İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir - GƏLİŞMƏ
Tarix: 4-08-2023, 10:29 | Çap et
İran rəsmiləri populyar texnologiya startaplarının əməkdaşlarının ölkənin sərt hicab qanununa tabe olmasına nəzarət işini həmin startapların üzərinə qoymağa çalışır.
Son həftələr azı üç internet şirkətinin – DigiKala onlayn satış şirkəti, Azki.com sığorta şirkəti və Taaghche kitab tətbiqi şirkəti bağlanıb. Hər üç halda səbəb qadın əməkdaşların hicabsız şəkillərinin ortaya çıxmasıdır.
Görüntülərin şirkətlər tərəfindən deyil, əməkdaşların şəxsi sosial media hesablarına paylaşıldığı bildirilir. Ancaq bu, hökuməti bu yaxınlaradək uğurlu biznes modeli ilə tanınan startapları təqib etməkdən çəkindirməyib. Bu cür startaplar İranın beynəlxalq sanksiyalara rəğmən müstəqil şəkildə müasir şirkətlər qurmaq bacarığının göstəricisi kimi təqdim edilir.
Bu cür şirkətlərə təzyiq ölkənin Mədəniyyət və İslami Nəsihət Naziri Mehdi Esmailinin 27 iyun bəyanatından sonra başlayıb. Nazir əməkdaşları ismət və hicab qanununa əməl etməyən startap şirkətləri barəsində tədbir görüləcəyini demişdi.
Ancaq müşahidəçilər Tehranın təhlükəli oyun oynadığını deyirlər. Bu cür tədbirlər İranın gənc nəslini uzaqlaşdıra, sahibkarları və xarici investorları müasir şirkətləri İrana gətirməkdən çəkindirə bilər.
Dünyaya bağlı texnologiya adamları Təzyiqə məruz qalan şirkətlər bir-birindən fərqlidir. Onların arasında özəl, yarıözəl və hətta İran hökuməti ilə birbaşa və ya dolayı güclü bağları olan startaplar var. “Miaan Group”un Nyu Yorkda yaşayan internet təhlükəsizliyi və rəqəmsal hüquqlar bölməsinin direktoru Əmir Rəşidi belə deyir.
Ancaq bu şirkətlərin bir ümumi cəhəti var: onlar İranda iş görməyin köhnə üsullarından fərqli çalışırlar. Onlar gənc müştərilərə müasir texnologiyadan yararlanaraq xidmət göstərmək üçün gənc və təhsilli insanları işə götürürlər.
"Bu şirkətlərdə mövcud olan mədəniyyət adətən İran hökumətinin mədəniyyətini təmsil etmir. Çünki bu, yeni nəsildir. Bunlar texnologiya adamlarıdır. Bunlar İranın [dünya ilə] bağı ən sıx olan əhalisidir. Onlar dünyaya internetlə, gördükləri işlə bağlanırlar. Onların ətraf dünya ilə əlaqədə olmaq imkanı daha çoxdur”, – Rəşidi deyir.
Cərimə və cəzalar Hicaba və ölkənin dini rəhbərliyinə qarşı aylarla davam edən küçə etirazları fonunda mühafizəkarlar ismət və hicab qanununu sərtləşdirməyə çalışırlar. Parlamentin ötən ayın sonunda təqdim etdiyi yeni qanun layihəsi qanunu pozan qadınlara 720 dollara qədər cərimə, 3 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.
İranın dini istəblişmenti bu qanun layihəsini İslam respublikasının fundamental dəyərlərinin qorunub saxlanması üçün zəruri addım kimi qələmə verir.
Dini hakimiyyətə qarşı etirazların yatırdılması zamanı hökumət dəfələrlə internetə çıxışı kəsib və sosial mediada öz hicabsız şəkillərini paylaşaraq nümayişçiləri dəstəkləyən şəxsləri təqib edib.
Hədəfə alınanlar arasında tanınmış qadın məşhurlar və idmançılar da olub. Üç kino və televiziya aktrisası hicabsız şəkil çəkdirdikdən sonra həbs edilib. Ötən ay onlara şəxsiyyət pozğunluğu diaqnozu qoyulub.
Narazılıq Sözügedən şirkətlərin bağlanmasının təsiri dərhal hiss olunmağa başlayıb. Müştərilər kitab, mal və xidmətləri internetdən satın ala bilmədikləri üçün narazılıq ifadə ediblər. Biznes assosiasiyaları isə bu hərəkətin ölkədə biznes sektorunu inkişaf etdirmək cəhdlərinə zərbə vuracağını deyiblər.
Bundan sonra Azki.com və “Taaghche”yə fəaliyyətlərini bərpa etməyə icazə verilib. Ancaq onlardan əməkdaşlarının ismət və hicab qanununa əməl edəcəyinə dair ictimai öhdəlik alınıb.
İranın “Amazon”u adlandırılan “DigiKala”nın durumu isə qeyri-müəyyən olaraq qalır.
Rəşidi istər cəmiyyət, istərsə də biznes səviyyəsində “insanları insanlara qarşı qoymağın” işə yarayacağına skeptik yanaşdığını deyir.
"Bu şirkətlərin bəzilərinin İranın xaricində investorları var. Bu həmin şirkətlərə mütləq təsir edəcək. Çünki onlar beynəlxalq aləmdə senzuranın dəstəkçiləri kimi görülmək istəmirlər”, – Rəşidi bildirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|