Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                 

Cəza: «Halal»a haram qatan firmada yoxlamalar başladı - “Kristal CF”-yə qarşı cinayət işi qaldırıla bilər
Tarix: 26-12-2014, 12:13 | Çap et
Cəza: «Halal»a haram qatan firmada yoxlamalar başladı
Ölkəmizdə “Halal” məhsul adı ilə bir çox ərzaq məhsullarının satılması haqda məlumat vermişdik. Əslində bu ad altında satılan məhsulların nə qədər halal olması həmişə şübhəlidir. Ötən həftə “Halal” sözü ilə markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edildi. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumat idi. Görəsən, Komitə bununla bağlı hansı tədbirləri həyata keçirdi?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Analitik.az-a bildirdi ki, müvafiq nəzarət xidməti bazarda mütəmadi olaraq araşdırmalar aparır: “Sahibkarın xəbəri olmadan satış nöqtələrindən nümunələr götürülərək laboratoriyalara verilir. Yoxlanıldıqdan sonra nəticəyə uyğun tədbirlər həyata keçirilir. “Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasını istehsal edən “Orxan-SS” firmasına sertifikat verilməyib. Çünki onun istehsal şəraiti bu tələbələrə cavab vermir. Biz dərhal qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrindən çıxarış aldıq. Dünəndən bu müəssisədə yoxlamalara başlamışıq. Hazırda bu müəssisədə araşdırmalarımız davam edir. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. İlkin müşahidələrimiz ondan ibarətdir ki, hazırda həmin müəssisədə istehsal prosesi demək olar ki, dayanıb. Məlum faktla bağlı artıq ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etməkdən imtina edirlər. Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik. Fakt aşkarlanarsa ki, standartın tələblərinin pozulması istehsal müəssisəsinin günahı üzündəndir, təbii ki, orada istehsal dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə görə, müəssisə 5000 manat cərimə olunacaq. ”

Onu da qeyd edək ki, bu, halal adı ilə bazara «haram» məhsul çıxarılmasına dair ilk məlumat deyil. Həmçinin xatırladaq ki, son vaxtlaradək televiziya və radio kanallarında da «Kristal CF» əmtəə markası altında «halal» kolbasa və sosiska məmulatlarının reklamı gedirdi. Bəlkə də illərdir ki, alıcılar «Kristall CF»-in kolbasalarını halal məhsul bilirdilər. İndi isə Komitə rəsmisinin məlumatından aydın olur ki, bu müəssisəyə heç komitə tərəfindən də «Halal qida» sertifikatı verilməyib. Belə olduğu halda məhsulun halal adı ilə reklam edilməsi, həmçinin, «Halal» adı ilə markalanması və satışa da bu adla çıxarılması istehlakçıların aldadılması, onlara məhsul haqqında yanlış məlumat verilməsi deməkdir. Bəs bu kimi əməllərə görə bu məhsulun istehsalçısı və ya əmtəə nişanının sahibi hansı məsuliyyət daşıyır?

Sualı Analitik.az saytına şərh edən hüquqşünas Xəyal Feyzullayev bildirib ki, qanunvericilikdə istehlakçıların hüquqlarının pozulmasına görə inzibati məsuliyyət, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmaya görə isə cinayət məsuliyyəti nəzərdə tutulub:
«İstehlakçıların hüquqlarının pozulması dedikdə, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş digər əməllərlə yanaşı, standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu cür inzibati xətaya yol vermiş vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə edilir.»

Hüquqşünas, həmçinin, bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində «İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma» maddəsi nəzərdə tutulub. CM-in 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma dedikdə, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür.
İstehlakçıya məhsulun (xidmətin) bu və ya başqa xüsusiyyətləri barədə yanlış, yaxud natamam məlumat verilməsi istehlakçını məhsulun istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair aldadılması ilə nəticələnir.

«Malın istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair aldatma konkret olaraq malın hazırlanma tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı, texniki göstəriciləri və s. bu kimi xüsusiyyətləri barədə aldatmada ifadə oluna bilər. «Halal» standartında müəyyən olunmuş tələblərə cavab verməyən məhsulun üzərinə «Halal» yazılaraq istehlakçıya təqdim edilməsi onun aldadılması ilə nəticələnir. Bu baxımdan «Halal» adı altında məhsulun istehsal edilməsi və ya satılması CM-nin 200-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməlidir. Çünki istehlakçı «Halal» yazısına inanaraq məhsulu alırsa, o, istədiyi keyfiyyətdə, standartda olan məhsulu seçdiyini düşünür. Lakin əgər, konkret olaraq, kolbasanın tərkibində donuz piyi aşkar olunursa, deməli, həmin kolbasa məmulatı «Halal» standartına cavab vermir. Bu da cinayət əməli kimi CM-in 200-cü maddəsində nəzərdə tutulmuş cəza tədbirləri ilə cəzalandırılmalıdır».

Hüquqşünas onu da deyib ki, istehlakçıların aldadılması ilə nəticələnən cinayət əməli ən yüngül halda cərimə cəzası ilə cəzalandırılır. İstehlakçıların aldadılması təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, istehlakçılara külli miqdarda ziyan vurmaqla törədildikdə isə daha ağır cəzalar nəzərdə tutulur: «Konkret olaraq «Kristall CF» əmtəə markası ilə «Halal» adı altında buraxılan kolbasada donuz piyinin aşkar edilməsi istintaq qaydasında sübuta yetirildiyi halda, cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu işdə «Orxan-SS» firmasının vəzifəli şəxsi və ya hansı məsul şəxsi cavabdehlik daşıyacaq – bunu istintaq orqanı müəyyənləşdirə bilər. Qanun bu sahədə birmənalı və hər kəs üçün aydındır.»- deyə, X.Feyzullayev bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru