Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                 

İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Tarix: Bu gün, 11:25 | Çap et
İrəvan terrorizmə haqq qazandırır
Erməni diplomatiyası yenidən absurd bəyanatlarla çıxış edərək Avropa İttifaqının vasitəçilik səylərinin nəticə verməməsindən şikayətlənir. Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Avropa parlament üzvləri ilə görüşdə növbəti dəfə “qurban” rolunu oynamağa çalışaraq, Brüsselin Azərbaycanla aparılan sülh danışıqlarına daha çox müdaxilə etməsinə nail olmağa cəhd edib. Təbii ki, bu siyasi ağlaşma tamaşasının arxasında İrəvanın adi ikiüzlülüyü və reallığı qəbul etmək istəməməsi dayanır.

İrəvan Ermənistan və Azərbaycan arasında sülh prosesində Aİ rəhbərliyinin daha fəal iştirakını gözləyir.

"Bizim əsirlərimiz hələ də Azərbaycanda saxlanılır. Orada baş verənlər Azərbaycan üçün hər baxımdan – həm hüquqi, həm də məhkəmə aspektindən – utancvericidir", – deyə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan İrəvanda avropalı parlament üzvləri ilə görüşdə bildirib.

Nazir müavininin sözlərinə görə, "Ermənistan Azərbaycanla sülhə nail olunması istiqamətində göstərilən səylərə görə bütün beynəlxalq tərəfdaşlara minnətdardır: İrəvan xüsusilə Avropa İttifaqının vasitəçilik səylərinə görə təşəkkür edir, lakin bu səylər hələlik nəticə vermir".

Ovannisyan iddia edir ki, Azərbaycanda baş verənlər hüquqi və məhkəmə baxımından “utancvericidir”. Halonki utancdan danışmaq ən azından onun üçün yersizdir! Əgər kimsə həqiqətən utanmalı olarsa, o da Ermənistan olmalıdır. Gəlin, işğalçı ölkəni təmsil edən bu diplomata xatırlayaq: Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, yüz minlərlə azərbaycanlını doğma yurdundan qovdu, etnik təmizləmə həyata keçirdi, şəhərləri viran qoydu, hər şeyi yerlə-yeksan etdi.

Erməni diplomatiyası harada idi, 2020-ci ildə Gəncə, Bərdə və Tərtər raket atəşinə tutulanda? Hüquq normaları harada idi, 1990-cı illərdə Ermənistan Xankəndi və Şuşadan yüz minlərlə mülki azərbaycanlını zorla çıxaranda?

Beynəlxalq ictimaiyyət niyə Xocalıda baş verən qırğın üçün Ermənistanın peşmançılığını eşitmədi?

Axı orada 613 günahsız insan, o cümlədən uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Bugünkü "şikayətlər" bu tarixi faktlar fonunda əxlaqsızlıq, mənəviyyatsızlıq, yalan, böhtan və riyakarlıqdan başqa, heç nə deyil.

Gerçək budur ki, Ermənistan iki dəfə ağır məğlubiyyət aldı. Birincisi, 2020-ci ildə - 44 gün ərzində işğal etdiyi bütün torpaqlardan qovuldu. İkincisi isə 2023-cü ildə baş verdi - İrəvanın Xankəndidə yaratdığı qondarma rejim cəmi bir gün ərzində, bir güllə belə atılmadan tamamilə süquta uğradı. Ovannisyan məğlub olmuş bir ölkəni təmsil edir, Ermənistan nə öz separatçıları qorumağa gücü çatdı, nə də beynəlxalq səviyyədə Azərbaycan əleyhinə hansısa təsirli addım ata bildi. İndi isə Ermənistan Bakının diktə etdiyi sənədləri imzalamağa məcburdur və onun xarici siyasəti yalnız Brüsselə, Vaşinqtona və Parisə ünvanlanmış şikayətlərdən ibarətdir.

Son beş il ərzində Ermənistanın Qərbi öz tərəfinə çəkmək cəhdləri nə ilə nəticələndi?

Heç nə ilə!

Azərbaycana qarşı nə sanksiya tətbiq edildi, nə də hərbi yardım göstərildi, heç bir diplomatik uğur da qazanılmadı. Qərb siyasətçiləri müxtəlif iddialar səsləndirə bilər, amma Ermənistan naminə heç kim müharibəyə girməyəcək. Ermənistan diplomatiyası hələ də anlamır ki, onların yalvarışları böyük geosiyasi oyunda sadəcə boş səs-küydən ibarətdir.

Bu gün Ermənistan yeni milli təhlükəsizlik strategiyasına yenidən baxmağa məcburdur. Artıq “Dağlıq Qarabağ” haqqında heç bir ifadə yoxdur. Daha separatçı rejim mövcud deyil, onun atributları da yoxdur, hətta əhalisi üçün pasport belə yoxdur. Ermənistan illərlə dünyanı Qarabağın “müstəqil” olduğuna inandırmağa çalışırdı, indi isə dünənə qədər “qəhrəman” və “qədim mədəniyyətin varisləri” adlandırdıqlarını məcbur edib Ermənistan vətəndaşlığına keçirməyə çalışır.

Belə çıxır ki, Ermənistan diplomatiyası daim yalan üzərində qurulmuş, əvvəlcə illüziyalar yaradan, sonra isə həmin illüziyalardan acizcəsinə imtina edən bir sistemdir. Əvvəllər İrəvan iddia edirdi ki, “Qarabağ heç vaxt Azərbaycan olmayacaq”. İndi isə Azərbaycanın tərkibində reinteqrasiyasını qəbul edirlər. Əvvəllər Ermənistanın “güclü müttəfiqlərinin” olduğu bildirilirdi, indi isə Avropa Şurasının yeni rəhbəri ilə görüş üçün yalvarırlar. Belə bir məsəl var: əvvəl tüpürdüklərini sonra yalayırlar.

Ovannisyan Avropa İttifaqından sülh prosesində daha fəal iştirak etməyi tələb edir. Amma hətta Avropada da artıq Ermənistandan beziblər. Brüssel niyə öz siyasi resurslarını İrəvanın müdafiəsinə sərf etməlidir? Axı bu ölkə nəinki öz arqumentlərini müdafiə edə bilmir, hətta müstəqil xarici siyasət yürütmək gücündə də deyil. Heç kim Ermənistanı sadəcə gözəlliyi xatirinə dəstəkləməyəcək. Sülh prosesi real faktlar əsasında qurulacaq, yoxsa Ovannisyanın isterik bəyanatları ilə yox.

Müasir Ermənistan tarixi xarici güclərin himayəsinə ümid etməklə keçib. Əvvəlcə Rusiya, sonra Fransa, indi isə Avropa İttifaqı və ABŞ. Amma nəticə həmişə eyni olub: boş vədlər, sonra isə satqınlıq və məyusluq. Ermənistanın naminə nə müharibə edəcəklər, nə də onun ambisiyalarını öz strateji maraqları hesabına dəstəkləyəcəklər.

Ovannisyan istəsə də, istəməsə də, artıq regionda separatçı qurumlar, dondurulmuş münaqişələr və sonsuz nəticəsiz danışıqlar olmayacaq. Azərbaycan sübut etdi ki, hədəflərinə yalnız sözlə deyil, əməli addımlarla çatır. Bakı öz maraqlarını “beynəlxalq vasitəçilərin” insafına buraxmayacaq, əksinə, onları milli prioritetlərinə uyğun həyata keçirəcək.

İrəvan yeni reallığa uyğunlaşmalıdır: Azərbaycan güclüdür, qətiyyətlidir, mövqelərini müdafiə etməkdə qərarlıdır və Qərbin istənilən təzyiqi Azərbaycanın siyasi iradəsinin divarına çırpılacaq. Əgər Ermənistanda həqiqətən sülh istəyirlərsə, bunun yeganə yolu konstruktiv dialoqdan keçir, Brüsselə daimi şikayətlərdən yox.

Azərbaycan heç nəyi unutmadı və bağışlamadı. Separatçılar məhkəmə qarşısında cavab verəcəklər. Ovannisyan və ona bənzərlərin nə qədər qışqırması fərq etməz - sülh prosesi Azərbaycanın şərtləri ilə gedəcək. İrəvan nə qədər dirənsə də, tarixi gerçəklik dəyişməyəcək. Azərbaycanın gücü, iradəsi və prinsipial mövqeyi Ermənistanın bütün saxta oyunlarını ifşa edir. Bu gün erməni diplomatiyasının əsas problemi onun reallıq hissini tamamilə itirməsindədir. Ancaq istəsələr də, istəməsələr də, gerçək dünya onların xəyal dünyasından çox fərqlidir.

Elçin Alıoğlu - Trend:









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru