"HAMI ZƏNG EDİR, NARAHAT OLUR"
Tarix: 9-09-2013, 11:06 |
Çap et
Xalq artisti Flora Kərimova qəza xəbərlərinə aydınlıq gətirib.
“Qafqazinfo”ya açıqlamasında xalq artisti bildirdi ki, bu xəbərlər əsassızdır:
“Dünən xəbər yayılıb ki, avtomobil qəzasına düşmüşəm. Hamı zəng edir, narahat olur, soruşur ki, Flora xanım, avtomil qəzasına düşmüsünüz. Mən evimdəyəm, sağ-salamatam, qolum sınmayıb, səhhətim yaxşıdır. Qızım Bakıdadır. Bütün günümü onunla keçirirəm. Əgər qəza olsaydı, deyərdim ki, belə bir iş başıma gəlib, amma yazmayın, heç kim narahat olmasın. Mən heç kimdən heç nə gizlətmirəm. Siz də yazın ki hamı bilsin, mən qəza keçirməmişəm”.