Azərbaycanlı deputatın oğluna fırıldaq gəldilər
Tarix: 23-12-2013, 12:29 |
Çap et
Millət vəkili İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov Türkiyədə aldadılıb. Türkiyəli şəriki onun yüz minlərlə sərmayəsini fırıldaq yolu ilə ələ keçirib və aradan çıxıb.
“Axar.az”ı məlumatlandıran mənbənin sözlərinə görə, E.İsmayılov Rusiyadakı biznesini Türkiyəyə keçirməyə başlayarkən, elə ilk andaca aldadılmaqla üzləşib. Hazırda E.İsmayılov məhkəməyə hazırlaşır və əlindən şıxarılan sərvətini geri qaytarmağa çalışır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyada həbs edilən Etimad İsmayılov öz günahsızlığını sübut edəndən və bəraət alandan sonra bütün yatırımlarını bu ölkədən çıxardı. Qısa zaman öz vətənində qalan E.İsmayılov artıq 2 ilə yaxındır ki, Türkiyədə biznes fəaliyyətinə başlayıb.
Məsələ ilə əlaqədar hazırda Türkiyədə yaşayan Etimad İsmayılov “Axar.az”a bildirdi ki, bu haqda geniş danışmaq niyyəti yoxdur: “Mən şəxsi problemlərimi özüm həll edirəm, ictimaiyyətə də məlumat verməyə heç bir ehtiyac görmürəm”.