ŞAKİR MUSAYEVDƏN ŞİKAYƏTÇİ DÜŞÜBLƏR
Tarix: 13-09-2013, 10:39 | Çap et
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyilə bağlı indiyədək ayrı-ayrımətbuat orqanlarında konkret faktlara söykənən kifayət qədər tənqidi materiallar dərc olunub. Həmin yazıların əksəriyyətində birmənalı şəkildə qeyd olunub ki, tibb elmləri doktoru, professor Şakir Musayevin baş direktoru olduğu müəssisədə düzgün ekspertiza aparılmamaqla yanaşı, bir sıra hallarda meyitlər sahiblərinə vaxtında qaytarılmır.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində vəfat etmiş qadınların kişi ekspertlər tərəfindən müayinə edilməsinin ciddi narazılığa səbəb olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, hazırda adıçəkilən qurumda süni süründürməçilik halları da yaşanmaqdadır: «Şakir Musayev nə az, nə çox düz 16 ildir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə rəhbərlik edir. Bu müddət ərzində onun adı bir sıra xoşagəlməz məqamlarda hallandırılıb. Onun sabiq səhiyyə naziri Əli İnsanovun kadrlarından olduğu da artıq çoxlarına bəllidir. Həmçinin, o da məlumdur ki, Şakir Musayev bir müddət əvvəl Bakıda qanlı cinayət hadisəsi törətmiş polis əməkdaşına «dəlilik kağızı»nın verilməsinə də şərait yaradıb. Lakin bu məsələ ictimailəşdikdən sonra o, qarşı tərəflə arasında əldə olunmuş «sövdələşmə»ni pozmalı olub. Hələ bu, harasıdır. Bu ilin yanvar ayında Şakir Musayevin qardaşı övladları Sadiq və Tahir Musayevlər Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş qanlı olayda iştirak ediblər. Məsələ ilə bağlı açıqlamalarından birində Şakir Musayev özü də bunu etiraf edib.
Gördüyünüz kimi, birliyin baş direktorunun adı son zamanlar müxtəlif xoşagəlməz hadisələrdə hallandırılıb». Bu yaxınlarda, daha dəqiq desək, iyun ayının sonlarına yaxın Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 12 ünvanında yaşayan Kifayət Tapdıq qızı Məmmədovanın Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubu ünvanladığını qeyd edən məlumatlı şəxsin iddiasına görə, o, Şakir Musayevin rəhbərlik etdiyi qurumdan vəfat etmiş oğluna ölüm haqqında arayışı almaqda çətinlik çəkib: «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edən vətəndaşların bir çoxu təsdiqləyə bilər ki, qurumun əməkdaşları, əsasən də məsul şəxsləri insanları süni əngəllərlə təngə gətirir, onları əlavə problemlərlə qarşı-qarşıya qoyurlar.
Misal kimi bu yaxınlarda Ağdaş rayon sakini Kifayət Məmmədovanın başına gətirilən müsibətləri qeyd etmək olar». Beləliklə, mənbə bildirir ki, Ağdaş sakini Səhiyyə Nazirliyinə ünvanladığı şikayət ərizəsində Şakir Musayevin məsul işçiləri tərəfindən başına olmazın oyunlar açıldığını, get-gələ salındığını qeyd edib. «Oğlum Aqşin Məmmədov ağır vərəm xəstəsi idi. Bununla belə özünü və bizi dolandırmaq üçün işləməyə məcbur idi və iş ardınca ayda bir-iki dəfə Bakıya gedib, orada tikintilərdə, evlərdə işləyib bizi və özünü dolandırırdı. Sonuncu dəfə gedəndə vəziyyəti çox ağır idi, getməsinə heç razı deyildik, amma evdəki vəziyyətin ağırlığı onu getməyə məcbur etdi. Sən demə, bu onun son gedişi imiş və ciyərparam Bakıya çatar-çatmaz vəziyyəti pisləşir, küçədəcə canını tapşırır. Sahibi olmayan meyid kimi onu Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə («Morq»a) gətirirlər, bir-neçə gün orda qaldıqdan sonra qohumlar araşdırıb yerini tapdı və gətirib Ağdaşda dəfn etdik» deyən Kifayət Məmmədova bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün VVAQ şöbəsinə müraciət edir. Lakin ona bildirirlər ki, bunun üçün övladının vəfat etdiyi xəstəxananın arayışı lazımdır: «Xətai «Morq»una müraciət etdik. Dedilər ki, bura gətiriləndə onun üzərində heç bir sənəd olmayıb, onu aparmağa gələnlərin şifahi məlumatına əsasən ad, soyadını müəyyən edib, ona əsasən həkim şəhadətnaməsi tərtib etmişdik, onu da meyidi aparanlardan hansınasa verdik. Həmin şəhadətnamə rəsmi sənəd sayıldığından, onu təkrar tərtib etmək və ya dublikatını çıxarmaq üçün məhkəməyə müraciət etməlisiniz. Bundan sonra «ölüm şəhadətnaməsi» almaq üçün bizim məşəqqətli günlərimiz başladı». Kifayət Məmmədova məsələ ilə əlaqədar Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş ofisinə yazılı müraciət ünvanlasa da, onun üzləşdiyi problemi həll edən olmayıb. Yəni birliyin baş direktoru Şakir Musayev övladını itirmiş ananın problemini yoluna qoymaq əvəzinə, onun üçün əlavə əngəllərin yaradılmasına göz yumub...
P.S. Növbəti sayımızda Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktorunun ələ keçirməyə çalışdığı «Gülbaxt» daş karxanası, bir zamanlar Hacı Məmmədovun qətlə yetirdiyi bir qadının nədən «narkoman» çıxarılması, eləcə də birliyin bir sıra rayon şöbələrində yol verilən kobud qanun pozuntularına dair daha geniş məlumat verəcəyik. Bizi izləyin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|