Türkiyə Qərbə üz tutur, Rusiya arxa plana keçir, Ərəb ölkələri isə... - GƏLİŞMƏ
Tarix: 17-07-2023, 12:39 | Çap et
“BBC” yazır ki, Türkiyənin dərinləşən iqtisadi böhranı Tayyib Ərdoğanı Qərbə meyllənməyə sövq edir. Bu həftə Türkiyə prezidentinin uzun sürən və getdikcə dərinləşən iqtisadi böhrandan çıxmaq üçün həll yolları axtardığı üzə çıxdı. O, sürətli siyasi dönüşlə Qərblə münasibətləri yaxşılaşdırmaq üçün böyük bir addım atdı. Cənab Ərdoğan bazar ertəsi İsveçin hərbi alyansa (NATO) qoşulmaq istəyinə uzun müddət davam edən etirazını birdən-birə kənara ataraq NATO-dakı müttəfiqlərini heyrətə gətirdi. Litvaya gəlməzdən bir neçə saat əvvəl o, terrorizmi durdurmaq üçün kifayət qədər iş görə bilmədiyinə görə ittiham etdiyi rəsmi Stokholmun bağçasına xeyli daş atmışdı. Türkiyə prezidentinin qəfil mövqeyini dəyişməsi, yenidən seçilən prezidentin Qərblə diplomatik münasibətləri düzəltməyə və son illərdə Türkiyəni iqtisadi çətinliklərə görə tərk etmiş xarici sərmayədarların geriyə dönüşünə inam yaratmağa hesablanıb. Sadiq İnstitutunun analitik mərkəzinin Ankarada fəaliyyət göstərən siyasi analitiki Batu Coşkun deyir: "Bu, klassik Ərdoğan gedişidir. Bu gediş gözlənilmədən siyasətdə və vurğuda qəfil dəyişmədən yaranır. İstənilən başqa siyasi lider belə bir U dönüşündən əziyyət çəkərdi. Amma o, bu dönüşdən də faydalana bilir". Elə buna görədir ki, o, İsveç, ABŞ, NATO və hətta Avropa İttifaqının da Türkiyəyə qarşısında öhdəlik götürməsinə nail olub. Türkiyə indi ABŞ-dan çoxdan gözlənilən F-16 qırıcı təyyarələrini almağa hazırlaşır və cənab Erdoğan deyir ki, Brüssel Ankaranın uzun müddətdir ki, Avropa İttifaqına üzv olmaq istəyinin yenidən canlanmasına və viza rejiminin liberallaşdırılmasına "müsbət yanaşır". İllərdir Türkiyənin demokratik dəyərlərdən geri çəkilməsindən narahat olan ABŞ və Avropadakı müttəfiqlərinə daha konstruktiv yanaşması bir daha onu göstərdi ki, cənab Ərdoğan daha çevikdir. Onun Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts ilə NATO sammitində çoxsaylı foto çəkdirmək fürsəti olub. İllərdir ki Türkiyə prezidenti ilə arasında məsafə saxlayan ABŞ prezidenti Co Bayen cənab Ərdoğanla ikitərəfli görüşünü özü dilə gətirib. “Hesab edirəm ki, seçkilərdən sonra Ərdoğan həm Rusiya, həm də Qərblə münasibətlərdə özünü daha inamlı hiss edir”, – politoloq Batu Coşkun deyir. Xaricdə güvənli olmaq, əlbəttə, yaxşıdır. Ancaq daxildə təcili şəkildə Türkiyənin iflasa uğrayan iqtisadiyyatını canlandırmaq lazımdır. Bu, onun mayın sonunda keçirilən tarixi ikinci tur səsverməsində çətin mübarizədə əldə etdiyi qələbəsindən sonra üzləşdiyi əsas məslədir. “BBC” sıradan bir türkün Türkiyədəki acınacaqlı vəziyyətlə bağlı dediklərinə də yer ayırıb. Gündə 17 saat odun sobasında simit bişirən Burhan Morkoç deyir: “İş o qədər də yaxşı deyil. Hər şey o qədər bahadır ki... əvvəl iki simit alan insanlar indi yalnız birini alırlar. Tələbat azalıb". Burhan Morkoç İstanbuldakı Kadıgöy ərazisində yaşayır. O, 3 qardaşı ilə birlikdə simit biznesi ilə məşğuldur. O deyir ki, ərazidəki kirayə evlərin qiyməti 400 faiz qalxıb. Eyni müddət ərzində simit üçün digər zəruri məhsullar da kəskin bahalaşıb - soba üçün odun 900%, un təxminən 500%, maya 255%, küncüt isə 150% qiymətdə qalxıb. “BBC” vurğulayır ki, Türkiyəni iqtisadi tənəzzüldən xilas etmək üçün prezident Ərdoğan təkcə Qərblə ilişkiləri dərinləşdirmək fikrində deyil. Onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayır. "Biz yenidən üzümüzü Qərbə çevirmişik. Rusiya isə arxamızda qalır", - iqtisadçı İris Cibre bəyan edir. Prezident Ərdoğan ötən həftə sonu Ukrayna prezidenti Vladimir Zelenskiyə müharibənin qalan müddətində Türkiyədə saxlanılmalı olan beş hərbi komandirlə evə qayıtmasına icazə verdikdə Rusiya bundan çox qəzəbləndi. Kreml hətta Türkiyəyə xəbərdarlıq etdi ki, avropalılara çəhrayı linzalı eynəklə baxmasın. Lakin prezident Ərdoğan avqustda Vladimir Putini də qəbul etməyi planlaşdırır. Türkiyə prezidenti Ukraynaya taxıl ixrac etməyə imkan verən Qara dəniz razılaşmasını xilas etmək üçün Putinlə anlaşmaya ümid edir. Batu Coşkun üçün bu, balanslaşdırıcı hərəkətin bir hissəsidir: "Türkiyə-Rusiya münasibətlərini zənn edilən Qərblə yaxşılaşma ilə əvəz etmək sadə məsələ deyil". Yəni Türkiyə Qərblə nə qədər yaxınlaşsa da Rusiyadan kəskin şəkildə uzaqlaşmayacaq. Əlbəttə, bu, bağışlanılmaz səhv olardı. Zatən Türkiyə elə Rusiya ilə yaxın olduğuna görə Qərb üçün xüsusi önəm daşıyır. Heç bir halda bu üstünlüyü əldən vermək olmaz. Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç gün Körfəz ölkələrinə səfər etməyə hazırlaşır. Bu səfərlə bağlı Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Welle” belə yazır: “ Prezident Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanı, çərşənbə axşamı Qətər və çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərində olacaq. Səfər zamanı cənab Ərdoğan Türkiyənin dövlət aktivlərinin özəlləşdirilməsindən tutmuş birbaşa investisiyalara, müdafiə sənayesi sövdələşmələrinə, biznes satınalmalarına, yeni müqavilələrə kimi hər şeyi əhatə edə biləcək çoxmilyardlıq anlaşmalara cəhd edəcək”. “Səfərimiz zamanı bu ölkələrin Türkiyəyə göstərəcəyi dəstəyi şəxsən izləmək imkanımız olacaq”, – Ərdoğan bu yaxınlarda Türkiyə mətbuatına belə demişdi. "Onlar mənimlə əvvəlki təmaslar zamanı Türkiyəyə ciddi sərmayələr qoymağa hazır olduqlarını ifadə ediblər. Ümid edirəm ki, bu səfər zamanı bu məsələni yekunlaşdıracağıq". Yüksək rütbəli türk məmurları “Reuters” xəbər agentliyinə Ərdoğanın səfərindən qısa müddət sonra Körfəz ölkələrindən təxminən 10 milyard dollar (8,9 milyard avro) və daha sonra daha uzun müddət ərzində ümumilikdə 25 milyard dollardan 30 milyard dollara qədər birbaşa investisiyaların daxil olacağının gözlənildiyini deyiblər. May ayında-Ərdoğanın seçkilərdə qalib gəlməsindən üç gün sonra Türkiyə və BƏƏ gələcək beş il ərzində potensial olaraq təxminən 40 milyard dollar dəyərində ticarət sazişi imzaladılar. Səudiyyə ilə Türkiyə arasında 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi ciddi problemlər yaratdı. Ancaq bir müddət sonra proses əvvəlki axarına qayıtdı. Hazırda Səudiyyə Ərəbistanının Türkiyə ilə ticarəti bütün Körfəz ölkələri arasında ən sürətlə artanıdır. 2022-ci ildə iki dövlətlər arasında ticarət dövriyyəsi 6,5 milyard dollar təşkil edib. Türkiyənin dövlət “Anadolu Agentliyi”nin iyulun 12-də verdiyi məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində ikitərəfli ticarət artıq 3,4 milyard dollar təşkil edib.
İyun ayında “Bloomberg” xəbər agentliyi Səudiyyə Ərəbistanının dövlət nəzarətində olan neft şirkəti “Saudi Aramco”-nun qarşıdakı beş il ərzində 50 milyard dollar dəyərində potensial layihələr üzərində işləmək məqsədilə Ankarada 80-ə yaxın müxtəlif türk podratçısı ilə görüşdüyünü qeyd edib. Analitiklər hesab edirlər ki, Türkiyənin inkişaf edən müdafiə sektoru səudiyyəliləri də maraqlandıra bilər. Onlar hələ “Bayraktar” pilotsuz təyyarəsini almayıblar, amma gələcəkdə buna maraq göstərə bilərlər. Türk ordusu müasir donanması ilə neft daşıma yollarında patrul xidməti həyata keçirmək gücündədir. Qətərdə isə Türkiyəyə xüsusi simpatiya var. Səudiyyə Ərəbistanının dirijor çubuğu ilə bütün körfəz ölkələri 2014-cü ildə Qətərlə düşmənçilik edəndə Türkiyə onun yanında idi. Bir faktı deyək. 2016-2019-cu illərdə Qətərin Türkiyəyə qoyduğu sərmayə 500 faiz artdı. Növbəti illərdə də bu tendensiya davam etdi. Qətərdə Türkiyənin hərbi bazasının olması da bu ölkələr arasında münasibətlərin dərinliyindən xəbər verir. Elbəyi Həsənli, Sürix DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|