adı transmilli cinayətkarlıqda, elm oğurluğunda keçən bir adamın oğurluq kitablarından dərs öyrənəcəksə, həmin tələbənin gələcəyini necə təsəvvür etmək olar? İnanıram ki, Prezident İlham Əliyevə ünvanlı bu müraciətimdən sonra Elşad Abdullayevin müdafiəçilərinə dərs olacaq addımlar atılacaq... \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|