
Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Hadisələr Sabunçu və Nizami rayonunda qeydə alınıb.
Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 45 yaşlı A. İsayevin etil spirtindən zəhərlənərək öldükləri məlum olub.
Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı artıq 18-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə xəbər verilmişdi.
Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Lent.az