Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Başıbəlalı ərazini Rusiyadan tam təcrid etmək mümkün olacaqmı? - ARAŞDIRMA
Tarix: 20-08-2023, 07:49 | Çap et
Başıbəlalı ərazini Rusiyadan tam təcrid etmək mümkün olacaqmı?
Ukraynanın iki aydan çox davam edən əks-hücumunda Zaporojye və Donetsk vilayətlərində, Dneprin sol sahilində gedən döyüşlərdən daha mühüm süjet var: Ukrayna silahlı qüvvələri (USQ) kommunikasiyalara mütəmadi zərbələr endirməklə Krımın nəqliyyat əlaqələrini qırmaq və yarımadanı təcrid etməyə çox yaxınlaşıb. Bu işdə həlledici rolu hava mənzilli “Storm Shadow” qanadlı raketləri və dəniz kamikadze-dronları oynayır.

USQ əks-hücumu üçün Krım niyə belə vacibdir?

Krım yarımadası Ukrayna ordusunun hücum əməliyyatı keçirdiyi rayondan – Zaporojye və Donetsk vilayətlərindən, Dneprin sol sahilindən – yetərincə uzaqdır. Amma məhz Krım bu istiqamətlərdəki Rusiya qruplarının döyüş qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır.

Ukrayna tərəfinin məlumatına görə, Xerson və Zaporojye vilayətlərində fəaliyyət göstərən rus SQ təchizatının 60 faizi Krım yarımadası vasitəsilə təmin edilir. Təchizat xətləri Krımdan gedir, orada idarəçilik məntəqələri, maddi-texniki təminat bazaları və sursat anbarları yerləşir.

Ukraynalı hərbi ekspert Leonid Dmitriyev “The İnsider” ilə söhbətində yarımadanın əhəmiyyətini belə dəyərləndirir:

“Bu, toplamaq, bərpa etmək, hazırlamaq, Ukraynanın cənubunda döyüşən işğalçı qruplaşmanın təchizatı üçün arxa bazadır, dəniz və hava komponentidir, eləcə də Ukrayna ərazisinə raketlər, aviasiya və PUA-larla hücumlar üçün start meydançasıdır. Həm də yarımadaya nəzarət Qara dənizin şimal-qərb hissəsindəki dəniz limanlarının blokadasını təmin edir”.

“Azadlıq radiosu”nun Ukrayna xidmətinin hesablamalarına görə, Krımda 7 poliqon, 11 yanacaq bazası, 24 aviabaza, 26 HHM və raket qoşunları obyekti, 27 rabitə və radar məntəqələri, 46 sursat və maddi-texniki vəsaitlər anbarı, RF Qara dəniz donanmasının 58 obyekti var.

Beləliklə, Krımı təcrid etmək, onu hərbi yüklərin gəldiyi Rusiyanın quru ərazisi ilə və rus qoşunlarının hazırda müdafiə olunduğu Ukrayna əraziləri ilə nəqliyyat əlaqəsindən məhrum etmək – birinci dərəcəli önəmi olan vəzifədir. Ola bilər, hətta cəbhə xəttində irəliləməkdən belə daha əhəmiyyətlidir.

Ukraynalılar yarımadanı atəş altında necə saxlayırlar?

Avqustun əvvəllərində Odessa vilayət hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk diqqətçəkən bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Krım yarımadasında elə bir təhlükəsiz yer qalmayıb ki, USQ oraya uzaqvuran silahlarla zərbə endirə bilməsin.

Son aylarda Krım və Sevastopolda müxtəlif hədəflərə edilən təsdiq olunmuş hücumlara baxsaq, Bratçukun mövqeyi ilə yalnız razılaşmaq olar.

Krım və Arabat dilini indi Ukraynanın Rusiya işğalı altında olan ərazisi ilə – konkret Xerson vilayəti ilə – birləşdirən avtomobil və dəmiryolu körpüləri – Çonqar və Qeniçesk – iyul-avqustda zərbə altına düşdülər.

Xəsarətlər çox ağır olmadı, üstəlik ruslar Krımdan yük trafikinin çoxunu Armyansk yoluna yönəltmək üçün operativ şəkildə ponton körpü saldılar. Amma bu yol daha uzundur və həm də USQ-nin ixtiyarında olan HİMARS və M270 sistemlərinin yüksək dəqiqlikli və uzaqvuran GMLRS raketlərinin təsir radiusundadır.

İyul-avqustda Krımdakı hədəflərə raket və ya PUA hücumları ilə bağlı 15 hal qeydə alınıb. Bir neçə sursat anbarı, təmir və neft bazasının vurulması dəqiq məlumdur.

Nəhayət, Krım körpüsü təkcə nəqliyyat-logistika baxımından deyil, simvolik cəhətdən də böyük əhəmiyyəti var. Onu ilk dəfə 2022-ci il oktyabrın 8-də partlayıcı dolu yük maşınının köməyi ilə partlatdılar. Avtomobil yolu və dəmiryolu bir neçə aylıq sıradan çıxdı. İkinci uğurlu hücum 2023-cü il iyulun 23-də dəniz dronu vasitəsilə həyata keçirilib (bu dəfə dəmiryolu, demək olar, xəsarət almadı).

Avqustun 12-də körpünün ətrafında bir neçə raket vuruldu, sosial şəbəkələrdə isə körpünü bürüyən tüstünün mənzərəli təsvirləri yayıldı: körpünün üzərində tüstü pərdəsi çəkilmişdi. Hücumun nümayişkaranə şəkildə gündüz həyata keçirilməsi diqqətəlayiqdir.

Krım və ətrafındakı hədəflərə uzaqdan hava zərbələri kampaniyası isə Storm Shadow qanadlı raketləri sayəsində həyata keçirilir (fransız versiyası SCALP-EG adlanır). Böyük Britaniya Ukraynaya Storm Shadow verməsini mayın 11-də, Fransa iyulun 11-də elan etdi. Bu raketin döyüş hissəsinin çəkisi 450 kq, uzaqlıq məsafəsi isə, görünür, 300 km-dir. Storm Shadow hazırda USQ-nin ixtiyarında olan ən güclü və ən uzaqvuran silahdır.

Beləliklə, son üç ayda qanadlı raketlər və PUA zərbələri hesabına Ukrayna komandanlığı yarımadanın təcridi məsələsində həqiqətən də xeyli irəli gedib. Əgər hərbi əməliyyatlar meydanı tam təcrid olunursa, oraya texnika və ehtiyat qüvvələr göndərmək alınmırsa, deməli, müdafiə olunmaq da mümkün deyil.

Təcrübədə bunun necə baş verdiyini ötən ilin payızında Rusiya ordusunun timsalında gördük. USQ-nin körpülərə davamlı zərbələrindən sonra ruslar Dneprin sağ sahilindəki plasdarmı və müharibə başlayandan tutduqları yeganə vilayət mərkəzi olan Xersonu tərk etdilər.

Krımı Rusiya ərazisindən tam təcrid etmək alınacaqmı?

Ukraynalıların Krıma gedən avtomobil yolunu və dəmiryolunu sıradan çıxarmağa nail olduqlarını təsəvvür etsək belə, dəniz yolu qalmaqda davam edir. Ukrayna tərəfinin rəqəmlərinə görə, bərə keçidi Krımdakı rus qruplaşmasının tələbatının cəmi 8-10 faizini ödəyir, lakin gəmilərlə təchizatı sınaqdan keçirmək mümkündür.

Məhz bu fonda ekipajsız kamikadze-katerlərin (EKK) fəallığı təsadüfi görünmür. Bu fəallıq Storm Shadow/SCALP-EG raketlərinin tətbiqinin başlaması ilə eyni vaxta düşür.

2023-cü il mayın 24-dən etibarən Qara dəniz akvatoriyasında EKK vasitəsilə gəmilərə 6 hücum cəhdi məlumdur. Avqustun 4-də “Oleneqorskiy qornyak” böyük desant gəmisinə və ertəsi gün ABŞ-ın sanksiyaları altında olan “Sig” tankerinə xəsarət yetirilməsi daha çox rezonans doğurdu.

Göründüyü kimi, Ukraynanın dəniz kamikadze dronlarının fəallığı kəskin artıb, özü də onlar təkcə açıq dənizdə və sahildən xeyli uzaqda yalnız hərbi gəmilərə deyil, həm də birbaşa hərbi-dəniz bazasının reydində (“Oleneqorskiy qornyak”) və Krımın lap yaxınlığında mülki gəmilərə (“Sig”) hücum edirlər.

Rusiya nə ilə cavab verə bilər?

USQ Krımın təcridi kampaniyasını qanadlı raketlər üçün daşıyıcı platforma, eləcə də hava və dəniz dronlarının istehsalı və buraxılışı üçün meydançalar olmadan apara bilməz. Məhz buna görə Rusiya komandanlığı uzaqmənzilli atəş vasitələri ilə endirilən zərbələrin prioritetini aşkar surətdə dəyişib. İndi əsas hədəf Storm Shadow raketlərindən istifadəyə uyğunlaşdırılan Su-24M bormbardmançı təyyarələrinin yerləşdiyi bazalardır.

RF Müdafiə nazirliyi Su-24M təyyarələrinə malik 7-ci taktiki aviasiya briqadasının yerləşdiyi Starokonstantinov aerodromunun (Xmelnitski vilayəti) vurulması, Storm Shadow raketləri anbarının və EKK istehsal edən yerlərin məhvi barədə bir neçə dəfə məlumat verib.

Məsələn, qurum Starokonstantinovo rayonunda aviasiya yanacağı anbarının (27 iyul), Storm Shadow raketləri anbarının (24 iyun), aviabazanın özünün (6 avqust) vurulduğunu deyib. Nazirlik avqustun 14-də EEK istehsal olunan və saxlanılan yerlərin vurulduğunu təsbit edib.

Doğrudur, Rusiya raketləri adətən lazım olan əraziyə düşməkdə çətinlik çəkirlər, ikincisi, hətta dəqiq zərbə zamanı belə Starokonstantinovoda hələ sovet dövründə tikilən beton sığınacaqları dağıtmaq xeyli müşküldür. Nəhayət, üçüncüsü, Ukrayna tərəfi Storm Shadow raketlərini daşıyan təyyarələri məhv etmək istəklərindən gözəl xəbərdardır və buna görə də hər gün onların yerini dəyişir. Bunun üçün ölkə ərazisindəki sovet aerodromları şəbəkəsini bərpa etmək, hətta adi şose yollarını uçuş-eniş zolağı kimi hazırlamaq lazım gəlib.

Rusiya isə Ukraynanın Saki aerodromuna uğurlu hücumundan sonra Krımdakı HHM qruplaşmasını artırır. Bu, hətta ola bilər, cəbhə xəttinin və Rusiyanın özünün müdafiəsinin ziyanına edilir. Çox güman, Rusiya zenit vasitələri Krım üzərində ən azı bir Storm Shadow raketini vurmağa nail olublar.

Dənizdə isə ruslar Ukrayna EKK-lərinə qarşı köhnə, amma hələ təsirli olan “dədə-baba” üsulundan istifadə edirlər. Analitik H.Satton yazır ki, onlar Sevastopol buxtasının girəcəyində bon maneələri qurublar, həm də yaxınlıqda döyüş delfinləri volyeri yerləşdiriblər.

Krım Zmeinıy adasının aqibətini yaşaya bilərmi?

Rumıniya sahilindən 35 km aralıda, Dunay mənsəbinin qarşısında torpaq parçası olan Zmeinıy adası müharibənin lap əvvəlində tanındı. Məhz burada ukraynalı sərhədçi Rusiyanın “Moskva” kreyserindəki zabitin təslim təklifinə gəmini “bir yerə” göndərməklə cavab vermişdi. Bundan əlavə, Zmeinıy adası haqqında Rusiyanın ifrat sağçı publisisti Aleksandr Duqin ənənəvi pafosu tərzində fikir bildirmişdi: “Kim Zmeinıy adasına nəzarət edirsə, ümumdünya tarixinin gedişinə də nəzarət edir”.

İstisna deyil ki, RF Müdafiə nazirliyinin rəhbərliyi də Duqinin fikrini bölüşürdü və bu üzdən də adada möhkəmlənmək, onu güclü HHM-ə və Qara dənizin şimal-qərbində dənizçiliyə nəzarət vasitələrinə malik gücləndirilmiş rayona çevirmək üçün xeyli səy göstərdilər.

Ukrayna qoşunları adanı azad etmək, ya da oradakı texnikanı məhv etmək üçün müxtəlif cəhdlər göstərdilər. Sonda adada qalan obyektlər sahildən Fransanın “Caesar” və Ukraynanın “Boqdana” özüyeriyən artilleriya qurğularının uzaqvuran mərmilərilə atəşə tutuldu. Bundan sonra Zmeinıyda qalmaq mənasını itirdi və ruslar adadakı qarnizonu təxliyə etməli oldular.

Bəzi hesablamalara görə, Zmeinıyın özündə və ətrafında RF SQ 1 milyard dollar dəyərində silah-sursat itirdi, son nəticədə isə Müdafiə nazirliyi “xoş məram addımı” elan edərək, canlı qüvvəni və texnikanın qalıqlarını oradan çıxardı.

Çox mümkündür ki, Krıma münasibətdə də eyni strategiyadan istifadə olunur. Bu zaman həm yarımadanın xeyli böyük əraziyə malik olması, həm də burada 2 milyon insanın yaşaması, sənaye obyektlərinin və turist infrastrukturunun olması nəzərə alınır.

USQ müharibənin gedişi boyu RF SQ-ni tutduqları ərazilərdən üç dəfə döyüşsüz çəkilməyə məcbur edib. Əvvəlcə Kiyev, Çerniqov və Sumı vilayətlərində (2022-ci il martın sonu – aprelin əvvəli), sonra Zmeinıy adasından (2022-ci ilin iyununda) və nəhayət, Dneprin Xerson vilayətindəki sağ sahilində plasdarmdan. Aydındır ki, Krımla bağlı belə bir şey etmək olduqca müşküldür, amma ukraynalılar indi daha qabaqcıl silahlara malikdirlər. USQ-nin ixtiyarında F-16 təyyarələri və Storm Shadow-a nisbətən daha uzaqvuran KEPD 350 Taurus raketləri olanda Krım üçün vəziyyət böhranlı ola bilər.

Leonid Dmitriyev hesab edir ki, yaxın gələcəkdə yarımadadakı hərbi hədəflərin vurulma intensivliyi xeyli artacaq. Artıq indi Ukrayna üçün bu və ya başqa üsulla əlçatmaz olan hədəflər yoxdur. Yarımada ərazisindəki hərbi obyektlərin vurulma ritminin, tempinin və intensivliyinin çox artacağı birmənalıdır.

Xatırladaq ki, Krımın aqibəti müharibənin nəticəsi və savaşdan sonrakı nizamlanma üçün indi Rusiyanın nəzarətində olan istənilən Ukrayna ərazisi ilə müqayisədə xeyli daha mühümdür. Kiyevdə də, Vaşinqtonda da, Brüsseldə də düşünürlər ki, konfliktin başlanğıc nöqtəsi olan Krımın indiki statusu dəyişməlidir. USQ-nin baş komandanı Valeri Zalujnının keçənilki məqaləsində Krım müharibənin “ağırlıq mərkəzlərindən biri” adlandırılıb. Başqa sözlə, Krımın təcridi üçün edilən cəhdlər konfliktin Ukraynanın şərtləri çərçivəsində yekunlaşması üçün geniş strategiyanın tərkib hissəsidir.

Mənbə: https://theins.ru/politika/264242
Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru