Xəzər dənizi Qara dənizi əvəz edə bilərmi? - İNCƏLƏMƏ...
Tarix: 31-07-2023, 09:51 | Çap et
Rusiya Ukrayna ilə “taxıl sazişini” uzatmadıqdan sonra beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı yaranıb. Rusiya prezidenti Vladimir Putin “taxıl sazişinin” imzalanmasında əsas rol oynayan iki əsas vasitəçini – Birləşmiş Millətlər Təşkilatını və Türkiyəni pis vəziyyətdə qoyub. Putin bu mövzuda BMT baş katibi Antonio Quterreş və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla müzakirəni davam etdirmək istəmir. Rusiyanın “taxıl sazişindən” çıxması Afrika ölkələrinə mənfi təsir edib. Ukrayna taxılı bu ölkələrin bir qisminə çatdırılırdı. Rusiya “taxıl sazişindən” çıxmaqla Ukraynaya öz taxılını müxtəlif ölkələrə, o cümlədən Afrika qitəsinə çatdırmasının qarşısını alıb. Rusiya taxılı daşımaq məqsədilə Ukrayna limanlarına yaxınlaşan gəmiləri hədəf götürüb. Rusiya bundan başqa taxılın toplandığı Ukrayna limanlarına zərbələr endirib. Kreml eyni zamanda anlayır ki, Qara dəniz üzərindən taxılın daşınmasına yaratdığı əngəl Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir edir. Kreml sahibi Vladimir Putin münasibətlərin normallaşması məqsədilə Sankt-Peterburqda “Rusiya-Afrika” sammitinin keçirilməsinə qərar verdi. Toplantıya bir sıra Afrika ölkəsinin lideri qatıldı. Putin toplantıdakı çıxşında günahı həmişəki kimi Qərbin üzərinə atdı. Putinin məntiqinə görə, Rusiya taxılının Qara dəniz üzərindən Afrika ölkələrinə çatdırılmasını Qərb ölkələri əngəlləyirlər. Halbuki, Rusiya Ukraynanın Qara dəniz limanlarına zərbələr endirdiyinə görə bölgədə ümumilikdə gəmilərin hərəkəti məhdudlaşıb. Putinin çıxışından o da aydın oldu ki, Rusiya Ukrayna taxılının bundan sonra da daşınmasına imkan verməyəcək. Kreml sahibi Afrika ölkələrinə yalnız Rusiya taxılını məsləhət görüb: “Ukrayna 47 milyon ton taxıl ixrac etdiyi halda Rusiyanın taxıl ixracı gücü 60 milyon tondur. Dünya taxıl bazarının 20 faizi Rusiyaya aiddir”. Putin bu rəqəmləri səsləndirməklə demək istəyib ki, guya Rusiya Afrika ölkələrini ac qoymayacaq, hətta lazım gələrsə, “taxıla və onun Afrika ölkələrinə çatdırılmasına görə pul da istəməyəcək”. Putinin sonuncu cümləsi tədbirə dəvət edilən Afrika ölkələrinin liderlərinə pis təsir edib. Onlar çıxışlarında pulsuz taxıl istəmədiklərini, sadəcə Ukrayna taxılının da ixracına şərait yaradılması vacibliyini bildirdilər. Sankt-Peterburq toplantısında iştirak edən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa daha sərt cümlə işlədib: “Biz buraya hədiyyələr istəməyə gəlməmişik”. Bununla “Rusiya-Afrika” sammiti nəticəsiz qalıb. Rusiyanın “taxıl sazişindən” imtinası strateji tərəfdaşı olan Çinin də maraqlarına mənfi təsir edib. Çünki Çin Ukrayna taxılını alan ölkələrdən idi. Çin ucuz qiymətə Ukraynadan milyonlarla ton taxıl idxal edirdi. Rusiya Ukrayna limanlarını bombalayarkən, Çin üçün nəzərdə tutulmuş taxın anbarına da zərbə vurub. Bu səbəbdən Çinin yenidən xarici işlər naziri təyin olunan Van Yi ilk xarici səfərini Türkiyəyə edib. Onun Ankarada müzakirə etdiyi mövzular içərisində “taxıl sazişi” də olub. Türkiyə və Çin mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Ankara və Pekin Kremli ittiham etmək istəmirlər, ancaq Rusiyanın “taxıl sazişinə” qayıtması üçün diplomatik fəallqılarını artırmağı qərar veriblər. Ankara ilə Pekinin birgə fəallığı Türkiyədəki siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Türkiyədəki siyasi qüvvələr əvvəlkitək Çinin uyğurlara qarşı zülmünü tənqid edirlər. Buna baxmayaraq, “taxıl” mövzusu iki dövlətin maraqlarını yaxınlaşdırıb. Rusiya öz taxılının müxtəlif ölkələrə çatdırılmasının alternativ yolları barədə düşünür. Bunlardan biri Volqa çayı və Xəzər dənizi üzərindən taxılın İrana çatdırılması, oradan isə Bəndər Abbas limanından məhsulun müxtəlif ölkələrə, o cümlədən Çinə çatdırılmasıdır. Bu planın reallaşması problematikdir. İranın özündə yol infrastrukturu böyük həcmdə Rusiya taxılının daşınmasına imkan vermir. Digər tərəfdən Çin Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qursa da, taxılı Ukraynadan almaq istəyir. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|