
DİA.AZ: - Lənkəran rayon İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a rayondakı mənbələr informasiya verib.
Məlumata görə, yaxın vaxtlarda qərar rəsmən elan oluna bilər. Mənbə diaaz.space-a açıqlamasında əlavə edib ki, Taleh Qaraşovu Bakıya yeni vəzifəyə gətirirlər.
Mənbənin diaaz.space-a söylədikləri: "Ola bilsin ki, Hacıbala Abutalıbovun yerinə təyin olunsun. Belə söz-söhbətlər dolaşır".
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəflərin fikirlərini yaymağa hazırıq...