«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir? - Prezidentə şikayət olundu
Tarix: 12-01-2016, 10:01 | Çap et
![«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir? «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir?](/uploads/posts/2016-01/thumbs/1452578529_0001.jpg) Bu gün «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi «Təzadlar» qəzeti redaksiyasında oldular… Uzun illərdir adı çəkilən liman mütəxəssisləri təzə baş direktor Taleh Ziyadovun barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə ünvanlı şikayətlərini bizə təqdim etdilər: «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin Əsas yük Terminalının işçiləri (doker-mexanizatorlar) tərəfindən Şikayət Möhtərəm cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, biz uzun illərdir adı çəkilən limanda işləyirik. İşgüzar kollektivimiz həmişə Sizin daxili və xarici siyasətinizi bəyənmiş və müdafiə etmişdir. Biz dövlətçiliyimizin əbədi və sarsılmaz olması üçün bir vətəndaş olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Lakin son bir ildə normal əmək şəraitində çalışmamıza maneçilik törədilir. 2014-cü ilin noyabr ayında Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə qara günümüz başladı. Təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən liman kollektivi ilə qeyri – normal rəftar etməyə başladılar. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Onlar uzun illərin təcrübəli mütəxəssislərdən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə ilk növbədə Liman Həmkarlar İttifaqı Komitəsini ləğv etdilər. Sonra bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı (13-cü əmək haqqını), əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Bizim (Dekor-mexanizatorların) əmək haqqımızı günbəgün azaltdırlar. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq yalnız 6 saat üçün pul ödəyirlər. Baş direktor indi də Limanın aparıcı qüvvəsi olan, yükaşırma işlərini yerinə yetirən dekor-mexanizatorları (ixtisarlardan sonra qalan 61 nəfəri) tamamilə işdən azad etmək qərarına gəlibdir. Deyirlər ki, yükaşırma işlərini hansısa şirkətin işçiləri yerinə yetirəcəklər. Bu, 61 ailəni ölkə Konstitusiyasında Dövlət tərəfindən vəd olunan layiqli həyat səviyyəsindən məhrum etmək deməkdir. Onlar (rəhbərlikdə çalışanlar) maliyyə çatışmazlığı və qənaətdən danışdıqları halda, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər (iş otaqları) düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər. Möhtərəm cənab Prezident! Biz Sizin humanist daxili siyasətinizə, xalqın rifahının daim yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, əmək qabiliyyətli insanların işlə təmin olunması haqda çıxışlarınıza, tövsiyə və göstərişlərinizə arxalanaraq, Azərbaycan Respublikasının Konstitusiyasının bizə verdiyi hüquqlara əsaslanaraq böyük ümidlərlə Sizə müraciət edir, Sizdən kömək gözləyirik. Baş direktor Taleh Ziyadov ilk gündən bəyan etdi ki, məni bura Prezident göndərib, hər şey yaxşı olacaq. Amma sonradan gördük ki, onun hərəkəti heç bir ölçüyə sığmır. Etikadan kənar məsələlər olduğundan bir sıra məsələləri dilə gətirmək istəmirik. Əgər belə davam edərsə, biz hər şeyi açıb danışmağa məcbur olacağıq. Amma inanırıq ki, bu özbaşınalığa son qoyulacaq. Hörmətli redaksiya! Xahiş edirik, əməkdaşınızı Limana göndərin və başımıza gətirilən müsibətləri öz gözlərinizlə görün. Dərin hörmətlə: B.Quliyev, F.Kərimov, S.Abbasov, S.Nəcəfov, K.Sadıqov, M.Rəhimov, M.Nəsənov, Ə.Ağayev və başqaları( cəmi 55 imza).
![«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir? «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir?](/uploads/posts/2016-01/1452578576_01.jpg)
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
• London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11 |
|
|
|
• “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47 |
|
|
|
• "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43 |
|
|
|
• Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28 |
|
|
|
• Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22 |
|
|
|
• Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12 |
|
|
|
• Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01 |
|
|
|
• “Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57 |
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23 |
|
|
|
|