Ehtiyatda olan 12 zabitdən Ali Baş Komandana müraciət... - ŞİKAYƏT VAR
Tarix: 15-01-2016, 10:37 | Çap et
![Ehtiyatda olan 12 zabitdən Ali Baş Komandana müraciət... Ehtiyatda olan 12 zabitdən Ali Baş Komandana müraciət...](/uploads/posts/2016-01/1452839793_0001.jpg) Azərbaycan Respublikasının Prezidenti - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə
Surəti: AR Müdafiə Naziri Zakir Həsənova
Surəti: AR Ədliyyə Naziri Fikrət Məmmədova
Ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu tərəfindən
M Ü R A C İ Ə T Hörmətli Prezident! Cənab Ali Baş Komandan! Biz 08.12.2015-ci il tarixdə “Moderator.az” saytı vasitəsilə AR Müdafiə Nazirliyinə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyimiz müddət ərzində istifadə etmədiyimiz növbəti məzuniyyətə görə kompensasiyanın bizlərə ödənilməsinə dair” Azərbaycan Respublikası məhkəmələrinin qəbul etdikləri və bir neçə il əvvəl (2007-ci ildən başlayaraq) qanuni qüvvəsini almış və icraya yönəlmiş, lakin indiyə qədər icra edilməmiş məhkəmə qərarlarının tezliklə icra edilməsini xahiş etmişdik. Elə həmin gün həmin sayt vasitəsi ilə müraciətimizə Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən cavabdan məlum oldu ki, “Maliyyə vəsaiti çatışmır, vəsait ayrıldıqdan sonra məhkəmə qərarlarının icrası mərhələli şəkildə nazirlik tərəfindən həyata keçiriləcəkdir”. Açıq desək müraciətimizə mahiyyəti üzrə baxılıb həll edilməsi əvəzinə belə bir formal cavabın verilməsi bizim çox gözlənilməz oldu. Belə ki, 1.Məhkəmə qərarlarının icrasını tənzimləyən nə “İcra haqqında” AR Qanunununda, nə də ki, digər qanunvericilik normalarında məhkəmə qərarlarının “mərhələli şəkildə” icra olunması anlayışı yoxdur. 2.Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində (müstəsna hallarda bu müddət icra orqanının rəhbərinin qərarı ilə 1 ay müddətədək uzadıla bilər) icra olunmalıdır. 3.Müdafiə Nazirliyi tərəfindən məhkəmə qərarlarının “Maliyyə vəsaitinin olmaması” səbəbindən icra edilməməsinə gəldikdə isə əlavə olaraq bildiririk bizlərdən daha sonra - 2014-2015-ci illərdə analoji məhkəmə qərarlarını almış ən azı 3 nəfər ehtiyatda olan hərbiçiyə həmin qərarlar əsasında 2015-ci ildə iri məbləğlərdə (ən azı 10 min manat və daha çox) pul vəsaitlərinin ödənilməsi faktları bizə məlumdur. Təbii ki, bu ödənişlər “tanışlıq” və yuxarıdan “tapşırma” qaydasında baş vermişdir. Hörmətli Prezident! Cənab Ali Baş Komandan! Biz bilirik ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi Sizin daimi diqqət mərkəzinizdədir. Bunu Sizin “Məhkəmə qərarlarının icrasını təkmilləşdirilməsi haqqında” 15.07.2010-cu il tarixli 303 №li Fərmanınız da təsdiqləyir. Həmin fərmanla siz məhkəmə qərarlarının vaxtında və tam icra olunması üçün Ədliyyə Nazirliyinə konkret tapşırıqlar vermisiniz. Lakin tam məsuliyyətimizlə bildiririk ki, bizim məhkəmə qərarlarının icrasına cavabdehlik daşıyan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Səbail rayon icra şöbəsinin vəzifəli şəxslərinin (icra məmurlarının) məhkəmə qərarlarının icrası istiqamətində məcburi icra tədbirlərinin görməməkləri təkcə Müdafiə Nazirliyində 100-dək məhkəmə qərarlarının icra edilməməsinə gətirib çıxartmışdır. Adi aliment və ya banklara olan kredit borclarına görə sadə vətəndaşların bank hesablarına, əmlaklarına həbs qoyan, bütün daşınar və daşınmaz əmlakını hərraca çıxarıb dəyər-dəyməzə sataraq məhkəmə qərarlarının icrasını təmin edən icra məmurlarının bu hərəkətsizliyi yumşaq desək başa düşülən deyil. Bizim hər birimiz ömrümüzün 20-30 ilini hərbi xidmətə həsr etmişik. Lakin uzun müddət xidmət etdiyimiz doğma Müdafiə Nazirliyi tərəfindən hüquqlarımızın pozulması, məhkəmə qərarlarının icrasında yol verilən süründürməçilik və bizə qarşı belə etinasızlıq bizə həqiqətən çox pis təsir edir. Cənab Prezident! Hörmətli Ali Baş Komandan!
Azərbaycan Dövləti adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarının cavabdeh orqan - AR Müdafiə Nazirliyi tərəfindən icra olunması üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə: 1. ehtiyatda olan polkovnik Camaləddin Məmmədov 2. ehtiyatda olan polkovnik Eldar Həşimov 3. ehtiyatda olan polkovnik-leytenant Araz Şiriyev 4. ehtiyatda olan polkovnik-leytenant Araz Salamov 5. ehtiyatda olan polkovnik-leytenant Asif Məmmədov 6. ehtiyatda olan mayor Hacı Ələkbərov 7. ehtiyatda olan mayor Samir Axundov 8. ehtiyatda olan mayor İlqar Əmirxanov 9. ehtiyatda olan mayor Telman Əbilov 10. ehtiyatda olan mayor Rafiq Bayramov 11. ehtiyatda olan kapitan Şahin Əliyev 12. ehtiyatda olan baş leytenant Nəcməddin Abdullayev
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
• London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11 |
|
|
|
• “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47 |
|
|
|
• "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43 |
|
|
|
• Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28 |
|
|
|
• Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22 |
|
|
|
• Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12 |
|
|
|
• Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01 |
|
|
|
• “Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57 |
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23 |
|
|
|
|