30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                 

Rusiya dünyanı “Ukrayna çörəyi”ndən məhrum etmək istəyir - Taxılla şantaj
Tarix: 17-07-2023, 05:36 | Çap et
Rusiya dünyanı “Ukrayna çörəyi”ndən məhrum etmək istəyir
Rusiya növbəti dəfə Ukraynanın kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracının qarşısını almağa çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin “Taxıl sazişi”nin müddətinin uzadılmasına razılıq verdiyini açıqlasa da, Ukrayna artıq hadisələrin istənilən kursuna hazırlaşır. Məsələ ilə bağlı UNİAN araşdırma aparıb. DİA.AZ sözügedən araşdırmanı AYNA-ya istinadla təqdim edir:

Genişmiqyaslı müharibə başlamazdan əvvəl Ukrayna haqlı olaraq dünyanın taxıl anbarı hesab olunurdu və ildən-ilə 60 milyon tona yaxın taxıl ixrac edirdi. Onun əsas istehlakçıları Çin, Misir, Türkiyə, İndoneziya, İspaniya, Hollandiya, Pakistan, Liviya, Tunis və qəribə də olsa, İran idi (İran indi Rusiyaya öz qatil dronlarını tədarük etməklə bizə belə təşəkkür edir).

Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına görə, təkcə 2021-ci ildə Ukraynanın qlobal ərzaq bazarına verdiyi töhfə təxminən 400 milyon insanı qidalandırmağa bərabər olub. Ukrayna 2021-ci ildə belə heyrətamiz nəticələrə nail ola bilib, xüsusən də dövlət bütün müstəqillik tarixində rekord göstərici olan 106 milyon ton məhsul sayəsində buna nail olub.

Məlumdur ki, Ukrayna məhsullarının əsas ixrac kanalı daha çox dəniz yollarıdır. Lakin genişmiqyaslı işğalçı müharibənin başlaması ilə vəziyyət dəyişdi. İşğalın ilk günlərindən rus terrorçuları Ukraynanın dənizlərə çıxışını kəsərək dünyanı “Ukrayna çörəyi”ndən məhrum etdi. Nəticədə dünya bazarında ərzaq qiymətləri yüksəldi və yoxsul ölkələri real qıtlıq təhlükəsi bürüdü.

BMT və Türkiyənin köməyi ilə ötən ilin yayında nəhayət, yerli ərzaq məhsullarının ixracı üçün üç Qara dəniz limanının: “Odessa”, “Çornomorsk” və “Pivdennıy”ın fəaliyyətini qismən bərpa etmək mümkün olub. Lakin mövcud olduğu bütün dövr ərzində taxıl dəhlizi daim terror ölkəsinin şantaj obyektinə çevrilib. Bu il, iyunun sonunda ruslar taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi tamamilə dayandırdılar, buna görə də Ukraynadan dəniz yolu ilə ərzaq ixracı faktiki olaraq dayandı.

Bağlanmış “Taxıl sazişi”nin cari qüvvədə olma müddəti rəsmən iyulun 17-də başa çatır. Rusiya da öz növbəsində bu müqaviləni ləğv etmək niyyətində olduğunu açıqlayıb. Sual qalır: bu bəyanat bədbaxt qonşumuzun növbəti blefi deyilmi? Dünya xəbər agentlikləri Türkiyə Prezidenti Ərdoğana istinadən yazıblar ki, Moskva artıq müqaviləni uzatmağa məcbur olub. Lakin Kreml hələ ki, bunu təsdiqləməyib.

Nə olursa olsun, bütün ssenarilərə hazırlaşmağa dəyər, ona görə də Rusiyanın real olaraq geri çəkiləcəyi təqdirdə Ukraynanın nə edəcəyini indi dəqiqləşdirmək daha yaxşıdır.

Müqavilə yalnız kağız üzərindədir

Rusiya birinci dəfə deyil ki, taxıl müqaviləsinin normal işləməsinə mane olaraq dünya birliyinin çarxına çomaq soxur. Terrorçularla danışıqların mümkünsüzlüyünün ilk sübutu razılaşmanın ertəsi gün terrorçuların Odessa dəniz limanına qanadlı raketlər atması, verdiyi bütün vədləri bir daha ləğv etməsi olub. Rusiyanın dəhlizdən mümkün çıxışı ilə bağlı bəyanatları da dünya qədər qədimdir. “Taxıl sazişi”nin özəlliyi ondan ibarətdir ki, o, hər 120 gündə bir dəfə bütün tərəflərin razılığı ilə uzadılmaq imkanına malikdir. Və hər dəfə növbəti uzadılmadan əvvəl ruslar müqavilələrə xitam verməklə dünyanı “qorxutmaqdan” çəkinmir.

Belə ki, oktyabrın sonunda Rusiya Sevastopol körfəzində Ukraynanın yardımı ilə həyata keçirildiyi iddia edilən qondarma “terror aktı” səbəbindən “Taxıl sazişi”ndəki iştirakını dayandırdığını bəyan edib. Amma “taxıl dəhlizi” şantajının nəticə vermədiyini başa düşən ruslar onlar olmadan da öz işini davam etdirirdi. Sonda “incikliklərinin” mənasız olduğunu başa düşdülər, bir neçə gündən sonra müqavilədə iştiraka qayıtdılar.

Həmçinin Rusiya tərəfi dəhlizə cəlb olunan gəmilərin mənşəyini hər cür şəkildə bağladı və iyunun sonunda onlara baxış keçirməyi tamamilə dayandırdı.

"İyunun 26-dan ruslar Ukrayna limanlarına yüklənmək üçün gedən gəmilərdə yoxlama aparmaqdan imtina ediblər. Asiya və Afrika ölkələrinə 1,4 milyon tondan çox kənd təsərrüfatı məhsulu çatdırmalı olan 29 gəmi hazırda ərazidə bloklanıb. Türkiyə sularındadır”, - Ukraynanın icmalarının, ərazilərinin və infrastrukturunun inkişafı nazirliyi qeyd edir.

Bütün bunlar Qərbin Rusiyaya güzəştə getməsi və “Rosselxozbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sisteminə yenidən qoşması üçün edilir – terrorçuların əsas tələbi budur.

Başqa bir amil də var. Görünən odur ki, Ukrayna Rusiya ilə qlobal kənd təsərrüfatı bazarında ciddi rəqabət aparır və onlar müvəqqəti olaraq işğal olunmuş Ukrayna torpaqlarından oğurlanmış milyonlarla ton ərzaq məhsullarını satmaq istəyirlər. Ona görə də Rusiya Ukraynanın dünya bazarında iştirakını azaltmaqda maraqlıdır.

Vəziyyətdən çıxmaq

Türkiyə Prezidenti Ərdoğan cümə günü, iyulun 14-də deyib ki, “o və Putin “Taxıl sazişi”nin uzadılmasına dair ortaq fikirdədirlər. Bununla belə, ukraynalı ekspertlərin və rəsmilərin bildirdiyinə görə, Rusiyanın Qara dənizdən deklorativ deyil, real çıxarılması şərti ilə belə il ərzində Ukraynanın gələcək fəaliyyətləri üçün artıq müəyyən planı var.

"Türkiyə tərəfdən bəyanatlar var ki, onlar təşəbbüsün davam etdiriləcəyinə inanırlar. Amma biz öz üzərimizə düşəni etməli və gəmilərin Rusiyasız hərəkət imkanlarını nəzərdən keçirməliyik. Bizim təcrübəmiz var, bunu keçən ilin noyabrında həyata keçirdik. Rusiya ilə heç bir sənəd imzalamamışıq - biz Türkiyə və BMT ilə müqavilə imzalamışıq. Ona görə də əgər onlar ixracın əleyhinə deyillərsə (Rusiya tərəfinin razılığı olmadan), o zaman bunu etmək olar", - Ümumukrayna Aqrar Şuranın sədrinin müavini Denis Marçuk bildirib.

İcmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Yuri Vaskov isə qeyd edib ki, Rusiyanın iştirakı olmadan taxıl dəhlizinin işini davam etdirmək üçün Ukrayna hökuməti artıq xarici ölkələrə ödənişlərə zəmanət verəcək xüsusi fonda 20 milyard qrivna ayırıb.

Məbləğ, əlbəttə ki, çox azdır, lakin unutmaq olmaz ki, Rusiyanın özünü hər şeyə hazır, güclü döyüşən dövlət kimi təqdim etmək cəhdlərinə baxmayaraq, reallıqda Rusiya hərbi donanmasının ticarət gəmilərinə hücum etməyə cəsarət etməsi ehtimalı çox azdır. Axı bu yolla rus hərbi dənizçiləri adi dəniz quldurlarına çevriləcəklər. Və bu, beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq, Rusiya bayrağı altında olan bütün gəmiləri son dərəcə çətin vəziyyətə salacaq.

Ukraynalı ekspertlər dəniz nəqliyyatının təhlükəsizliyinə əlavə təminat barədə məlumat verdilər - guya o, Türkiyə dəniz qüvvələri tərəfindən qorunacaq. Lakin bunu istər Türkiyə, istərsə də Ukrayna tərəfi rəsmən təsdiqləyənə qədər bu cür bəyanatlara inanmaq tezdir.

Eyni zamanda, aqrar siyasət naziri Taras Vısotskinin verdiyi məlumata görə, Ukrayna Dunay limanlarının imkanlarını genişləndirməyə hazırlaşır. Bundan əlavə, Polşa və Rumıniya ilə qərb sərhədində əlavə keçid məntəqələri işə salınır.

Amma avropalılar qeyd edirlər ki, taxılını Avropadan tranzitlə ixrac edərkən ukraynalı fermerlər nəzakətli olmalı və ilkin razılaşmalara əməl etməlidirlər. Belə ki, sonradan məlum olmasın ki, Ukrayna taxılı bir daha son istehlakçıya getmək əvəzinə Avropa bazarlarına daşınıb.

"Təbii ki, biz Rumıniyada, Polşada əlavə torpaq dəhlizləri açırıq - sizin taxılınızın daşınması üçün. Amma problem ondadır ki, razılaşmalara əsasən, taxıl dünya bazarlarına getməli, daxili bazarımıza mane olmamalıdır”, - Brüsseldə Avropa Parlamentinin Polşadan olan üzvü Vitold Yan Vaşçikovski bildirib.

O xatırladıb ki, ötən il xeyli miqdarda Ukrayna taxılının Polşa bazarında peyda olması yerli fermerlərə problem yaradıb. Buna görə də, Avropa Parlamentinin deputatının vurğuladığı kimi, oxşar vəziyyətlərin təkrarlanmaması və yerli əhalinin bu müharibədə Ukraynanı daha da dəstəkləməsinin mümkünlüyü barədə suallar qaldırmağa başlamaması vacibdir.

“Taxıl dəhlizi”nin uğurları və itkiləri

Mövcud maneələrə baxmayaraq, Ukrayna mövcud şəraitdə kənd təsərrüfatı məhsullarının ixracını mümkün qədər artırır. Belə ki, mart ayında Ukrayna artıq 8 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bunun da yarısı “taxıl dəhlizi” ilə göndərilib.

Ümumiyyətlə, Yenidənqurma Nazirliyinin hesablamalarına görə, Qara dəniz sazişinin qüvvədə olduğu bir ilə yaxın müddətdə Ukrayna fermerlərinin 33 milyon tondan çox məhsulu dəniz yolu ilə - dünyanın 45 ölkəsinə ixrac edilib.

"Rusiyanın təxribatına görə dünya əlavə 25 milyon ton taxıl almayıb. Amma bu göstəricilərlə belə, BMT-nin hesablamalarına görə, dünya ərzaq qiymətlərini 22 faiz aşağı salmaq mümkün olub. Bu, birbaşa sübutdur ki, dünyanın “Taxıl sazişi”nə ehtiyacı var”, - nazirlikdən vurğulanıb.

Beləliklə, Rusiya iyulun 17-də hansı qərarı versə də, Ukrayna taxıl ixracatını yaxşılaşdırmağın bir yolunu tapacaq. Rusiyanın blef və şantaj meyli dünyanı hadisələrin inkişafı üçün bütün variantları əvvəlcədən düşünmək zərurətinə çoxdan öyrədib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru