Bir neçə gün əvvəl şəhərimizə gələn rusiyalı müğənni Qlyukoza bu gün səhər vətəninə qayıtmalı idi.
Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə təyyarəyə çata bilmədiyini yazıb: “Səhərlər bəzən xeyirə açılmır. Bakı bizi buraxmaq istəmir. Təyyarə bizsiz uçdu”. Qeyd edək ki, rus estradasının cazibədar sənətçisi ötən gün “Sea Breeze"də konsert proqramı ilə çıxış edib.