BAKIDA SƏS-KÜYLÜ TOY EDƏN İŞ ADAMININ BAŞI DƏRDDƏ
Tarix: 26-11-2013, 09:02 |
Çap et
Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayılmış bir xəbər bütün gündəmi dəyişmişdi. Əvvəlcə keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toyundan çəkilmiş fotoşəkil iddiası ilə yayılmış görüntülərin sonradan başqasına məxsus olduğu aydınlaşdı.
Çoxlu sayda bahalı “Mercedes -Benz G-Class Gelandewagen” maşınları ilə toy korteci qurmuş şəxsin Salyanlı iş adamı Hacı Qurban Abbasov olduğu üzə çıxdı. Bunun ardınca mətbuatda olduqca maraqlı məlumatlar yer aldı. Onun biznesi barədə geniş məlumat verildi.
Bizimxeber.az olaraq Hacı Qurban Abbasov müxtəlif idarələrə məxsus avtobusların müəmmalı olaraq “özəlləşdirilməsi” barədə yazmışdıq. Həmin yazıda qeyd olunurdu ki, Hacı Qurban Abbasov bir neçə il əvvəl Neftçala, Salyan və Şirvan şəhərlərində olan qarajlardakı avtobusları özəlləşdirərək oz şirkətinin balansına salıb.
Dünən isə daha bir maraqlı məlumat əldə etmişik. Bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə gündür Salyan DYP rəhbərliyinin göstərişi ilə Hacı Qurban Abbasova məxsus avtobusların sənədləri yoxlanılıb. Yoxlama zamanı 4 avtobus və iki qaldırıcı kranın sənədləri olmadığı üçün maşınlar Salyan DYP-nin cərimə meydançasına aparılıb. Və maşınlar hazırda cərimə meydançasındadır. Məlumata görə, avtomobillərin sənədləri ümümiyyətlə, olmayıb və onlar neçə ildir sənədsiz işləyiblər. İndi Hacı Qurban yenidən sənədlərin düzəldilməsi üçün çalışır.