AL PAÇİNO ÖZÜNDƏN 40 YAŞ KİÇİK SEVGİLİSİ İLƏ
Tarix: 24-09-2013, 09:57 |
Çap et
Hollivudun ən məşhur aktyorlarından biri Al Paçino Los-Ancelesdə keçirilən “Emmi-2013” mükafatlandırma mərasiminə özündən 40 yaş kiçik sevgilisi ilə qatılıb.
Axşam.az-ın məlumatına görə, Argentina aktrisası Lusiya Sola ilə çox xoşbəxt görünən Al Paçino gecə boyu onun əlini buraxmayıb. Hər kəs aktyorun cavanlaşdığını söyləyib. Ara-sıra aktyor öz sevgilisini nəvazişlə qucaqlayıb.
Xatırladaq ki, məşhur Hollivud ulduzu heç vaxt evli olmayıb. Hər zaman öz şəxsi həyatını mediadan gizləyən Al Paçino özündən 40 yaş kiçik sevgilisini rahatlıqla gündəmə gətirib. Bu isə hər kəsin ağlında cütlüyün ciddi münasibətdə olmasıyla bağlı fikir yaradıb.
Müsahibələrinin birində Sola özü də etiraf edib ki, Al Paçinodan uşaq sahibi olmaq istəyir.
Xatırladaq ki, aktyorun əvvəlki münasibətlərindən artıq 3 övladı var.