Səlim Müslümovun 27 saylı TSEK-dən xəbəri yoxmuş kimi görünür - Özbaşınalıq...
Tarix: 1-08-2015, 16:32 | Çap et
![Səlim Müslümovun 27 saylı TSEK-dən xəbəri yoxmuş kimi görünür Səlim Müslümovun 27 saylı TSEK-dən xəbəri yoxmuş kimi görünür](/uploads/posts/2015-08/thumbs/1438428764_0001.jpg) Bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz Ağstafa və Qazax rayonlarının əhalisinə xidmət göstərən 27 saylı TSEK təqdim olunur. Qeyd edək ki, mətbuat səhifələrində bu müəssisənin sədri Əli Qasımovun qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu məmurun əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Digər tərəfdən isə redalksiyamıza yeni daxil olmuş məlumatlarda Əli Qasımovun bu özbaşınalıqları törətməkdə heç də tək olmdığı bildirilir. Qeyd olunur ki, 27 saylı TSEK sədrinin müavini Sakit Məmmədov artıq iyirmi ildir ki, bu sahədə “çalışır”. Buna görə də tibbi-sosial ekspertiza sahəsində Sakit Məmmədovun bilmədiyi və tətbiq etmədiyi heç bir maxinasiya yoxdur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 27 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Qeyd edək ki, son vaxtlar bir çox mətbuat səhifələrində dərc olunmuş materiallarda da bildirilir ki, Qazax TSEK tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Lakin, nə Əli Qasımov, nə də xüsusilə onun müavini Sakit Məmmədov bu istiqamətdə TSEK-in fəaliyyətində heç bir dəyişiklik etmək niyyətində deyillər. Həmçinin redaksiyamıza şikayətçi qismində müraciət etmiş Ağstafa şəhər sakini Tahir Nəsibov da 27 saylı TSEK-də qanuni yolla əlillik dərəcəsinin alınmasında bir çox süni problemlərin olduğunu vurğulayır. Həmçinin aldığımız məlumatlarda belə bir məqam da vurğulanır ki, Sakit Məmmədovun uzun illər boyu tam cəzasızlıq şəraitində müxtəlif qanun pozuntularına və korrupsiya əməllərinə yol verə bilməsinin əsas səbəbi, bu məmurun indiyədək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti rəisinin müavini Əli müəllimin himayəsində fəaliyyət göstərməsidir. Ümumiyyətlə isə 27 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu qurumun əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 27 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi demək olar ki, həyata keçirilmir. Yeri gəlmişkən bunu da qeyd edək ki, aldığımız açıqlamalarda Sakit Məmmədovun barəsində bəzi şəxsi xarakterli məlumatlar da öz əksini tapmışdır. Bu xüsusda mənbə bildirir ki, Sakit Məmmədovun qardaşı Sərdar Məmmədov hazırda narkotik qaçaqmalçılığı ittihamı ilə Gürcüstan respublikasında ömürlük həbs cəzası çəkməkdədir. Digər tərəfdən isə, məlumatı təqdim edən mənbə Sakit Məmmədovun oğlunun FHN-in Ağstafa rayon şöbəsində işlədiyini və bununla yanaşı onun içki düşgünü olduğunu iddia edir...
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
|