
Müdafiə Sənayesi Nazirliyi avtomobil almaq üçün 298 min manat xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, nazirlik bu məqsədlə “Toyota Bakı Mərkəzi” MMC (78 min manat) və “İmprotex Motors” MMM (220 min manat) ilə müqavilə bağlayıb.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Motors” MMC BMW, MINI və Rolls-Royce, “Toyota Bakı Mərkəzi” isə “Toyota” markalı avtomobillərin Azərbaycandakı rəsmi distribütorudur.