Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                 

"Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç..." - GİLEY
Tarix: 8-10-2019, 11:05 | Çap et
"Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç..."
Göyçayın 9 yaşlı sakini Xədicə Yusifovaya həkimlər vərəm meningiti diaqnozu qoyublar. Uşağın anası Fəxriyyə Fətullayeva bununla razılaşmır.

Xədicənin xəstəliyə iki ay əvvəl yoluxduğu məlum olub. Temperaturu çox yüksəlib, valideynləri onu Göyçay Mərkəzi Xəstəxanasına çatdırıblar. Vəziyyətin ağır olduğunu biləndə uşağı Respublika Kliniki Xəstəxanasına gətiriblər. Fəxriyyə Fətullayeva orada Xədicəyə həm düzgün diaqnoz qoyulmadığını, həm də həkimlərin onları böyük xərcə saldıqlarını iddia edir.

“Respublika xəstəxanasında 1800 manat xərclədik. Bahalı iynələr, dərmanlar yazırdılar. Yevlaxda rəhmətlik atamdan qalma torpağımız vardı. İki dəfə ucuza – 1500 manata satdıq. Müalicənin heç xeyri də olmadı“, – Fəxriyyə belə deyir.

Həkimlər Xədicəyə xəstəliyin anasından keçdiyini bildirir. Fəxriyyə iddianın çox məntiqsiz olduğunu deyir. Həm də hesab edir ki, qızı tamam başqa xəstəlikdən əziyyət çəkir: “Həmişə başağrısından şikayət eləyir. Hiss eləyirəm ki, müalicəni düz aparmırlar”.

Xədicə Fəxriyyənin ilk nikahdan doğulan övladıdır. İki qız dünyaya gətirən qadın 9 il əvvəl həyat yoldaşından ayrılıb. Amma indiyə qədər aliment ala bilmir. Göyçay Rayon Məhkəməsi 2015-ci ilin iyulunda alimentlə bağlı qərar versə də, Fəxriyyə bunun nəticəsini görə bilməyib. Heydər Əliyev Fonduna göndərmək üçün hazırladığı məktubda həm Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyevdən, həm də Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanovdan şikayəti olduğunu yazıb.

“Doqquz ildir uşaqlara tək baxıram. İlk həyat yoldaşım aliment ödəmir. Bu illər ərzində bir manat da verməyib. Məhkəmə icraçıları da yubadır. Gah bir yerə yollayırlar, gah başqa yerə. Gedib-gəlməkdən yorulmuşam. Aldadırlar. Hakim o vaxt dedi ki, iki uşağa görə 212 manat düşür. Mən dedim, 150 manat bəsdir, amma 20 qəpik də görməmişəm”, – Fəxriyyə danışır.

Fəxriyyə bir neçə il əvvəl ikinci dəfə ailə həyatı qurub. Dediyinə görə, qayınanası onu qəbul etmir, əri ilə daimi birlikdə yaşaması heç cür alınmır. Bu nikahdan bir oğlu dünyaya gəlib. Uşağın məktəb yaşı çatıb, amma imkansızlıqdan göndərə bilmirlər.

Fəxriyyə danışanda məlum olur ki, son illər məşəqqətli həyat sürüb. Deyir ki, fermalarda qul həyatı yaşayıb. Ağcabədidə, Ağdaşda, Zərdabda, Kürdəmirdə ayrı-ayrı fermerlərin təsərrüfatında qalmalı olub. Dediyinə görə, axırıncı dəfə Kürdəmirdəki təsərrüfatda əri ilə 300-dən çox mal-qaraya qulluq edirmiş. Fermer onlara yalnız gecələməyə yer verirmiş, o da rütubətli.

“Ayda 300 manat alırdıq. Mal-qaranı göz bəbəyimiz kimi qoruyurduq. Uşaq da fermada xəstələndi. Gölməçə suyu içirdik. Sonradan həkim dedi ki, uşağa mikrob keçib. Qızım xəstələnəndə başımız çox qarışıq oldu, qoyunlardan 10-u itdi. Fermanın sahibi dedi ki, 5-ni uşağına görə keçirəm, 5-nin pulunu verəcəksiz. İndi ona 1600 manat borcumuz qalıb. Əşyalarımızı girov saxlayıb. Hətta uşaqların sənədləri də ordadır. Neyləyim, yay tətilində uşaqları da özümlə aparmalı olurdum. Mal-heyvanın yanında yatırdıq. Qardaşım da fermada yaşayır”, – Fəxriyyə acınacaqlı həyatlarından danışır.

Fəxriyyənin həyat yoldaşı Dəyanət Fətullayev indi valideynlərinin yanında – Göyçayın Türkmən kəndindədir. Xədicə isə anası ilə xəstəxanaları gəzir, dərdinə əlac axtarır. Fəxriyyə ciddi aclıq çəkdiklərini, xəstəxanalarda başqalarının verdiyi yeməklərlə qidalandıqlarını bildirir.

“Bir manat pulumuz yoxdu. Fermadan borcla ayrıldıq. Sosial yardım üçün də getdim. Deyirlər, get iş yerindən kağız gətir. Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç. Uşaq ət yemək istəyir. Ona cavab verə bilmirəm. Özüm ac qalıram, uşağa verirəm. Xəstəxanaları gəzdiyimizdən aylarla çimmirik. Yazıb-oxumağı bacarmıram. Bir gəlin kömək elədi, Heydər Əliyev Fonduna yazdıq. Amma ordan gələn məktubu Göyçayda açıb götürmüşdülər. Mən təkcə qəbzi gördüm”, – Fəxriyyə danışır.

Fəxriyyə məktəbə göndərməyə gücü çatmadığından, qızlarını Göyçaydakı inteqrasiya təlimli internat tipli gimnaziyaya verib. Xədicə xəstələndiyindən, dördüncü sinfə başlaya bilməyib. Fəxriyyənin böyük qızı Səbinə altıncı sinifdə oxuyur. Anası deyir ki, uşağı bayramdan-bayrama görür: “Ağlayır, deyir, sizinlə yaşamaq istəyirəm”.

Fəxriyyə deyir ki, ilk həyat yoldaşı gəlib uşaqlarıyla görüşmür. Bir az Xədicə ilə söhbət edirik. Saçlarını kəsiblər. Güclü başağrıları ona rahatlıq vermir, məcbur qalıblar. Kəsməyə qoymurmuş. Yenə saçlarının uzanmasını gözləyir. Deyir, uzanacaq, az qala yenə dizlərinə çatacaq, amma daha heç vaxt kəsməyəcəklər…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru