NATİQ ƏLİYEVİ ZƏRƏRSİZLƏŞDİRİRLƏR
Tarix: 4-09-2013, 12:23 | Çap et
Sənaye və energetika naziri Natiq Əliyev səlahiyyətlərinin bir hissəsini itirib. Bu barədə hökumətin son qərarından məlum olur. Məsələ burasındadır ki, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə qərar verilib. Dəyişikliyə əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibindən çıxarılıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının siyahısına salınıb. Xatırladaq ki, sənaye və energetika naziri ilə iqtidar daxilindəki bir sıra iri məmurların çəkişməsi uzun müddətdir davam edir. Hələ bir müddət əvvəl yazmışdıq ki, bu ilin yazında Sənaye və Energetika Nazirliyinin (SEN) Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramı hazırlayır. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib. Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmamasıdır. Sənaye və energetika naziri haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi var. Söhbət Natiq Əliyevin hakimiyyət kulislərindəki əleyhdarlarının haqqında danışılan dövlət proqramı layihəsinin təsdiqlənməsinə yaratdığı maneələrdən gedir. Sənaye və energetika naziri iqtidariçi qruplaşmalardan və onlarla toqquşmalardan mümkün qədər kənarda dayanmağa çalışır. Amma son bir ildə, ilyarımda Natiq Əliyev istəmədən də olsa, hakimiyyətdaxili qovğalara qarışmaq məcburiyyətindədir. Bu bəzi iri məmurların naziri saya salmamağa, onunla nüfuz, səlahiyyət davalarına qalxmağa başlamalarıdır. Belədə sənaye və energetika nazirinin də öz təsir imkanlarından əks tərəfə qarşı yararlanmaq məcburiyyəti meydana çıxır ki, bu da onun sonda iqtidariçi ixtilaflara qarışmasını şərtləndirir. İndi isə adıçəkilən nazirin səlahiyyətlərinin bir hissəsini itirməsi belə təsəvvür yaradır ki, nazir rəqibləri ilə mübarizədə artıq uduzmağa başlayıb. Hər halda Azərbaycan təcrübəsi göstərir ki, bizim reallıqda hansısa iri vəzifəlinin müəyyən səlahiyyətlərini itirməyə başlaması heç də təsadüfi baş vermir və bu daha çox həmin məmurun öz postunu itirməsinə hesablanan uzun prosesin tərkib hissəsi olur. Doğrudur, sənaye və energetika nazirinin iqtidar içindəki dayaqları heç də zəif sayılmamalıdır. Amma prosesin indiki istiqamətdə inkişaf etməsi onun tədricən zəiflədilməsini və son nəticədə postundan uzaqlaşdırılmasını şərtləndirə bilər. Düzdür, bu ilin mayında nazirə tabe olan Dövlət Enerji Nəzarət İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi bəzi ekspertlərdə belə bir rəy yaratmağa başlamışdı ki, artıq Natiq Əliyev hökumətdaxili rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər qazanmağa başlamaqdadır. Hesab edilirdi ki, sözügedən idarənin səlahiyyətlərinin dəqiqləşməsi və artıq rəsmi şəkildə kifayət qədər genişlənməsi Natiq Əliyevə rəqiblərinə qarşı əks-həmlə üçün yeni imkanlar yaradır. Şübhəsiz ki, bundan onun iqtidar içində soyuq münasibətdə olan çevrələr məmnun ola bilməzlər. Amma belə görünür, bu cür düşünənlər yanılıblar və Natiq Əliyev rəqibləri qarşısında nəinki hər hansı üstünlüklər qazana bilib. Əksinə o artıq səlahiyyətlərini belə, itirməyə başlamaqla hələ də çətin günlər yaşayır. Baxmayaraq ki, müəyyən mənbələr sənaye və energetika nazirinin rəqiblərinin həmlələrindən hər hansı şəkildə sarsılmayacağını və ən azı əvvəlki mövqelərini qoruyub saxlaya biləcəyini proqnozlaşdırırlar. Hər halda prosesin sonrakı gedişi bu deyilənlərin nə qədər reallığı əks etdirib-etdirmədiyini, həqiqətəuyğun olub-olmadığını gün işığına çıxaracaq. Yaşayıb, görərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|