"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                 

6,5 milyonun izi ilə... - "AKELİK GROUP" rəhbərliyinə yeni İTTİHAMLAR...
Tarix: 24-12-2018, 09:57 | Çap et
6,5 milyonun izi ilə...
“Alke İnşaat Sanayi ve Ticaret” ASC-nin ( indiki adı "AKELİK GROUP"ASC) sabiq əməkdaşı Cəfərov Şahin Tofiq oğlunun şikayəti və bizə təqdim etdiyi sənədlər əsasında hazırladığımız yazılarda adıçəkilən şirkətin işindəki nöqsanlardan danışmışdıq. Yazımızda araşdırmalarımızı davam etdirəcəyimizi də qeyd etmişdik.

Xatırladaq ki, Şahin Cəfərovla söhbətimizdə adıçəkilən şirkətin Hacıqabul rayon filialının “Padarçöl layihəsi” ilə yanaşı, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqda da vurğulamışdıq. Eləcə də sizə 6,5 milyonluq yeyinti faktı ilə bağlı açıqlama verəcəyimizi vəd etmişdik.

Məsələ ondadır ki, Şahin Cəfərovun açıqlamasında adını çəkdiyi “Alke İnşaat Sanayi ve Ticaret” ASC-nin ( indiki adı "AKELİK GROUP"ASC) sabiq topoqrafı Ramazan Biçer də redaksiyamıza müraciət edərək, işlədiyi layihələrin icrasındakı nöqsanlardan və ona qarşı edilən haqsızlıqlardan şikayət edib. Qeyd edək ki, bu, Ramazan Biçerin mətbuata ilk müraciəti deyil. Bir müddət əvvəl bir neçə sayt onun söylədiklərini işıqlandırmışdı, amma layihənin sifarişçisi olan “Azərsu” ASC və icraçı şirkət “ALKE İnşaat və Sənaye” ASC-nin təkzibindən sonra mövzu bağlandı və araşdırmaya son verildi.

Buna baxmayaraq, Şahin Cəfərov kimi, hazırda Türkiyədə olan Ramazan Biçer də vaz keçmək fikrində deyil və sonadək mübarizə aparmağa qərarlıdır.

Onu da deyək ki, Ramazan Biçerlə Şahin Cəfərov daim əlaqə saxlayır və yaxın günlərdə Ramazan Biçerin təhdid edildiyini də ilk olaraq məhz Şahin Cəfərovdan öyrəndik.

Şahin Cəfərovun sözlərinə görə, “6,5 MİLYONUN İZİ İLƏ - "AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib” sərlövhəli yazıdan sonra küçədə Ramazan Biçerlə xanımının qarşısını kəsiblər və ondan susmağı tələb ediblər, əks halda topoqrafı özünə və ailəsinə xəsarət yetirəcəkləri ilə hədələyiblər. Şahin Cəfərov bizə Ramazan Biçerlə bu mövzuda olan yazışmanı da təqdim etdi.

Şahin Cəfərovun dediyinə görə, Biçerlə telefon danışığı zamanı ona təhdidlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb, Ramazan Biçersə polisə şikayət etdiyini, amma polis idarəsində ondan şirkətin rəhbəri Süleyman Babayevin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini istədiklərini bildirib. Şahin Cəfərovsa keçmiş iş yoldaşına söyləyib ki, şirkətin identifikasiya (VÖEN) nömrəsi var, şirkətin adı dəyişsə də, VÖEN nömrəsi dəyişməyib, odur ki, həmin nömrəni, eyni zamanda Süleyman Babayevin cib telefonunun nömrəsini polisə təqdim edə bilər. Şahin Cəfərof həmçinin Biçerə onun hüquqlarını qorumağa hazır olduğunu da söyləyib.

Şahin Cəfərov 6,5 milyonluq yeyintiyə yol verildiyi iddia edilən “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin keçmiş topoqraflı ilə bağlı başqa maraqlı məlumatlar da verib. Onun sözlərinə görə, Xaçmaz layihəsinin keçmiş layihə rəhbəri, nə vaxtdan bəri Türkiyədə olan Ömər Faruk Zorlu Ramazan Biçerə zəng vuraraq, ondan Azərbaycana qayıtmasını və dekabrın sonunda yekunlaşması planlaşdırılan Xaçmaz layihəsini təhvil verməkdə ona yardımçı olmasını xahiş edib, amma şirkətin Biçerə ödəmədiyi iki aylıq əmək haqqının (6 min dollar) veriləcəyindən söz açmayıb.

Şahin Cəfərov iddia edir ki, keçmiş layihə rəhbəri hazırda Bakıdadı və adıçəkilən layihədə çalışır. Ömər Faruk Zorlunun Azərbaycan nömrəsinin aktiv olması və Biçerə etdiyi təklif əslində onun sözlərini təsdiq edir.

Şahin Cəfərov deyir ki, Ömər Faruk Zorlunun Biçerdən belə bir xahiş etməsi səbəbsiz deyil. Məsələ ondadır ki, Xaçmaz layihəsində bütün vacib sənədlər Ömər Faruk Zorlu və Ramazan Biçer tərəfindən imzalanırdı, yəni onların imzası olmadan adıçəkilən layihə təhvil verilə bilməz. Üstəlik, Ömər Faruk Zorlunun 10 il iş təcrübəsi olmadığına görə, o, rəsmən layihə rəhbəri vəzifəsini icra edə bilməzdi (ixtisasca topoqrafdır). Sadəcə rəhbərlik formal olaraq həmin vəzifəni ona tapşırmışdı, odir ki, əslində onun imza hüququ yoxdur. Elə buna görə də israrla Ramazan Biçerdən Azərbaycana dönməsini xahiş edir.

Şahin Cəfərovun bildirdiyinə görə, sözügedən şirkətin Heydər Əliyev prospektində inşa etdiyi “Azərsu” ASC-nin yeni ofis binasının (söhbət 42 milyonluq layihədən gedir, 2015-ci ildə başa çatsa da, istifadəyə verilməyib), eləcə də həmin şirkətin icraçısı olduğu Xaçmaz layihəsinin təhvil verilməsi yubadılır. Şirkət rəhbərliyinin belə əl-ayağa düşməsinin, Xaçmaz layihəsinin sabiq icraçılarını yenidən ölkəyə dəvət etməsinin əsas səbəbi də elə budur.

Şahin Cəfərov Biçerə istinadən söyləyir ki, əgər heç bir fırıldağa yol verilməsə, sənədlər saxtalaşdırılmasa, Ramazan Biçerin imzası olmadan layihənin təhvili mümükünsüzdür. Amma Ramazan Biçer Azərbaycana qayıtmaqdan və həmin layihəni təhvil verməkdən imtina edib(Süleyman Babayevin təhdidlərindən ehtiyat etdiyi üçün-Ramazan Biçerin bizə yolladığı video yazıda bu fikir öz əksini tapıb).

İndi isə keçək Ramazan Biçerin şəxsən bizə söylədiyi faktlara. Əvvəla, qeyd edək ki, Ramazan Biçer bizimlə “Skype” vasitəsilə əlaqə saxlayıb, redaksiyamıza əlavə olaraq, sənədlər, fotolar və video yazılar da yollayıb. Həmin video-yazıları saytımıza (hurriyyet.org) yerləşdirəcəyik.

Xaçmaz layihəsinin topoqrafı, 2014-2018-ci illərdə Azərbaycanda yaşayan və Xaçmaz, Ağdaş, Gəncə, Zərdab, Muğan layihələrində, eləcə də “Azersu Tower” binasının inşasında çalışan (bizə yolladığı video yazıda bunu sübut edən bütün sənədləri təqdim edir) Ramazan Biçer bizimlə söhbətində bildirib ki, “ALKE İnşaat və Sənaye” ASC-nin icra etdiyi Xaçmaz layihəsində bir küçədə 20 ədəd kanalizasiya quyusunun tikilməsi nəzərdə tutulsa da, 5 ədəd quyu tikilib. Layihədə göstərilən işlər tam həyata keçirilməyib. Quyuların sayı azaldılmaqla yanaşı, quyuların dərinlikləri saxtalaşdırılıb. Sözlərini bizə təqdim etdiyi layihə planı ilə (Ramazan Biçer bizə yolladığı video yazıda həmin layihə planını canlı olaraq şərh edir) sübut edən topoqrafın sözlərinə görə, “ALKE İnşaat və Sənaye” ASC-nin rəhbəri Süleyman Babayev Xaçmaz layihəsinə görə “Azərsu” ASC-dən 6-7 milyon dollar arası artıq pul alıb. Əlində bunu sübut edən sənədlər (topoqraf sözlərini təsdiq edə bilən şahidlərin də olduğunu bildirib) olduğunu və istənilən vaxt onları təqdim etməyə hazır olduğunu söyləyən Ramazan Biçer Heydər Əliyev prospekti “Azersu Tower” binasının inşasında, Gəncə və Ağdaş layihələrinin icrasında da külli miqdarda yeyintiyə yol verildiyini də nəzərə çatdırıb. Eləcə də Zərdab şəhərinin su borularının yenilənməsinin böyük nöqsanlarla icra edildiyini vurğulayıb. Onun sözlərinə görə, suvarma sahələrinə diametri 1400 mm olan köhnə borularla su verilir. Boruların izalyasiyası və keyfiyyəti qənaətbəxş deyil. Ramazan Biçer aidiyyati qurumlardan bütün bu faktların araşdırılmasını tələb edir. Şahidi olduğu qanunsuz əməllərə göz yummadığına görə layihə bitməmiş işinə xitam verilərək Azərbaycandan çıxarıldığını (layihədə çalışdığı son ki aya görə 6 min dollar məbləğində əmək haqqını Ramazan Biçer şirkətdən bu günədək ala bilməyib), Türkiyəyə döndükdən sonra şirkətdə baş verən qanunsuzluqları ictimailəşdirmək məqsədilə sosial şəbəkələrdə etdiyi paylaşmalara görə özünün və ailəsinin təhdid edildiyini, dəfələrlə aidiyyati qurumlara şikayət məktubları ünvanlasa da, müraciətlərinin cavabsız qaldığını söyləyən Türkiyə vətəndaşı Azərbaycan xalqının varidatının talan edilməsini qəbul edə bilmədiyini, bunun qarşısının alınmasını, günahkarların cəzalandırılmasını istədiyini bildirib.

Sözügedən məsələni araşdırmaq üçün “Azərsu”ASC-yə iki sorğu ünvanladıq və Xaçmaz şəhərində tikilən quyuların dəqiq sayı, tikinti aparılan küçələrin adı və quyuların dərinliyi eləcə də Zərdab şəhərinə çəkilən su borularının dəqiq sayı və ölçüsü, keyfiyyət səviyyəsi və hansı ərazilərə çəkilməsi haqda bizə məlumat vermələrini xahiş etdik.

Çox gözləyəndən, bir neçə dəfə zəng vurub yadlarına salandan sonra nəhayət bu məzmunda cavab aldıq sorğularımıza:

“Sizin 07 dekabr 2018-ci il tarixində “Azərsu” ASC-nin elektron ünvanına göndərdiyiniz informasiya sorğularına cavab olaraq bildiririk ki, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilib. İşlər layihəyə uyğun həyata keçirilib və “kanalizasiya quyularının sayının azaldılması və standartlara uyğun tikilməməsi” barədə iddialarınızın heç bir əsası yoxdur, Xaçmaz şəhərində tikinti layihəyə tam uyğun icra olunub. Sizin redaksiyadan əvvəl də bununla bağlı müraciətlər daxil olmuş və bu məsələlər layihənin məsləhətçi şirkəti TEC (Tokyo Engineering Company) tərəfindən ətraflı araşdırılıb və onların heç biri öz təsdiqini tapmayıb.

Zərdab rayonu ərazisində 10 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi məqsədilə suvarma infrastrukturunun yaradılması işləri layihəyə uyğun icra olunmuş, sugötürücü qurğu, magistral kəmər və digər qurğular layihə sənədlərinə riayət olunmaqla tikilmişdir”.

Göründüyü kimi, sorğularımıza çox səthi cavab verilib, istədiyimiz məlumatların heç biri təqdim edilməyib bizə və məktubda yazılanlar heç bir sənədlə təsdiq edilməyib. Bütün bunları nəzərə alaraq, verilən cavabı səhih saymırıq və araşdırmamızı davam etdirməyə qərarlıyıq.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru