Ərdoğanla yenidən doğulan TÜRKİYƏ... - BİZƏ NƏ?
Tarix: 17-07-2023, 15:02 | Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz regionunun ərəb ölkələrinə turneyə çıxacaq, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində müzakirələr aparacaq. Ərdoğanın səfər zamanı qoltuğunda götürəcəyi portfel Türkiyənin birbaşa və nəzdində olan maraqlarının önəmini artırmaq mətləblərindən xəbər verir. Türkiyə xarici siyasətində genişlənən iddialarını: - Çinin Körfəz ölkələri üzrə maraqlarını böyütməsindən; - Rusiyanın Səudiyyə Ərəbistanı ilə əlbir olub ABŞ-yə qarşı müqavimət “hərəkatı” yaratmasından; - İsrailin Körfəz regionunun ərəb dövlətləri ilə münasibətlərini istiləşdirmək cəhdlərindən; - İranın regiondakı tonundan doğan iddialı gündəliklərin arasında yerbəyer etməkdə qətiyyətli görünür. Deməli, Türkiyə Körfəz bölgəsində çoxtərəfli əməkdaşlıq və rəqabət mühitində özünə yeni nəfəsliklər açmaq çağırışı ilə rastlaşır. Ankara həmin zolaq üzrə bir nömrəli çağırışları icra etmək üçün təkcə siyasi-iqtisadi münasibətləri deyil, Türkiyə ilə Körfəz ölkələrinin ərəb oxunda xalqlararası, mədəni əlaqələri format edərək nəhəng institusional meyarlar formalaşdırmalıdır. Elə bu kifayət edir söyləyək ki, regionda geosiyasi rəqabətin şiddətlənməsi gözləniləndir, lakin əsasən, Türkiyə və İran bir-birilə ideoloji müstəvidə də mübarizə aparacaqlar. Çünki Türkiyə hər nə qədər dünyəvi dövlət olsa da, islam amili onun geosiyasətinin ideoloji yüklərindən birini təşkil edir. Ankaranın din faktoru üzrə strategiyası bir məzhəbin şişirdilib, digərlərinin kölgədə qoyulması təəssübkeşliyinə söykənmir. Bununla belə, Türkiyənin ideoloji tutumu İranın siyasiləşən şiəlik hərəkatına qarşı orbitdə qərarlaşır. Məntiqi cəhətdən belə fikrin yaranmasına əsas var ki, Körfəz regionunda Türkiyənin artan nüfuzu İranın bölgədə şiələr üzərindəki manipulyasiyalarını tarazlaşdıra biləcək bazaya sahibdir. Kələfin ucu başqa regionlara aparacaq, Türkiyə bu əsaslarla prioritetlərini müəyyənləşdirərkən anti-İran oxunda durmağı düzgün addım hesab edir ki, bu da başadüşüləndir. Ərdoğanın region turuna çıxmasının nəticələri Türkiyənin xarici siyasətindəki tətbiqlərə və əxz etdiyi təcrübələrə yeniliklər gətirə bilər. Diqqəti itiləyə biləcək başqa bir məqam Ərdoğanın regiona səfərindən sonra Şimali Kipr Türk Respublikasına gedəcəyidir, bununla Ankaranın müzakirə masasında ortaya qoyacağı məsələlərdən biri daha aydınlaşır. Körfəz ölkələrindən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və Bəhreyndə Şimali Kiprin nümayəndəlikləri fəaliyyət göstərir. İndi Ankara üçün ən vacib prioritetlərdən biri Şimali Kiprin müstəqilliyinin tanınmasıdır, deməli, Ərdoğan Cənubi Qafqazda Azərbaycandan, Körfəz regionunda isə ərəb ölkələrindən həmin prizma üzrə gözləntilərini paralel şəkildə ortaya qoyur. Ərdoğanın Körfəz turundan sonra Şimali Kiprə yolunu salması aparılan müzakirələrin perspektivini dəqiqləşdirməyə kömək etmək məqsədləri daşıyır və yaxın zamanda proqnozlaşdırmaq olar ki, Azərbaycanla da eyni məzmunlu danışıqlar aparılsın. Körfəz regionunun malik olduğu geosiyasi təsirlər Türkiyənin rastlaşdığı çağırışların həyata keçirilməsi üçün potensial imkanlar deməkdir. Bölgənin strateji əhəmiyyəti Türkiyənin təsir imkanlarını genişləndirmək səylərinə təkan verdiyindən Ankaranın maraqlarının toqquşduğu və birləşdiyi oyunçuların manevrləri Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiyaya kimi uzanan böyük coğrafiyada fərqli səslər çıxara bilər. Aqşin Kərimov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|