SƏFƏR ƏBİYEVƏ HANSI VƏZİFƏ VƏD OLUNUB
Tarix: 12-11-2013, 12:06 | Çap et
ŞOK İDDİA: KEÇMİŞ NAZİR DAHA SƏLAHİYYƏTLİ MƏQAMA GƏTİRİLƏ BİLƏR
DİA.AZ: - Səfir Əbiyev müdafiə naziri postundan azad edilən gündən onun gələcək taleyi müzakirə predmetinə çevrilib. Vəzifəsi ilə vidalaşandan bir neçə gün sonra keçmiş nazirin oğlunun toyuna yüksək rütbəli məmurların gəlməsi onun vurulmadığını və yaxın gələcəkdə yenidən vəzifəyə gətirəilə biləcəyini deməyə əsas verir.
Hətta Əbiyevin hansı vəzifələri tuta biləcəyi ilə bağlı versiyalar da mövcuddur. Bunlardan biri keçmiş nazirin baş nazirin müavini postuna gətirilməsidir. Digər ehtimala görə, səhhətində yaranan problemə görə istefaya gedəcəyi gözlənilən müdafiə sənayesi nazirinin bu vəzifədə məhz Səfər Əbiyev əvəzləyəcəyk. Nəhayət istefaya göndərilən əksər məmurlar kimi keçmiş müdafiə naziri kimi səfir postu tuta bilər. Bu versiyalardan hansı daha inandırıcıdır?
Hərbi ekspert Üzeyir Cəfərov Səfir Əbiyevin vəzifəsində yol verdiyi nöqsanlara görə işdən azad edilmədiyini deyir. Məhz buna görə də yeni müdafiə nazirinin təqdimat mərasimində prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev dövlət başçısının adından Səfər Əbiyevə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib.
Ekspert Əbiyevin işdən azad olunmazdan bir neçə gün dövlət başçısı ilə görüşdüyünü də qeyd etdi: “Ölkə başçısı ilə söhbət zamanı onunla bağlı yaxın vaxtlarda qərar veriləcəyi deyilib. Hansı vəzifəyə təyin ediləcəyini deyə bilmərəm. Ancaq hər halda noyabrın sonuna qədər belə bir qərar verilə bilər. 18 ildən artıq ölkənin güc strukturuna rəhbərlik edən, bütün məsələlərdən xəbərdar olan bir insanın kənarda qalacağı inandırıcı deyil. Yaxın vaxtlarda bu məsələyə nöqtə qoyulacaq”.
Ekspert Səfər Əbiyevin müdafiə sənayesi naziri təyin olunması ehtimalının az olduğunu da bildirdi. Çünki keçmiş nazir hərbi xidmətdən təxris olunmayıb. Müdafiə sənayesi naziri isə mülki şəxsdir.
DİA.AZ-a isə bu yöndən maraqlı bir məlumat daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahına Müdafiə Nazirliyinin tabeliyindən ayrılmamaq şərti ilə səlahiyyətlərin artırılması, xüsusi əlavə səlahiyyətlər verilməsi barədə xəbər yaıldı.
Milli Məclisdən verilən məlumata görə, bu təklif bir qrup deputat tərəfindən irəli sürülüb. Bu təklifin hərbi qanunvericilikdə, eyni zamanda müzakirəyə çıxarılması gözlənilən “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunda nəzərdə tutulması istənilir.
Məqsəd müasir standartlara, eyni zamanda NATO standartlarının tələblərinə uyğun olaraq Baş Qərargaha yüksək statusun verilməsi ilə ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə, qüvvələrin daha səfərbər edilməsinə nail olmaqdır. Təkliflər layihəsinin hazırlanaraq “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunun müzakirəsi zamanı gündəliyə salınması planlaşdırılır.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc mətbuata verdiyi açıqlamasında bildirib ki, bir sıra deputatlarla yanaşı, o da bu təklifin əsas müəlliflərindəndir. Sovet stereotiplərinin tam aradan qaldırılmasının vacibliyini bildirən deputat qeyd edib ki, NATO ilə münasibətlərin inkişafı üçün hərbçilərlə hərbi sistemdə çalışan mülki şəxslərin vəzifələrinin tamamilə ayrılması üçün bu məsələ həllini tapmalıdır: “Müdafiə Nazirliyinin sosial-siyasi vəzifələri ilə hərbi qüvvələrin idarə olunması konkretləşməlidir. Bütün NATO ölkələrində ordu quruculuğu bu formadadır. Baş Qərargahın səlahiyyətləri konkretləşməlidir”.
Onu da bildirək ki, yerli ekspertlər hazırda Nəcməddin Sadıqovun rəhbərlik etdiyi baş qərargaha nazirlikdən ayrılaraq əlahiddə səlahiyyətlərin verilməsini birmənalı qarşılamırlar. Qeyd edək ki, zamanında Səfər Əbiyevlə Nəcməddin Sadıqovun münasibətləri gərgin olub. Və Səfər Əbiyevin gedişindən sonra Nəcməddin Sadıqovun hətta yeni nazir – Zakir Həsənovun “sağ əlinə” çevrildiyi də söylənilir. Bu həm də generalların adtıqları addımlarından da aydın şəkildə duyulmaqdadır.
DİA.AZ-a mçəlumat verən mötəbər mənbə isə iddia edir ki, amma buna baxmayaraq Baş qərargaha nazirlikdən ayrıldıqdan sonra kimin rəhbər gətiriləcəyi tam dəqiqləşməyib. Yəni bu gün Nəcməddin Sadıqovun baş qərargaha rəhbərlik etməsi o demək deyil ki, Milli Məclis Baş qərargahı onunla birlikdə müdafiə nazirliyindən ayırır.
Məlumatlı mənbənin iddialarına görə, Baş qərargaha nazirlikdən ayrıldıqdan sonra Səfər Əbiyevin də rəhbər gətirilmə ehtimalları olduqca yüksəkdur: “18 ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev bu il oktyabrın 22-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad edildi. Yaxın vaxtlarda Səfər Əbiyevlə bağlı yeni təyinat ola bilər və general özü də bunu ölkə rəhbərliyindən gözləyir”.
63 yaşlı eks-müdafiə nazirinin hansı vəzifəyə göndəriləcəyi biləcəyinə gəlincə, məlumatı verən mənbəiddia edir ki, ordudan tərxis olunmayan Səfər Əbuyev üçün gözlənilən vəzifələr sırasında baş qərargahın rəhbəri postu ilk yerdə dayanır. Mənbə bildirir ki, bu məsələyə yaxın günlərdə izahat veriləcək.
Qeyd edək ki, general-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|