Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin: - “Bu, iftira və qisas cəhdidir”
Tarix: 11-08-2023, 10:35 | Çap et
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin ünvanına ağır ittihamlar səsləndirib. Baş nazir 2008-ci ildə baş vermiş hadisələrdə əsas günahkarın Saakaşvili olduğunu bəyan edib.
“Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub. Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, - deyə Qaribaşvili söyləyib.
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Saakaşvili bu ittihamlara cavab verib. O, “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü iddia edib. Bildirib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.
Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddətinin 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib: “Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə, bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparırlar. Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər”.
Bu arada, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolu ilə getdiyinə dair iddia ilə çıxış edib: “Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni aqibət Zelenskini də gözləyir”.
DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Saakaşvilinin Rusiyaya bağlı olmasını iddia etmək mənasız siyasi cəhddir: “Saakaşvili aşırı iddiaları olan adamdır. İstər prezidentliyi, istər Ukraynada fəaliyyəti, istərsə də Gürcüstana son qayıdışı bunun bariz nümunəsidir. O, Rusiyaya və Putin adminstrasiyasına qarşı amansız mövqeyi ilə fərqlənib. Hesab edib ki, regionun parlaq gələcəyi Rusiyanın iştirakı olmadan mümkündür. Məhz bu mövqeyinə görə, dəfələrlə Kremlin təqiblərinə məruz qalıb”.
“Rusiyanın Gürcüstana hücumu, işğalçılıq siyasəti, Saakaşvilinin hakimiyyətdən getməsinə nail olunması, bu gün ağır şərtlər daxilində həbsxana həyatı yaşaması - bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. Moskvanın onunla anlaşmaq və ya nəzərətə almaq üçün bir balaca şansı olsaydı, bu gün o, ağır məhrumiyyətlər altında məhbus həyatı yaşamazdı”, - deyə Hüseynli vurğulayıb.
DİA.AZ bildirir ki, politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Mişaya qarşı iddiaları əsassız hesab etdiyini söyləyib: “Hakim “Gürcü Arzusu”nun rəhbərliyi Saakaşvilidən qisas alır. Mixail Saakaşvili demokratik Gürcüstan dövlətinin qurucusudur. Məhz onun rəhbərliyi dövründə qonşu ölkədə dərin islahatlar aparıldı. Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə başladı. Hansı ki, ona qədər Gürcüstan da avtoritar üsullarla idarə olunurdu. Saakaşvili istər Gürcüstandakı, istərsə də Ukraynadakı fəaliyyəti ilə Rusiyaya, Putin adminstrasiyasına qarşı qətiyyətli mübarizə aparıb. Moskvanın regional dayaqlarının zəiflədilməsində onun xidmətləri olub”.
“İndi durub demək ki, Saakaşvili Rusiyanın adamıdır, bu, uğursuz siyasi ritorika və blefdir. Saakaşvili mövcud Gürcüstan iqtidarının rusmeyilli siyasətini ifşa edirdi. Buna qarşı mübarizə aparırdı. Onun ağır şərtlər daxilində həbsxanada saxlanılması həm hakim “Gürcü arzusu”nun, həm də onlara yaxınlığı şübhə doğurmayan Moskvanın qisas cəhdidir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.
Onun fikrincə, Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu: “Düzdür, bəlkə də alternativ yol qalmırdı. Saakaşvili islahatları bəzən zorakılıqla aparırdı ki, bu da Gürcüstan cəmiyyətini qane etmirdi. “Gürcü arzusu” isə bundan öz xeyrinə yararlandı. Onların seçkilərdə qələbə qazanması da bununla bağlıdır”.
“Digər yandan “Gürcü arzusu” elə rəy yaratmağa çalışır ki, daxildə sabitlik məhz onların yürütdüyü siyasətin nəticəsində yaranıb. Ukrayna nümunəsini misal göstərirlər. Baxmayaraq ki, ukraynalılar öz azadlıqları və gələcəkləri uğrunda döyüşürlər, bu yanaşma heç də hamı tərəfindən qəbul olunmur. Elə insanlar var ki, sabitliyi gələcəkdən üstün tuturlar. Görünür, Gürcüstanda da belə yanaşanların sayı çoxdur”, - deyə Cəfərli fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|