
DİA.AZ: - Zərdabda başçı dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a rayondakı mənbələr məlumat verib.
Xəbəri verən qaynaq iddia edir ki, artıq hazırda rayona rəhbərlik edən Lütvəli Babayev yır-yığış ovqatındadır.
Qeyd edək ki, buna qədər Mingəçevirdə icra başçısı postu tutan Lütvəli Babayevin bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adamı olduğu da iddia olunur.
Rayondakı qaynaqlar diaaz.space-a verdikləri məlumatlarında rayona təyin olunacaq yeni başçının kim ola biləcəyindən də danışıblar. Bildirilir ki, hazırda Zərdab RİH-də başçının müavini postunu tutan şəxslərdən biri belə bir iddiadadır: "Onun buna nail ola biləcəyi isə təbii ki, "yuxarıların" qərarından asılıdır".