DİA.AZ: - Yevgeni Priqojin yenə danışıb. DİA.AZ olaraq onun çıxışındakı əsas tezisləri təqdim edirik:
*"Bizim məqsədimiz dövlət çevrilişi deyildi, xüsusi hərbi əməliyatın səhv aparıldığına etiraz edirdik. Hərbi rəhbərliyin cəzalandırılmasını istəyirdik";
* "Rostovdan Moskvanın 200 km-liyə qədər yürüdük, qarşımıza heç bir hərbi qüvvə çıxmadı. Yolumuzun üzərindəki bütün hərbi hissələri və aeroportları blokladıq. Bu da Rusiyanın müdafiə sahəsində nə qədər zəif olduğunu göstərir";
* "Xüsusi hərbi əməliyyatı bizim kimi peşəkar ordu birlikləri aparsaydı, bir günə bütün Ukraynanı tutardı";
* "İlk hücum dəstəmiz Moskvaya yaxınlaşanda məlum oldu ki, çoxlu qan töküləcək, ona görə də nümayişimizi dayandırdıq".