“Olympus Park”: HƏM SUÇLUDUR... HƏM DƏ GÜCLÜ... - NARAZILIQ!
Tarix: 17-09-2021, 10:29 | Çap et
 Bakıda Xətai rayonunda icazəsiz inşa etdiyi binanın tikintisi dayandırılan “Olympus Park” məhkəməyə müraciət edib. Belə ki, şirkət bilmədən sökdüyünü dediyi “Lider” idman klubunun rəhbərliyini məhkəməyə verib.
“Qafqazinfo”ya müraciət edən klubun sahibi İlham Sərdarov bildirib ki, şirkət rəsmiləri mediaya açıqlamalarında klubun binasını bilmədən sökdüklərini açıqlasalar da, indi məhkəmədə başqa iddia irəli sürüblər: ““Olympus Park” layihəsini həyata keçirən “RS Construction” MMC Xətai Rayon Məhkəməsində iddia qaldırıb ki, guya idman klubunu mən özüm sökmüşəm və mediaya müsahibə verib şirkətin işgüzar nüfuzuna xələl gətirmişəm. Buna görə də məndən 1 milyon manat da təzminat istəyirlər”.
Bundan sonra İlham Sərdarov da qarşılıqlı iddia verərək sökülən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqi ilə ona məxsus olduğunu bildirib. O qeyd edib ki, məhkəmə araşdırması zamanı şirkətin icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başladığı üzə çıxıb: “Mənim obyektimi də tikintiyə icazə almadan söküblər. Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib. Həmin vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilirdi.
Şirkət “28 May” ünvanındakı tikintisi zamanı ağacları icazəsiz kəsdiyi üçün cərimələnib və məhkəməyə müraciət olunub. Nərimanov layihəsində də şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan sökdüyü üçün cinayət işi başlanıb. Səbail rayonundakı layihədə də eyni problem yaranıb və şirkətin tikdiyi 3 binadan birinə həbs qoyulub. Bunlar hamısı məhkəmə prosesləri zamanı ortaya çıxan faktlardır”.
İlham Sərdarov deyir ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb.
“RS Construction” MMC-nin Nobel layihəsi üzrə icraçı direktoru Mehdi Bədirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda şirkətin əməkdaşlarının əksəriyyəti COVID-19 virusuna yoluxduğu üçün ofis bağlıdır: “Buna görə də məhkəmə prosesi barədə sizə məlumat verə bilməyəcəyəm. Amma biz İlham Sərdarova bildirmişik ki, onun istəmədən sökdüyümüz obyektini bərpa edib təhvil verə bilərik. “Lider” idman klubuna bitişik olan obyekti almışdıq və həmin qeyri-yaşayış sahəsini sökəndə ona məxsus yer də uçdu. Biz İlham Sərdarova binadan obyekt və mənzil verməyi təklif etmişik. Amma həmin şəxs bizdən nağd pul istəyir, bizim də pul verməyə imkanımız yoxdur”.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Bu gün, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Bu gün, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Bu gün, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Bu gün, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27 |
|
|
|
• Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21 |
|
|
|
• ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07 |
|
|
|
• Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04 |
|
|
|
• “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58 |
|
|
|
• Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54 |
|
|
|
|