Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                 

"Unibank"dan gənc yazara küçə söyüşləri... - "Sənin kimi oğulun boyunu yerə soxum!"
Tarix: 16-09-2015, 09:59 | Çap et
"Unibank"dan gənc yazara küçə söyüşləri...
diaaz.space moderator.az-a istinadən gənc yazar Orxan Bahadursoyun elektron poçtumuza göndərdiyi məktubu təqdim edir.

Əslində belə bir mövzu ilə mediaya müraciət etdiyim üçün biraz utanıram. Mən həmişə sırf yaradıcılıq nümunələrimlə - şeirlərim, məqalələrim, hekayələrim və s. ilə mediada çıxış etmişəm. Amma elə bir hadisə baş verdi ki, bu hadisəni ictimaiyyətlə bölüşməsəm, ürəyim partlayar. Bütün Azərbaycan xalqı bilməlidir ki, belə bank işçiləri və belə banklar var...

Unibankda anamın adına kredit var. Bununla bağlı mənə Unibankdan zəng gəldi. Aramızdakı dioloqu olduğu kimi təqdim edirəm.

-Alo.

-Salam. Sizi Unibankdan narahat edirəm.

-Buyurun. – dedim.

Daha sonra həmin şəxs anamın adını və soyadını deyib onun nəyi olduğumu soruşdu.

-Oğluyam. – dedim.

-Ananızın kredit ödəməsində gecikməsi var. Əlaqə saxlaya bilmirik.

-Bu nömrəni artıq mən işlədirəm. Əlaqə saxlamaq üçün ev ünvanını və atamın nömrəsini verirəm. – dedim və ünvanı da, nömrəni də verdim.

-Siz ananızın banka olan borcunu ödəyə bilməzsiz? – deyə soruşdu.

-Mənim atam götürüb krediti, sadəcə anamın adına götürülüb. Mən evliyəm və atamdan, anamdan ayrı yaşayıram, özləri ilə əlaqə saxlayın. – dedim.

-Sənin kimi oğulun boyunu yerə soxum! – dedi.

Təəccübləndim. Bir anlıq nə deyəcəyimi, nə edəcəyimi bilmədim. Fikirləşdim ki, bəlkə dostlarımdan kimsə mənimlə zarafat edir.

-Bu necə danışıqdır? – soruşdum.

-Mənə danışıq öyrədəcəksən, ə, demaqoq!? Sən necə oğulsan ki, ananın borcunu ödəmirsən? Öl, utan, yerə gir. – deyib ardıyca burda yazmağa belə xəcalət çəkdiyim ən ağır küçə söyüşlərini söydü.

Heç bir cavab vermədən danışığı dayandırdım. Çox keçmədi ki, başqa bir nömrədən təkrar zəng gəldi. Yanımda dostum da vardı. Zəngi qəbul etməzdən əvvəl danışığı qeydə almaq üçün onun telefonu ilə kameranı açdıq. Sonra zəngi qəbul etdim və elə danışığın əvvəlindən sonuna qədər bu bank işçisi həmin küçə söyüşlərini dayanmadan söyürdü. Daha sonra isə özü danışığı dayandırdı.

Söyüşlərin arasında fürsət tapıb bircə adını soruşa bildim. Adını Seyid dedi. Daha sonra yalan ya doğru soyadını və ata adını Qulamov Seyid Ələmşah oğlu deyə qeyd etdi. Amma bunu doğru dediyinə əmin deyiləm.

Növbəti dəfə mən zəng elədim. Kamera da hər anı qeydə alırdı. Telefonu başqa bir adam açdı və baş verənləri ona danışdım. Guya mənə Unibankın qaynar xətti ilə əlaqə nömrəsi verdi, həmin nömrəyə zəng etdim, amma telefondan gələn səs “yığdığınız nömrə düzgün deyil” deyə pıçıldadı qulağıma.

Həmin şəxsin ikinci dəfə zəng elədiyi nömrəni yığdım. Zəng qəbul edildi:

- Alo! – bu həmin səs idi.

- Bayaq mənlə danışan siz idiz? – deyə soruşdum.

- Bəli, mən idim.

- O söyüşləri siz söydünüz?

- Vətəndaş, nə söyüş? Nə danışırsız? Səsyazmanı da yığışdırın! – deyə əmr etdi.

- Axı siz zəng edib mənə ən ağır söyüşləri söydünüz. Mənim sizin banka borcum yoxdur. Anamın adına kredit var deyə siz zəng edib məndən ödəniş tələb edə bilərsiz? Ya da ödəmirəm deyə məni təhqir edə bilərsiz?

-Vətəndaş, səsyazmanı yığışdırın! Probleminiz varsa, banka gəlin, üzbəüz danışaq, həll edək. – dedi.

Elə bu əsnada başqa bir adam telefonu alıb danışdı:

- Buyurun, mən Seyidin qrup rəhbəriyəm. Nə baş verib?

Hadisəni olduğu kimi bu adama da danışdım. O isə:

- Yaxınlaşın Unibankın baş ofisinə, danışaq. – dedi və danışığı dayandırdı.

İki gündür ki, bu hadisənin şokundayam. Mən hələ o əsəbdən xilas ola bilməmişəm. Bu nədir? Nə deməkdir? Necə davranışdır? Anlaya bilmirəm. Yəni bir bank işçisi o banka heç bir qəpik də borcu olmayan birinə zəng edib pul tələb edə bilir. Üstəlik, ödəmədiyi üçün təhqir edə bilir. Hələ sonra da “banka gəlin, üzbəüz danışaq, həll edək” kimi mülayim təkliflər də edir. Yəni yolazmışlıq, qudurğanlıq, həyasızlıq, yekəxanalıq, hökmranlıq bu həddəmi çatıb?

Görəsən, Unibank işçi götürəndə onların danışıq qabiliyyətinə, mədəniyyətinə heç bir əhəmiyyət vermir? Bu azmış kimi bankın səlahiyyətli işçiləri bu adamı müdafiə edir. Bankın müdiri bu işçini hardan tapıb? Küçə tinindən?

Mən bütün media orqanlarından artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə ciddi şəkildə maraqlansınlar. Çox güman ki, bu hadisəni yaşayan tək insan mən deyiləm. Sadəcə başqalarının media ilə əlaqəsi yoxdur deyə belə hadisələr mediada işıqlanmayıb. Xalq bilməlidir ki, kimlərə xeyir verir, kimlərlə əməkdaşlıq edir. Devalvasiyadan sonra dollarla olan kreditləri yeni məzənnə ilə alan, millətin pulunu talayan, cibini soyan bu adamlar, hələ milləti təhqir etməyi də, alçaltmağı da özlərinə borc bilirlər.

Həmin videoları və öz şikayət ərizəmi həm Unibankın müdiriyyətinə, həm də məhkəməyə göndərəcəyəm. Lakin, baş verən hər hadisə, hətta keçirilən məhkəmələr də mediaya açıq olacaq ki, millət hər şeyi görsün, bilsin və anlasın! Xüsusilə medianın bu işlə ciddi məşğul olacağına inanıram!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru