Bakıda konsert verən rusiyalı müğənni Qlükoza İçərişəhərdə olub.
Milli.Az bildirir ki, əsl ad və soyadı Natallya Çistyakova-İonova olan 27 yaşlı müğənni İnstagram fotoservisindəki profilində Bakıya, xüsusilə də İçərişəhərə valeh olduğunu yazıb.
"Bakı küləklər şəhəridir. Bura gözəldir. Deyəsən, Bakıya vurulmuşam", - Qlükoza yazıb.