MİKAYIL CABBAROV ONA OLAN ÜMİDLƏRİ GÖMDÜ
Tarix: 18-10-2013, 10:36 |
Çap et
YENİ NAZİR DƏ MİSİR MƏRDANOVUN CIZDIĞI YOLLA GETMƏYƏ ÜSTÜNLÜK VERİB
DİA.AZ: - Mikayıl Cabbarov təhsil naziri postuna oturandan sonra ona kifayət qədər ümidlər bəslənməkdə idi. Hər halda, əksəriyyət inanırdı ki, Cabbarov istəsə də, Misir Mərdanov qədərində təhsilimizə ziyan vura bilməyəcək. Amma günü gündən ortaya çıxan faktlar da təsdiqləyir ki, yeni nazirə olan ümidlər əbəsmiş. Fakt odur ki, Mikayıl Cabbarov təhsilə gün ağlamaq əvəzinə təhsilin evinin yıxılması yolundakı estafeti Misir Mərdanovdan alaraq, layiqincə dağıtma ənənələrini davam etdirir.
Elə bu gün orta və ali məktəblərdə tüğyan edən rüşvət və korrupsiya halları da dediklərimizin sübutu kimi qəbul oluna bilər. DİA.AZ olaraq orta məktəblərdən birinin birinci sinif şagirdlərinə müəllimləri tərəfindən valideynə çatdırılması üçün təqdim olunan «zapiska»nı diqqətinizə çatdırırıq. Bu qeydlər Azərbaycan təhsilinin səviyyə göstəricisidir. Şagirdlərə hələ bir hərfi belə öyrətməyən müəllim hazırki təhsil gerçəkliyinə söykənərək valideynlərə «ürək sözlərini» bu formada çatdırırsa, deməli, Mikayıl Cabbarova olan ümidlərimizi birdəfəlik gömməliyik.
Acı da olsa, bu, belədir…