DİA.AZ: - Ukraynada 6 yaşlı qıza 4 yaşlı oğlanın ürəyi transplantasiya edilib. Cərrahi əməliyyat 3 saat sürüb. Əməliyyat uğurla başa çatıb. İlk dəfədir ki, Ukraynada belə bir əməliyyat keçirilir.
DİA.AZ bildirir ki, çərşənbə günü Facebook-da yazdığı bir statusda 4 yaşlı oğlanın anası Sotnikova bildirib ki, uşağımın həyatını itirməsi qaçılmaz idi: “Gecə saatlarına qədər əməliyyatın nəticəsini gözlədim. Mənə deyəndə ki, artıq ürək döyünür, ilk dəfə səmimi şəkildə gülümsədim. Oğlumun ürəyi döyünürdü!”.
“CNN” bildirir ki, ürəyi başqasına köçürülən oğlanın daha üç orqanı - iki böyrəyi və bir qaraciyəri Kiyevdəki başqa bir xəstəxanada daha iki uşağa transplantasiya olunub.