30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                 

Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi - İNCƏLƏMƏ...
Tarix: 24-06-2023, 11:23 | Çap et
Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi
Vaqner silahlı qruplaşmasının dünən gecədən başlatdığı üsyan hərəkatı kritik mərhələsini arxada qoydu. Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahını, FSB və polis orqanlarını, habelə hərbi aeroportu ələ keçirən vaqnerçilərin komandanı Yevgeni Priqojin Moskvadan gələn heç bir təlimatı yerinə yetirməyəcəyini, son damla qanlarına qədər Rusiyanın xilası üçün vuruşacağını açıqladı. Maraqlıdır ki, 25 min könüllü ilə üsyana başladığını bildirən Yevgeni Priqojinin bu qiyamına rus ordusu tərəfindən adekvat reaksiya verilmədi və rus generalları sadəcə asiləri sülhə çağırmaqla kifayətləndilər.
Bir çoxları Vaqner liderinin bu cür asanlıqla öz istəyinə nail olmasına təəccüblənirlər. Fikrimizcə isə, bu nailiyyət əslində gözlənilən idi və Priqojin əldə etdiyi uğurun səbəbini rus hərbçilərinin böyük əksəriyyətinin də onunla həmrəy olması ilə əlaqələndirir. “Əsgərlər bizi sevinclə əllərini yelləyərək qarşılayırlar və çoxları deyirlər: “Biz də sizinlə getmək istəyirik”. Artıq 60-70 nəfər bizə qoşulub, baxmayaraq ki, biz hələ az yol qət etmişik. Düşünürəm ki, ordunun yarısı bizimlə getməyə hazırdır”, - Priqojin yaydığı səsyazısında bildirib.
“Vaqner” liderinin bu sözləri Rusiya ordusunun da Ukraynadakı savaşdan artıq bezdiyini, qarşıdurmanın bir an öncə bitməsini istədiyini göstərir. Belə çıxır ki, asilər təkcə “vaqner”çilərdən ibarət deyil və hərbçilərin böyük əksəriyyəti onlarla razıdır. Zənnimizcə, bu da səbəbsiz deyil. Ukraynada gedən son döyüşlər Rusiya Ordusunun bu sahədə heç bir uğur qazana bilməyəcəyini ortaya qoydu. Baxmayaraq ki, Ukrayna ordusu da bu ayın əvvəlində başlatdığı əks-hücum əməliyyatında bir çoxumuzun gözlədiyi uğuru qazana bilməyib. Fəqət bunun səbəbi heç də onun belə bir imkana malik olmamasından qaynaqlanmır. Ukrayna hərbi rəhbərliyi öz açıqlamalarında açıq şəkildə bildirirlər ki, onlar biz düşündüyümüz kimi, əsl hücuma başlamayıblar. Son döyüşlər sadəcə rus müdafiə xətlərini yoxlamağa xidmət edir. Bu müdafiə xəttində ən zəif nöqtə müəyyənləşdirildikdən sonra bütün zərbələr həmin nöqtəyə vurulacaq və istehkam xətti yarıldıqdan sonra əks hücumun əsl mərhələsinə qədəm qoyulacaq.
Xarici media qurumlarının və düşüncə mərkəzlərinin dilə gətirdiyi faktlar da Ukrayna rəsmilərinin bu iddialarını təsdiqləyir. Məlumata görə, Ukraynanın hərbi qüvvələri arasında NATO dövlətləri tərəfindən təlim keçmiş 12 hərbi diviziya var. Həmin diviziyadan yalnız 2-i və ya 3-ü son döyüşlərdə iştirak edir. Qalan 9 və ya 10 diviziya isə əks-hücumun həlledici mrhələsi başlayandan sonra meydana atılacaq. Ruslar isə hətta bu az qüvvəyə qarşı doğru-düzgün müqavimə göstərə bilmirlər. Bütün qüvvələrin iştirak edəcəyi əks-hücumda təbii ki, rus işğalçılarının heç bir şansı olmayacaq.
Sual oluna bilər: O zaman Ukrayna ordusu niyə bütün qüvvələrini savaşa sürüb ruslara həlledici zərbə vurmur?
Ukrayna prezidenti Vladimir Zelenski bunun səbəbini daha az itki ilə məqsədə çatmaq niyyətilə izah edir. Onun sözlərinə görə, Ukrayna bütün qüvvələrini meydana sürsə, yenə qələbə qazanar, amma itkiləri də çox olar. Məhz bu cür ağır itkilərdən yayınmaq üçün Kiyev tədrici irəliləmək xəttini tutub. Ukrayna Müdafiə nazirinin müavini Anna Malyarın iddiasına görə, təmkinli irəliləmə taktikası nəticəsində gündə təxminən 200-500 metr qabağa gedə bilirlər. Amma bunun nəticəsində düşmən xeyli itki də verdirirlər.
İddialara inansaq, Rusiya Silahlı Qüvvələri məsələni kökündən həll etmək üçün Ukraynanı gözləmədən özü Limansk və Kupyansk istiqamətlərindən hücuma keçib. Ağır döyüşlərin getdiyi bu cəbhədə belə sayca xeyli az olan Ukrayna ordusuna qarşı heç bir uğur əldə edilməyib. Ukrayna özünə o qədər arxayın olub ki, ehtiyatda tutduğu peşəkar diviziyalarını da cəbhə xəttinə göndərməyib. Nəhayət, dünən rusların Limansk və Kupyansk istiqamətində başlatdığı bu hücum dayandırılıb. Hər halda Anna Malyarın yaydığı açıqlamadan belə anlaşılır. Maraqlıdır ki, dünən Ukrayna müdafiə naziri müavininin yaydığı bu açıqlamadan sonra “vaqner”çilərin üsyanı başlayıb. Görünən budur ki, ruslar müharibədə heç bir uğur qazanmayacaqlarını bu hücumdan sonra anlayıblar və boş sevdadan çəkilmək qərarına gəliblər. Priqojinin üsyanı bu mənada rus hərbi elitasının xeyir-duası ilə həyata keçirilə bilər.
Zənnimizcə, Ukrayna ordusunun bütün qüvvələrinin meydana çıxarmamasının digər səbəbi Putinin nüvə təhdidlərini nəzərə almaları ilə əlaqədardır. Məlum olduğu kimi, Putin bu yaxınlarda verdiyi açıqlamada Ukrayna ordusunun Krımı və Rusiyanın digər bölgələrini ABŞ-dan və Böyük Britaniyadan aldığı uzunmənzilli raketlərlə vuracağı təqdirdə, nüvə silahlarını işə salacağını və hədəfinin Ukrayna yox, onu silahla təchz edən ölkələr olacağını bildirmişdi. Ukrayna isə bu təhdidi qismən nəzərə alaraq Böyük Britaniyadan aldığı Storm Shadow raketi ilə Krım yarımadasını Ukraynaya bağlayan Çondar körpüsünü vurmuşdu. Körpünün tam olaraq Krım yarımadasına aid olmadığını hesaba qatsaq, sanki Ukrayna bununla “sənin təhdidlərin mənim üçün əhəmiyyətli deyil, sadəcə özünü daha çox rəzil etmədən Ukraynadan çıxmaq şansı verirəm” demişdi. Zənnimizcə, Priqojinin üsyanı da məhz bu “centlemen mesaj”a cavabdır.
Məsələ burasındadır ki, Ukraynanın bir ucu Krımda olan körpünü hədəfə almasından sonra Rusiya çətin durumda qalmışdı: ya Ukraynanın mesajını qəbul edib döyüşdən çəkilməli, ya da Putinin təhdidimi yerinə yetirib Böyük Britaniyanı vurmalı idi. Hər iki qərar Kreml üçün olduqca böyük risk daşıyırdı. Təsadüfi deyil ki, Ukrayna qüvvələri Çondar körpüsünü vurduqdan sonra Rusiya Müdafiə Nazirliyinin bir çox generalının məzuniyyətə çıxıb Dubaya getdiyi, hətta nazirliyin dəhlizlərinin tamamilə boş qaldığı, Dubaya təyyarə reyslərinə bilet tapılmadığı bildirilirdi.
Görünür, Kremlin simasını qorumaq üçün rus generalitetinə Priqojin üsyanı kimi bəhanə lazım idi. Böyük ehtimalla, Putini bu yolla istefaya məcbur etmək istəyən generalitet bütün günahları onun, Soyqunun və Gerasimovun boynuna yıxaraq müharibədən çəkilmək istəyir. Dünən üsyandan əvvəl Priqojinin yaydığı son video-müraciətində bu istəyin təzahürləri öz əksini tapmışdı. Həmin video-müraciətin sətirbaşları belə idi:
Ukrayna 8 ildir Donetski deyil, yalnız rusların mövqelərini bombalayıb. Ukrayna Silahlı Qüvvələri və NATO Rusiyaya hücum etmək fikrində deyildi. Donbass 2014-cü ildən Putin administrasiyası, FSB və oliqarxlar tərəfindən talan edilir.
Zelenski razılaşmalara hazır idi. Sadəcə Olimp zirvəsindən düşmək, gedib onunla danışıqlar aparmaq lazım idi.
Rusiyanı idarə edən oliqarx klana Medvedçuku Ukrayna prezidenti təyin etmək üçün "xüsusi hərbi əməliyyat" lazım idi.
Müharibənin əvvəlində Şoyqu gizləndi. Qostomel yaxınlığında 1000 rus əsgərini güdaza verdi, ordunun döyüşə ən hazır hissəsini sıradan çıxardı.
Qoşunlara sursat verilmir, çünki Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi hesab edir ki, Moskvanın müdafiəsi üçün onlara mərmi lazım olacaq, Moskva yaxınlığındakı anbarlar isə bu mərmilərlə partlayır.
60 "Leopard"ın vurulması barədə deyilənlər yalandır. Rus ordusu bütün istiqamətlərdə geri çəkilir və çoxlu itkilər verir”.
Göründüyü kimi, Priqojin Ukrayna savaşından tutmuş rus ordusunun məğlubiyyətinə qədər bütün günahları Putinin və hərbi rəhbərliyin boynuna yıxır, Kiyevlə danışıqlar aparmaq lazım olduğunu bildirir. Kiyev isə indiki üstün mövqeyində Kremlə hansısa torpaq güzəştini ehtiva edən danışıqlara oturmaz və Zelenski hətta ən zəif zamanında bunu gizlətməyib.

Heydər OĞUZ - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru