İdarə olunan xaos, yoxsa kütləvi itaətsizlik - Avropanın göbəyində “fırtına”
Tarix: 4-07-2023, 11:06 | Çap et
Fransanın Nant şəhərində yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlarla əlaqədar 3 mindən artıq aksiya iştirakçısı saxlanılıb. Rəsmi məlumata görə, iğtişaşları yatırmaq üçün ölkə üzrə 45 mindən çox əlavə polis və jandarm qüvvələri cəlb edilib. İğtişaşlar və qarşıdurmalar zamanı azı 50 polis və jandarm əməkdaşı yaralanıb, 600-dən çox avtomobil və 80-ə yaxın bina yandırılıb.
Küçələrdə və ictimai yerlərdə 900-dən artıq digər yanğın hadisəsi qeydə alınıb. Fransanın 10 şəhərində komendant saatı elan olunub. Bəzi təhsil müəssisələrində tədris dayandırılıb. Buna səbəb isə bəzi universitet və məktəblərin iğtişaşlar səbəbindən yararsız hala düşməsidir. İdialara görə, həmin məktəblərin bərpası illərlə zaman ala bilər. Ən çətin vəziyyət isə Paris, Nant, Amiens, Dijon və Brest şəhərlərində yaranıb.
Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar ölkəboyu meriyaların qarşısında mitinqlərin davam edəcəyini bildirib. Nahelə atəş açan 38 yaşlı polis məmuru həbs edilib. O, qəsdən adam öldürmədə ittiham olunub. Fransa Prezidenti Emmanuel Makron qətli “bağışlanmaz” adlandırıb. O, həmçinin “ədalətin qalib gəlməsi üçün” etirazları dayandırmağa çağırıb. Etirazçılar isə nümayişlərin dayanmayacağını, Fransada dərin islahatlar aparılmasını tələb edirlər. Onların tələbinə görə, mövcud hökumət ölkəni idarə edə bilmir və təcili olaraq istefaya getməlidir.
DİA.AZ-ın məlumatına görə, baş verənləri bağlı qənaətini AYNA ilə bölüşən Azərbaycan Milli Məclisinin üzvü Cavid Osmanov deyib ki, Makron Avropanın göbəyində avtoritar bir sistem qurmaq istəyir: “Bu etirazlar lokal xarakter daşımır. Fransanın demək olar ki, bütün şəhərlərində insanlar ayağa qalxır, hökumətə etiraz edirlər. Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən soyuqqanlı şəkildə qətlə yetirilməsi bir daha göstərdi ki, Fransada bütün insani dəyərlər ayaqlar altına atılır. Yeniyetməni qətlə yetirən polisi həbs etsələr də, onun barəsində cinayət işi açsalar da, ən yüksək səviyyədə Fransa rəhbərliyi bu hadisəni kəskin şəkildə pisləsə də, kütləvi etirazlar dayanmır. Çünki əhali Fransa hökumətinin siyasəti ilə razılaşmır”.
“Bu hadisə sadəcə qığılcım oldu və yəqin ki, kütləvi etirazlar davam edəcək. Mərkəzi şəhərlərdə barrikadalar qurularaq iğtişaşlar baş verir, avtomobillərə od vurulur, polislə toqquşmalar var. Paytaxt Paris də daxil olmaqla bir çox vilayətlərdə artıq iğtişaşlar geniş vüsət almaqdadır”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın fikrincə, baş verənlər etiraz yox, Fransa hökumətinə itaətsizlikdir: “Baş verən hadisə Makronun və komandasının xalqın etimadını tam itirdiyini bütün dünyaya nümayiş etdirdi. Bu kütləvi itaətsizlik artıq Fransanın təxminən hər bir vilayətində baş verir. Digər bir tərəfdən də çox maraqlı məqam ondan ibarətdir ki, Qərb və Avropa institutları baş vermiş hadisəyə susqunluqla yanaşır. Bütün bunlar əminliklə deməyə əsas yaradır ki, Makron və komandası sona doğru sürətlə irəliləyir”.
DİA.AZ-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hadisələri AYNA-ya şərh edərkən söyləyib ki, Fransa digər Avropa dövlətləri kimi, səhv multikultralizm siyasətinin qurbanına çevrilib: “Sovetlər İttifaqının çöküşündən sonra Qərb çox arxayınlaşdı. Yürüdülən uğursuz siyasət qaçqınların lokallaşmasına səbəb oldu. Şəhərlərdə ayrıca ərəb məhəllələri, hətta, məsələn, əlcəzairlilər, mərakeşlilər, liviyalılar, suriyalılar, iraqlılar məhəllələri yarandı. Qərbi Almaniya sənayeləşmə mərkəzinə çevrildi. Lakin ciddi problem hökm sürürdü. İşçi qüvvəsi çatışmır və kadr böhranı yaşanırdı”.
“Bu baxımdan Qərbi Almaniya qapılarını xaricdən gələn miqrantların üzünə açdı. Onlar Fransaya axışdılar və bu qədim Avropa ölkəsinə qaynayıb-qarışdılar. Bu mərhələni başa vurandan sonra isə onların qarşısını almağa çalışdılar. Bu siyasət də düzgün aparılmadı və nəticədə bu hadisələr meydana gəldi”, - deyə müsahibimiz vurğulayıb.
Əlavə edib ki, məşğulluq və təhsilsizlikdən əziyyət çəkən əhali cinayətkarlığa meyllənir: “Bu, bir qayda və təkzibolunmaz həqiqətdir. Riyazi terminlə ifadə etsək, auskiomadır. İndi də Avropa ölkələri dizlərinə döyüb vəziyyətdən çıxmağa yol axtarırlar, amma hələ də öz səhv “multikulturalizm” siyasətlərini etiraf etmirlər, nəticədə ölkələrdə sağ, millətçi cərəyanlar populyarlıq qazanmağa başlayır, ard-arda seçkiləri udur. Bu isə ölkələri digər kəskin bucağa sürükləyib problemləri daha da dərinləşdirəcək. Bunun qarşısını almaq elə də asan olmayacaq”.
“Fransada baş verənlər də bunun təzahürüdür. Əhali problemi mövcud hökumətin idarəetməsində görür. Kütləvi itaətsizlik günü-gündən dərinləşir və paytaxt Paris də daxil olmaq demək olar ki, bütün şəhərləri əhatə edir. Bunu önləyə biləcəklər, yoxsa yox, bunu zaman göstərəcək. Əslində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, multikultralizm adlı siyasət Avropanı bataqlığa sürükləyir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|