
Sumqayıt şəhəri, Corat qəsəbə sakinləri ictimai nəqliyyat problemindən Cebhe.info-ya şikayət ünvanlayıb.
Onların bildirdiyinə görə, 4 nömrəli marşrut vaxtında işləmir, interval həddindən artıq uzun olduğundan sərnişinlər yolboyu dayanacaqlarda gözləməli olurlar.
Şikayətçilər bildiriblər ki, sakini çox olan qəsəbəyə cəmi 4 avtobus buraxılır. Bu isə tələbatı ödəmədəyindən xüsusən pik saatlarda böyük sərnişin sıxlığı yaradır.
Hətta bəzi sakinlər məhz bu səbəbdən evlərini satışa çıxarıb.